Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?
Çeçen əsilli məşhur kriminal avtoritet Həmzət Qastəmirov (kriminal dünyada Şeyx Həmzət kimi tanınır) sərbəst buraxılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib və əlavə edilib ki, Qastəmirov artıq Azərbaycan hüdudlarını tərk edib.
“Avropa oğru kassasının nəzarətçisi” adlanan “qanuni oğru” Şeyx Həmzət ötən şənbə günü axşam Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 22-08-2017
ABŞ-dan Rusiyaya yeni sanksiya
ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.
“RİA Novosti” bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.Muxalifet - 22-08-2017
Azərbaycan və Aİ arasında yeni danışıqlar başlayır
Azərbaycan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə yeni danışıqların növbəti mərhələsi sentyabrın sonunda Brüsseldə keçiriləcək.
Bunu Trend-ə Aİ-nin Bakıdakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib.Muxalifet - 22-08-2017
Bakıda sürücünü silahla hədələyən şəxs: "Xəcalət çəkirəm" - YENİ VİDEO
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu sürücünü silahla hədələyən şəxsin həbsi ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.Muxalifet2 - 23-08-2017
Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb - YENİLƏNİB
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vurub. Hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbədə yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.
Nəticədə Bayram Kürdəxanılı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü meyxana ustasını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib.Muxalifet2 - 23-08-2017
Maduro Papadan kömək istədi - ABŞ-ın HÜCUMUNUN QARŞISINI ALMAQ ÜÇÜN
Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə müraciət edərək ABŞ-ın hücumunun qarşısını almaqda kömək istəyib.
Publika.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Qoy Roma Papası bizə Trampın Venesuelaya hücumunun qarşısını almaqda və müxallifətlə qarşılıqlı hörmət əsaslanan dialoqun təşkil edilməsinə kömək etsin", - deyə Maduro Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya hücum edəcəyi ilə hədələyib.Muxalifet2 - 23-08-2017
“Rusiya “Taliban” qruplaşmasını silahlandırır” – ABŞ-dan İTTİHAM
ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson qeyd edib.Muxalifet2 - 23-08-2017
ABŞ Rusiya ərazisində vizaların verilməsini dayandırır
ABŞ Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi cəbərə entyabrın 1-dən etibarən bu prosedur yalnız Rusiyanın ABŞ-dakı səfirliyində yenidən bərpa olunacaq.
Vaşinqton bu addımlarını ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının azaldılmasına cavab olaraq atıldığını bəyan edib.
Qeyd edək ki, Moskva bundan əvvəl ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının 755 nəfərədək (yəni 455 nəfər ) azaldılmasına dair qərar verib.Muxalifet2 - 23-08-2017
İŞİD-in 96 üzvü əfv edildi – GÖZLƏNİLMƏZ QƏRAR - FOTO
ABŞ-ın dəstəyiylə Rəqqada yaradılan Vətəndaş Şurası İŞİD-in 96 üzvünü əfv edib.
Muxalifet.az xarici KİV-ə istinadən bildirir ki, aşağı səviyyəli İŞİD üzvlərini terror qrupuna sədaqətlərindən imtina etməyə təşviq etmək məqsədi belə addım atılıb.
Azadlığa buraxılanlar cinayət törətməyən və hərbi fəaliyyətlə məşğul olmayan yerli İŞİD üzvləridir.Muxalifet2 - 23-08-2017
Putin Sarkisyanla nəyi müzakirə edəcək? - PREZİDENTLƏR GÖRÜŞƏCƏK
Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla danışıqlar aparacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İki ölkə lideri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edəcəklər, habelə Serj Sarkisyanın bu ilin martında Rusiyaya rəsmi səfəri zamanı əldə olunan sazişlərin icrasını nəzərdən keçirəcəklər”, - deyə məlumatda bildirilir.Muxalifet2 - 23-08-2017
Çində onlayn-məhkəmə fəaliyyətə başladı - DÜNYADA İLK
Çinin Xancou şəhərində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, məhkəmə onlayn alış-veriş sahəsində olan fırıldaqçılıq məsələlərinə, həmçinin onlayn bağlanmış borc müqavilələrinə və müəllif hüquqlarının pozulma işlərinə baxacaq. Dinləmələr və hökmün elan edilməsi videoyayım ilə onlayn yayımlanacaq.Muxalifet2 - 23-08-2017
Pentaqon rəhbərinin Ukraynaya səfəri başlayır
ABŞ-ın müdafiə naziri Ceyms Mettisin bu gün Ukraynaya səfəri başlayır. “RİA Novosti”nin verdiyi xəbərə görə, amerikalı nazir səfəri ilə Vaşinqtonun Kiyevlə strateji tərəfdaşlığa sadiqliyini nümayiş etdirməkdir.
Səfərin əsas proqramının avqustun 24-də - Ukraynanın Müstəqillik Günündə başlanacağı nəzərdə tutulub. Səfər çərçivəsində Pyotr Poroşenko və müdafiə naziri Stepan Öpyotakla danışıqlar planlaşdırılıb.
Ceyms Mettis həmçinin bayramla əlaqədar paradda da iştirak edəcək(apa).Muxalifet2 - 23-08-2017
Şimali Koreya döyüş başlıqlarının sayını artırır – KİM ÇEN IN TAPŞIRIQ VERDİ
Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.
“Gazeta.ru” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb”, - deyə məlumatda bildirilir.Muxalifet2 - 23-08-2017
Maduro Rusiyaya səfər etmək niyyətindədir
Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”, - deyə Maduro bildirib.
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”, - deyə Maduro qeyd edib.Muxalifet2 - 23-08-2017
Terror təşkilatı bu il 83 uşağı canlı bomba kimi istifadə edib – UNICEF-dən AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatı, Nigeriyanın şimal-şərqində Boko Haram qiyamçılarının canlı bomba kimi istifadə etdiyi uşaq sayında böyük artım olduğunu bildirib.
Muxalifet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) verdiyi açıqlamaya görə, təkcə 2017-ci ildə 83 uşaq canlı bomba kimi istifadə edilib.
Bu rəqəm, 2016-cı ildəki rəqəmdən dörd dəfədən çoxdur.
Qurbanların 55-i 15 yaşınadək qızlar olub, hətta bir qızın qucağındakı körpəyə də bomba bağlanıb.Muxalifet2 - 23-08-2017
İki ayağından əlil olan sürücü piyadanı vurub - BAKIDA
Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.
Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.Muxalifet - 23-08-2017
Oğul atasını bıçaqladı - SUMQAYITDA
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir
Sumqayıtda oğul atasını bıçaqlayıb.
Hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 23-08-2017
"Qarabağ" bu gün Çempionlar Liqasında tarixi oyuna çıxacaq
Azərbaycan təmsilçisi 1:2-dən başlayaraq, minimal fərqlə uduzsa belə, ölkə futbolu adına ilkə imza ata bilər
Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq.
Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kopenhagen"i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək.Muxalifet - 23-08-2017
Bakıda üç qardaş bıçaqlandı - NAMƏLUM ŞƏXS TƏRƏFİNDƏN
Bakıda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Savalan qəsəbəsində küçədə orta yaşlı kişi (hələlik adı açıqlanmır) 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə ona salam vermədiyinə görə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Nəticədə R.İbrahimov ürək nahiyəsindən bıçaqlanıb.Muxalifet - 23-08-2017
ÇL: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum oldu
Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşib
Futbol üzrə Çempionlar Liqasının (ÇL) "pley-off" mərhələsinin ilk 5 cavab görüşü keçirilib.
Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinə ilk vəsiqənin sahibi Qazaxıstanda rəsmiləşib.Muxalifet - 23-08-2017