Ermənistanda daha bir nazir müavini işdən çıxarıldı
29-08-2017 16:11

Ermənistanda daha bir nazir müavini vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, baş nazir Karen Karapetyanın qərarına əsasən, Haykaram Mxitaryan Ermənistanın fövqəladə hallar nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.
Karapetyanın digər qərarı ilə Ara Nazaryan bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, Serj Sərkisyanın sərəncamı ilə bu gün Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.