Axtarış

The search found 105779 results in 0.014 seconds.

Search results

  1. Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il ötür

    Hər iki rayonun işğalı nəticəsində yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb
     
    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür.
    1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib. 
    Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.

    Muxalifet - 23-08-2017

  2. 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılıb - MİNGƏÇEVİRDƏ

    Mingəçevirdə azyaşlı uşaq evin eyvanından yıxılıb.
     
    Hadisə ötən gün axşam saatlarında Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində qeydə alınıb.
     Qəsəbə sakini 2009-cu il təvəllüdlü Şabanov Əli İntiqam oğlu fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Kəllə-beyin travması alan azyaşlını dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
     Xəstəxanadan verilən məlumata görə, uşağa tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti ağırdır.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-08-2017

  3. Bu türk dövləti ilə Rusiyanın konflikti başlayır – ŞƏRH

    Kreml Tatarıstanın ənənəvi mərkəzləşdirmə siyasətindən istifadə edərək bu ölkənin muxtariyyətini heçə endirərsə, bu, Kazanla Moskva arasında həmişəlik ixtilafa çevriləcək.
    Bu barədə Rusiyanın Tatarıstanın səlahiyyətləri ilə bağlı müqaviləni uzatmaq istəməməsi və bunun Moskva-Kazan münasibətlərinə təsiri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Moskva-Kazan münasibətlərinin hazırda Rusiyanın ən həssas və kövrək sahəsi olduğunu vurğulayıb:

    Muxalifet - 23-08-2017

  4. Erməni oliqarxlar sərvətlərini İrəvandan çıxarır – SƏBƏB

    Ermənistan keçmiş baş naziri Ovik Abramyan öz biznesini Ermənistandan çıxarır.
     
    Muxalifet.az xəbər verir ki, bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.

    Muxalifet - 23-08-2017

  5. Bu ölkələri oliqarxlar idarə edir... - SAAKAŞVİLİDƏN AÇIQLAMA

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrdə baş nazir də daxil olmaqla, nazirlərin heç bir səlahiyyətinin olmadığını bildirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Saakaşvili BBC-yə danışıb.
    “Qərb siyasətçiləri gələndə onların əllərini sıxmalarına baxmayın. Əslində onların heç birinin səlahiyyətləri yoxdur. Bu ölkələri kimlər idarə eləyir? Gəlin özümüzü aldatmayaq. Əlbəttə oliqarxlar”, - Saakaşvili deyib.
    Qeyd edək ki, rəsmi Kiyev iyul ayının 26-da Mixail Saakaşvilini vətəndaşlıqdan çıxarıb.

    Muxalifet - 23-08-2017

  6. "Kreml İrəvanı bu bataqlıqda ona görə saxlayır ki..." - KUZNETSOV

    Bu gün xüsusilə Azərbaycanda çox az adam bu faktı qəbul etmək istəyir ki, Rusiya heç də “xristian həmrəyliyi” səbəbindən Ermənistanı dəstəkləmir. Bunun tamamilə ayrı, konkret iqtisadi, “xəsis” səbəbləri var.
     
    Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış tarixçisi və politoloqu Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatını inkişaf etdirmək, ölkədəki qara işləri görmək, məsələn, şəhər küçələrindəki zibil yığımını təmin etmək üçün ucuz işçi kütləsinə böyük ehtiyacı var:

    Muxalifet - 23-08-2017

  7. Daha bir şirkət Bakını tərk edir

    Fransanın Grid Solutions SAS şirkətinin Azərbaycandakı filialı ləvğ edilir.
     
    Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 20 ünvanına bildirə bilərlər.
    Qeyd edək ki, Grid Solutions SAS yüksək və orta gərginlikli enerjinin hazırlanması, istehsalı və quraşdırılması üzrə ixtisaslaşıb. Şirkət istehsal etdiyi elektrik enerjisini Afrika, Orta Şərq, Asiya-Sakit okean hövzəsi, ABŞ və Avropaya ötürür.

    Muxalifet - 23-08-2017

  8. Rusiya maliyyə sistemi çökür: Bu ehtiyatlar da bitir

    Rusiyanın bank sistemi artıq 3-cü aydır ki, valyuta ehtiyatlarından istifadə edir.
     
    Bu barədə informasiyanı Almaniyanın “Rayffayzenbank”ı yayıb. Bank iyul ayı ərzində Rusiya ərazisindəki bankların azad valyuta likvidliyinin 3,5 dəfə azaldığını bildirib. Belə ki, onların həcmi 6,3 milyar dollardan 1,8 milyard dollara düşüb.
    Ümumilikdə isə ilin əvvəlindən Rusiyanın bank ehtiyatları 7 dəfə, 2014-cü ildən bu yana isə 26 dəfə azalıb. Banklarının ehtiyatının avqust-sentyabr aylarında tam məhv olacağı gözlənilir.

    Muxalifet - 23-08-2017

  9. 31 yaşlı Şəki sakini güllələnib

    Şəkidə 31 yaşlı kişi naməlum şəxs tərəfindən güllələnib.
     
    Avqustun 22-si saat 23 radələrində rayonun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
    S. Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb.
     S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

    Muxalifet - 23-08-2017

  10. Yeni doğulan qız uşağını küçəyə atdılar

     Bakıda küçədə yeni doğulmuş uşaq tapılıb.
     
    Paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 4 ünvanında tapılan qız uşağı körpələr evinə təhvil verilib.
    Hazırda körpənin küçəyə kimin tərəfindən atılması araşdırılır.

