Erməni faşistin heykəli güllələndi - FOTO
29-08-2017 15:27

İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən erməni millətçi Qaregin Njdenin abidəsi güllələnib.
Erməni KİV-i xəbər verir ki, bu barədə Sünik rayonu qubernatorunun mətbuat katibi Vazgen Sahatelyan sosial şəbəkədə məlumat yayıb və baş hissəsi güllələnən Njdenin abidəsinin fotoşəklini paylaşıb.
Onun sözlərinə görə, qubernator Vahe Akopyanın sərəncamı ilə məsələnin araşdırılması, abidənin bərpası və mühafizəsinin gücləndirilməsi üçün komissiya yaradılıb.
Qeyd edək ki, III Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı ötən il mayın 28-də olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər də iştirak ediblər.