İŞİD-in Əfqanıstan planı məhv edildi - ABŞ-dan AÇIQLAMA

ABŞ və əfqan hərbçiləri İŞİD-in Əfqanıstanda “xilafət” qurması planını alt-üst etdi.
 
Bunu ABŞ və NATO-nun Əfqanıstandakı komandanı general Con Nikolson deyib.
“Biz İŞİD-ə qalib gələ bilərik və qalib gələcəyik də. Bizim əsas hədəfimiz onların Nanqahar əyalətində xilafət yaratmaq planlarınının qarşısını almaqdır, hazırda bununla məşğuluq”, - Nikolson bildirib.