İrəvanda kimya zavodunda yanğın davam edir - YENİLƏNİB - VİDEO

İrəvanda yerləşən “Nairit” zavodunda yanğın davam edir.
 
Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 4 alışma mərkəzindən 3-ü söndürülüb.
****
Ermənistanın paytaxtı İrəvanda “Nairit” kimya zavodunda yanğın başlanıb.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Yanğının səbəbləri barədə məlumat verilməyib. Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib.