Axtarış
The search found 105779 results in 0.013 seconds.
Search results
Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?
Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşü baş tutacaq.
Publika.az xəbər verir ki, görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmələri nəzərdə tutulub.
Liderlər həmçinin ən vacib beynəlxalq, regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi də edəcəklər.Muxalifet - 23-08-2017
Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA
ABŞ Senatının kəşfiyyatı üzrə komitəsi kibertəhlükəsizlik üzrə qanun layihəsini dərc edib.
“Röyters” agentliyi xəbər verir ki, qanun layihəsi ABŞ prezidenti Donald Trampa Konqresin razılığı olmadan kibertəhlükəsizlik məsələləri üzrə Rusiya ilə əməkdaşlığı qadağan edir.
Sənəd həmçinin Rusiya tərəfindən kibertəhlükələr və ABŞ-ın seçki sisteminə kiberhücumlara qarşı ümumdövlət strategiyasının yaradılmasını tələb edir.Muxalifet - 23-08-2017
“Əbədi müttəfiq”dən geosiyasi düşmənə: Böyük layihə BAŞ TUTACAQMI?
“Rusiya ilə “Avrasiya İttifaqı”, görünür, artıq qazax lideri - Qazaxıstan prezidenti Nursultan Nazarbayevi maraqlandırmır. O, türk xalqlarının birləşdirilməsi layihəsini reallaşdırsa, “Türk Xalqlarının Böyük Ağsaqqalı” kimi tarixə düşə bilər”.
Bu haqda “Yeni Region” informasiya agentliyinin baş direktoru Aleksandr Şetinin öz köşə yazısında yazıb.
Onun sözlərinə görə, Moskva Qazaxıstanın iştirakı ilə Avrasiya İttifaqının yaradılması haqqında danışdığı bir vaxtda Nazarbayev İstanbulda başqa fikirlər söyləyirdi:Muxalifet - 23-08-2017
"Maşınına “Satılır” yazan cərimə edilə bilməz, amma…" - Polkovnik
Avtomobil üzərinə “Satılır” elanı vurmaq və əlaqə nömrəsi qeyd edərək onu idarə etmək yolda qəza törətmə və qəza riski yaratma ehtimalını artırır. Bu elan yolda hərəkət zamanı digər sürücülərin, xüsusilə avtomobil almaq istəyənlərin diqqətini yayındırır.
Muxalifet - 23-08-2017
Qadın evdə yanaraq ölüb – BAKIDA
Bu gün Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkarlanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet - 23-08-2017
Cərimə meydançasında avtomobillər qarət edilib
Bakıda Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan avtomobillər qarət edilib.
Hadisə Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb. Qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd “VAZ-2107” və 1 ədəd VAZ-21011” markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 23-08-2017
Türkiyədə prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub
Türkiyədə 2019-cu il prezident seçkilərində mövcud dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın ilk rəqibi bəlli olub.
Muxalifet - 23-08-2017
“Mənzil Tikinti Təhcizat” ləğv edildi
“Mənzil Tikinti Təhcizat” Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin 11.08.2017-ci il, 187 nömrəli sərəncamı ilə ləğv edilib.
Vergilər Nazirliyi xəbər verir ki, kreditorlar ləğvetmə komissiyasının yarandığı tarixdən 60 gün ərzində öz tələblərini irəli sürə bilərlər.
Tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə təqdim olunmalıdır.
Bildirək ki, ASC 1999-cu ildə qeydiyyata alınmışdı.Muxalifet - 23-08-2017
Qadını tanışını bıçaqla hədələyərək 500 manatını aldı – TUTULDU
Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu almaq istəyən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən ev sahibəsinin tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.Muxalifet - 23-08-2017
Lənkəranda “Azərişıq”ın avtomobilini yandıran şəxs tutulub - DİN
Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.Muxalifet - 23-08-2017
Ermənilər Qarabağda şərab festivalı keçirir - Növbəti təxribat (FOTO)
Sentyabrın 6-da Azərbaycanın işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində 4-cü şərab festivalı keçirəcək.
AzVision.az xəbər verir ki, festivalın keçirilməsi şərabçılığın təbliği və ya tanıtımı ilə yanaşı Qarabağa qanunusuz turist axınına xidmət edir.
Qeyd edək ki, Azərbaycanda torpaqlarında qanunsuz keçirilən festivalda hər il Ermənistan və xarici ölkələrdən 2 minə yaxın şəxs iştirak edir.Muxalifet - 23-08-2017
Çavuşoğlu kürdlərlə danışıqlara getdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Bağdada gedib. XİN rəhbəri bu gün Kürdüstan Muxtar vilayətinin paytaxtı Ərbilə səfər edəcək.
“Rudaw” telekanlına istinadən xəbər verir ki, səfər çərçivəsində Çavuşoğlu İraq prezidenti Fuad Masum, baş nazir Heydər əl-Abadi və həmkarı İbrahim əl-Cəfəri ilə görüşəcək.
