Türkiyədə yeddi general və bir admiral istefaya gedib

Türkiyədə yeddi general və bir admiral təyinat ərəfəsində istefaya buraxılmasını istəyib.
 
“Milliyet”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Türkiyə Silahlı Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilərin könüllü şəkildə istefaya göndərilmək istəmələri barədə müraciət etdiklərini bildirilib. Nazirlik müraciətləri araşdırıb və təsdiqləyib. Həmin hərbçilər istefaya göndərilib.