Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
BAKI METROSUNDA İNANILMAZ HADİSƏ: yuxulu olan maşinist qatarı saxlaya bilmədi
Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.
Muxalifet.az xəbər verir ki, bu barədə baku.ws-yə hadisə şahidləri məlumat veriblər.
"Avtovağzal" stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.Muxalifet2 - 22-08-2017
RUSİYALI DÜNYA ÇEMPİONUNUN ÖLÜM ANI - Azərbaycanlı gənc federal axtarışa verilib - VİDEO
Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytında verdiyi məlumata görə, əməliyyatçılar tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb: “Federal axtarışa verilmiş şəxsin tutulması ilə bağlı genişmiqyaslı operativ-axtarış tədbirləri həyata keçirilir”.
Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.Muxalifet2 - 22-08-2017
Gəncədə yeni doğulan körpə ölüb
Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.
Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.
Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 22-08-2017
BAŞ REDAKTORLAR "TURAN"A BASQILARDAN DANIŞDI
Rauf Arifoğlu: “O agentliyə qarşı həyata keçirilən akt bütün Azərbaycan hökumətinin azadlığına qarşıdır”
Akif Aşırlı: “Məsələnin mahiyyətini bilmirəm”Muxalifet2 - 22-08-2017
Bakıda bir nəfər hovuzda batıb
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.
Nazirliyin saytının verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb./apaMuxalifet - 22-08-2017
Bakının mərkəzində məşhur mağazalar yanır - FOTO
Bakıda məşhur mağazalardan birində yanğın baş verib.
Musavat.com xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.
Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin “Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.Muxalifet - 22-08-2017
Putin və Sarkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək – Soçidə
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Dağlıq Qarabağ problemini müzakirə edəcəklər.
“kremlin.ru”-nun verdiyi məlumata görə, Serj Sarkisyan avqustun 23-də Rusiyaya qısamüddətli işçi səfərə yollanacaq. Soçidə Rusiya prezidenti ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, tərəflər KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq, ikitərəfli, regional və beynləxalq məsələləri də müzakirə edəcəklər.Muxalifet - 22-08-2017
“Vur, komandir, vur”un qəhrəmanı hərbdən getdi - “Saxlamaq istədilər…”
2014-cü ildə "Vur, komandir, vur” videosu ilə məşhurlaşan, cəbhə xəttində erməni helikopterini vuran MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) İlkin Muradov sosial şəbəkədə hərb sahəsindən getdiyini açıqlayıb.
Hərbçinin bu qərarı izləyiciləri üçün gözlənilməz olub.
"Qafqazinfo” da məsələnin mahiyyətini öyrənmək üçün İlkinlə əlaqə saxlayıb. O bildirib ki, artıq 3 illik müqaviləsi bitib və ailəsi ilə bağlı səbəblərə görə müddəti artırmaq istəməyib:Muxalifet - 22-08-2017
PUTİNİ “RƏNGLİ İNQİLABLA” DEVİRMƏK?! – Antonovun səfir təyinatı nə vəd edir?
Rusiya ilə ABŞ arasında qarşıdurma daha da dərinləşib. Rusiya Vaşinqtondakı qalmaqallı səfiri Sergey Kislyakı geri çağıraraq onun yerinə müdafiə nazirinin keçmiş müavini, Qərbə qarşı sərt mövqeyi ilə tanınan Anatoli Antonovu təyin edib.
Muxalifet - 22-08-2017
Türkiyədə yeddi general və bir admiral istefaya gedib
Türkiyədə yeddi general və bir admiral təyinat ərəfəsində istefaya buraxılmasını istəyib.
“Milliyet”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Türkiyə Silahlı Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilərin könüllü şəkildə istefaya göndərilmək istəmələri barədə müraciət etdiklərini bildirilib. Nazirlik müraciətləri araşdırıb və təsdiqləyib. Həmin hərbçilər istefaya göndərilib.Muxalifet - 22-08-2017
“Turan” agentliyinin son durumu – MEHMAN ƏIİYEVDƏN AÇIQLAMA
Xəbər verildiyi kimi Vergilər Nazirliyi “Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb.
Vergi nümayəndələri 2014-2016-cı illərdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirir. Lakin agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli hesab edir.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Modern.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:Muxalifet - 22-08-2017
Qəbələyə köçürüləcək universitetlərin adları açıqlandı – SİYAHI
Paytaxtda sıxlığın aradan qaldırılması planlaşdırılır.
Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur.
Bu barədə Axar.az saytı yazıb.
Sayt yazır ki, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.
Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir.Muxalifet - 22-08-2017
Taekvandoçumuz ermənini məğlub edib finala çıxdı
Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib.
Azərbaycan Taekvando Federasiyasından Modern.az-a verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.
Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.Muxalifet - 22-08-2017
""Müəllimlərin maaşı artacaq" demək şoudan başqa bir şey deyil" - EKSPERT
Nabatəli Qulamoğlu: "Repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər kifayət qədər qazanırlar, nəinki diaqnostik qiymətləndirmədə iştirak edənlər. Bunu müqayisə edib, nəticə çıxarmaq olar”
"Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşlarında böyük fərq olmur”.
Bunu "Sherg.az”a diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqının artırılmasından danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
O bildirib ki, bu məlumat şoudan başqa bir şey deyil:Muxalifet - 22-08-2017
Giorgi Gogia: "Azərbaycanın ən son müstəqil xəbər agentliyi bağlana bilər"
Avqustun 17-də Human Rights Watch təşkilatınının vebsaytında təşkilatın Avropa və Orta Asiya Diviziyasının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogianın “Azərbaycanın ən son müstəqil xəbər agentliyi bağlana bilər” adlı məqaləsi dərc olunub.
Məqalənin müəllifi təşkilatın Avropa və Orta Asiya Diviziyasının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia Azərbaycan hökümətini jurnalist Əfqan Muxtarlını sərbəst buraxmağa çağırıb.
Məqalənin azərbaycan dilinə tərcüməsini təqdim edirik:Muxalifet - 22-08-2017
Bakı, Moskva, yoxsa Kiyev: yaşamaq üçün hansı daha rahatdır?
Economist Intelligence Unit (EIU) mütəxəssislərinin qənaətinə görə, keçmiş sovet məkanında yaşamaq üçün ən yaxşı yer Sankt-Peterburq, ən pis yer isə Kiyevdir.
Böyük Britaniyanin Economist jurnalı ilə bir qrupa daxil olan konsaltinq şirkətinin növbəti tədqiqatına 140 şəhər daxil edilib.
Beləliklə, keçmiş sovet respublikalarının beş şəhərinin nəticələri və həmçinin EİU-nun versiyasına görə, dünyanın "ən yaxşı "və "ən pis" şəhərlərinin reytinqi belədir.Muxalifet - 22-08-2017
“Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik” - ƏRDOĞAN
Rəcəb Tayyib Ərdoğan: “Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”
“Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.Muxalifet - 22-08-2017
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb - VALİDEYNLƏR, DİQQƏT!
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub.
Muxalifet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov apa-ya bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb.Muxalifet2 - 22-08-2017
“İŞİD-in axırı çatıb” – Pentaqon şefi
"İŞİD üçün saylı günlər qalıb, lakin onun parçalanması haqda danışmaq hələ tezdir”.
"Associated Press” yazır ki, bunu Pentaqonun başçısı Ceyms Mettis deyib. Onun sözlərinə görə, İŞİD-ə qarşı döyüşən qüvvələr terror təşkilatını mühasirə alıb: "Ona görə də terror təşkilatının ömrünə az qalıb. Lakin onlarla iş hələ bitməyib və yaxın günlərdə də bitməyəcək".
Pentaqon rəhbəri bildirib ki, ali hərbi rəhbərlik öz işini təmkinlə görməli və döyüşlərin mümkün nəticələri barədə proqnoz verməkdən çəkinməlidir.Muxalifet - 22-08-2017
30 yaşına qədər 1 milyon dollar qazanan iş adamı - Narkoman idi
Grant Cardone beş şirkəti və milyonlarla sərvətin sahibi olmadan əvvəl narkotik asılılıqdan əziyyət çəkib. Çətin günlərində anasının verdiyi məsləhətlər onu düşdüyü pis vəziyyətdən çıxara bilib.
CNBC kanalında çıxış edən multimilyonçu həyatını dəyişdirən məsləhəti bu cür ifadə edib:
"Ən yaxşı karyera məsləhətini heç bir iş təcrübəsi olmayan anamdan aldım. Mənə ən yaxşı investisiya özünə etdiyindir.İtirəcəyin heç bir şey yoxdur və hər zaman geri dönüşü var. Heç kim bunu əlindən ala bilməz. Tamamilə sənindir”.Muxalifet - 22-08-2017