Ərbildə isə Türkiyə XİN rəhbərini Kürdüstan Muxtar vilayətinin rəhbəri Məsud Bərzani qəbul edəcək.Muxalifet - 23-08-2017
Trampın Əfqanıstan planı – “Röyter” detalları açıqladı
Vaşinqton ABŞ Prezidenti Donald Trampın Əfqanıstan strategiyası çərçivəsində “Taliban” hərəkatını tutduğu ərazilərdən məhrum etməyi, həmçinin, Əfqanıstan ordusunun döyüş hazırlığını möhkəmləndirməyi planlaşdırır.
Bu barədə “Röyter” agentliyi yüksək çinli amerikalı məmura istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, əməliyyatın uğuru Əfqanıstan hakimiyyətinin, “Taliban”ın və digər qruplaşmaların nə qədər çox və məhz hansı ərazilərə nəzarət etməsindən asılı olacaq.Muxalifet - 23-08-2017
Yaxın Şərqdə başgicəlləndirici diplomatik təmaslar - 5 kritik mövzu
ABŞ-ın Müdafiə naziri general Ceyms Mettis İordaniya, Bağdad və Ərbil səfərinin ardından bu gün Türkiyəyə gəlir.
General Mettis Ankarada müzakirələrə başlayan zaman Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdad və Ərbil görüşlərinə start verəcək. Generalın regiona səfəri həm də Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumunu təxirə salmaq üçün Ərbilə təzyiq məqsədi daşıyır. Ancaq ümumilikdə səfər zamanı Türkiyə ilə bağlı 4 əhəmiyyətli məsələ gündəmə çıxır.Muxalifet - 23-08-2017
Rus ordusu ölkədən çıxsın! – Moldovadan BMT-yə müraciət
Moldova BMT-dən Rusiya hərbçilərinin Dnestryanıdan çıxarılması məsələsinin 72-ci Baş Assambleyanın gündəminə daxil edilməsini istəyib.
Bu sözlər Moldovanın BMT-dəki daimi nümayəndəsi Viktor Morarunun BMT baş katibinə göndərdiyi məktubda yer alıb. Onun sözlərinə görə, Moldovadakı rus hərbçiləri təhlükəsizlik üçün əsas təhdiddir.
Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi Rusiya hərbçilərinin Dnestryanıdakı mövcudluğunu qanunsuz adlandırıb.
BMT-nin Baş Assambleyası sentyabrın 12-də fəaliyyətə başlayacaq./axar.azMuxalifet - 23-08-2017
Trampın Arizonada çıxışı zamanı qalmaqal yaşandı
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Arizona ştatında çıxışı zamanı qalmaqal yaşanıb.
Yerli hakimiyyət əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur olub.
Feniks şəhərində Trampın çıxışı öncəsi küçələrdə bir-birinə qarşı duran fəallar toplaşıb. Onlardan bir qrupu Şarlotsvilldə neonasistlərin və rasistlərin fəaliyyətinə qarşı çıxış edib. Digəri isə söz və toplaşmaq azadlığına çağırışlar edir.Muxalifet - 23-08-2017
İnsanlardan hədə-qorxu pul alan dəstə tutulub
Dəstə üzvünün avtomobilinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb
Bakıda bir neçə nəfərə hədə-qorxu gələrək pullarını alan dəstə üzvləri tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Muxalifet - 23-08-2017
Zümrüd Yağmur prokurorluğa çağırıldı
Tanınmış yazar Zümrüd Yağmur Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Zümrüd Yağmur bu haqda feysbuk səhifəsində bildirib:
“Bir az əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə Gözəl Bayramlının işi ilə bağlı ifadə verməyə çağırıldım. Saat 5 də orda olmalıyam. Absurd bir şey, sadəcə vaxt itkisi…”Muxalifet - 23-08-2017
MHP-dən gedən Koray Aydın Meral Akşenerin hərəkatına qatıldı
Milliyətçi Hərəkat Partiyasından istefa verən Koray Aydın Meral Akşenerin hərəkatına qatıldı.
CNN Türk bildirir ki, Meral Akşenerin də, iştirak etdiyi mətbuat konfransında danışan Koray Aydın “Pişkin iktidardan sandık önünde hesap sormaya geliyoruz” -deyib.Muxalifet - 23-08-2017
Jurnalist Kim Wall-ın cəsədi Danimarkada dənizdə tapıldı
Reportaj üçün araşdırmaçı Peter Madsen ilə dənizə açılan və bir daha xəbər alınmayan İsveçli jurnalist Kim Wallın cəsədi Danimarkada dənizdən tapıldı.
CNN bildirir ki, Danimarka polisi dənizdən tapılan cəsədin jurnalist Kim Walla aid olduğunu təsbit edib. Polisin Twitterdə verdiyi açıqlamaya görə ekspertizanın nəticələrinə görə cəsədin Kim Walla aid olduğu sübut olunub.Muxalifet - 23-08-2017