Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb: 2 nəfər ölüb

Beyləqan şəhərində ağır yol qəzası baş verib.
 
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
 Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi “Hyundai” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
 Nəticədə sürücü və maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.
 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.