    Muxalifet - 23-08-2017

  11. Naməlum investor Cahangir Hacıyevin zavodunu aldı

    Azərbaycan Beynəlxalq Banına kreit borcu olan və bu günlərdə hərraca çıxarılan “Bakı Fındıq Emalı” zavodu (BakFEM) naməlum investora satılıb.
     
    Adı açıqlanmayan şirkət zavodu ilkin hərrac qiymtinə-37 milyon 744 min manata almağa razılaşıb. Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir.

    Muxalifet - 23-08-2017

  12. Restoranın xoruzu 3 yaşlı iranlı uşağa xəsarət yetirdi – BAKIDA

    Bakıda ev quşu İrandan Azərbaycana səyahətə gələn ailənin 3 yaşlı uşağına hücum edib.
     
    Hadisə Nizami rayonunda baş verib.
    Belə ki, İrandan Azərbaycana gələn ailə Qara Qarayev prospektində yerləşən restoranların birinə müştəri kimi daxil olub. Ailə orada olan zaman 3 yaşlı Araz Nofel Nejat oğlu restoranın həyətində xoruzun hücumuna məruz qalıb.
    Xoruz uşağın üz nahiyəsinə xəsarət yetirib. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Ailə başçısı Araz Nejat restoran sahibinə öz iradını bildirib və polisə şikayət edəcəyini deyib.

    Muxalifet - 23-08-2017

  13. Naxçıvanda hücum təyyarələri təlim uçuşları həyata keçirib

    Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib.
     
    MN-dən verilən məlumata görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.
     Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.
     Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında, istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin edilib.

    Muxalifet - 23-08-2017

  14. ​ Lombard sahibi tutuldu – DƏLƏDUZLUQ

    Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub.
     
    Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.
     Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

    Muxalifet - 23-08-2017

  15. Füzulidə 2 uşaq atası toyda itkin düşdü

    Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb.
     
    Füzuli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə avqustun 13-də baş verib. Bakı şəhərində yaşayan, 1980-ci il təvəllüdlü Anar Xaliq oğlu Əliyev avqustun 12-də Füzuli rayonunun Kərimbəyli kəndinə atasının evinə gəlib. O, ayın 13-də kənd ərazisindəki "Melisa" şadlıq evində qohumunun toy mərasimində iştirak edəndən sonra şadlıq sarayını tərk edərək naməlum istiqamətə yollanıb və geri qayıtmayılb.
     Avqustun 14-də A.Əliyevin atası polisə oğlunun itkin düşməsi barədə müraciət edib.

    Muxalifet - 23-08-2017

  16. Sumqayıtın it bəlası: "Hər gün azı 2-3 nəfəri it dişləyir"

    "Sumqayıtda gün ərzində 2-3 nəfər it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edir”
     
    Bunu AzVision.az-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.
    Onun sözlərinə görə, 5 yaşlı Zeynəbin quduzluqdan ölməsindən sonra şəhərdə it dişləməsi halları azalıb: "Vəziyyət narahatedici deyil. Şəhərdəki sahibsiz küçə itləri yığışdırılıb. Düzdür, hələ də küçədə itlərə rast gəlmək olar, lakin bu istiqmaətdə işlər davam etdirilir. Şəhər rəhbərliyi məsələni gündəmdə saxlayır və aidiyyatı qurumlara müraciət edilib”

    Muxalifet - 23-08-2017

  17. Bakıdakı toz dumanı Türkmənistan ərazisindən gəlibmiş — NAZİRLİK AÇIQLADI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün səhər saatlarından Bakının üzərini toz-duman qatının bürümüsəyilə bağlı açıqlama yayıb.
     
    Müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib:

    Muxalifet - 23-08-2017

  18. Ramil Səfərovdan düşmənə MESAJ: “Əzəcəyik”

     “Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki, işğal prosesini bir az da uzatsınlar. O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.
     
    Bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Cəbrayılın 24-cü işğal gününə həsr olunmuş tədbirdə deyib.
     O bildirib ki, müasir dövrdə dövlətləri tarixdən silmək çox asandır.

    Muxalifet - 23-08-2017

  19. Alıcılara məsləhət: yerli yumurta alın

    Alıcılara məsləhət: yerli yumurta alın
     
    Avropanın yuxusunu qaçırdan “zəhərli yumurta” böhranı davam edir.
    Əvvəl Belçika tərəfindən Hollandiya idxalı məhsullarda tapılan, daha sonra Hollandiya, Fransa və Almaniyada təsbit olunan zəhərli  yumurtalar indi də İtaliyada otaya çıxıb. İtaliyanın Səhiyyə Nazirliyi  tərəfindən bütün ölkə boyu aparılan inciləmədə 114 yumurta örnəyinin 2-də Fipronil zəhəri aşkar olunub. Həmin yumurtalar Lazio və Marçe bölgələrindəki fermaların istehsalı imiş.

    Muxalifet - 23-08-2017

  20. Moskvanın üzünə ağ olan Ərdoğanın “qardaşı”: Başçı, yoxsa prezident?

     “Türkiyədə Tatarıstana ayrıca ilıq münasibət var. Osmanlı imperiyasının nəsilləri əmindirlər ki, türklər və tatarlar iki qardaş xalq, ümumi mədəniyyətə və demək olar ki, vahid dilə malikdirlər”.
     
    Bunu Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Türkiyəyə işgüzar səfərini şərh edən Rusyanın “Pravda” nəşri yazıb.
    Strateji əməkdaşlıq

    Muxalifet - 23-08-2017

Pages