Axtarış
The search found 105779 results in 0.013 seconds.
Search results
Mehman Hüseynov məhkəmə qərarından şikayət verdi
Həbsdə olan bloqçu Mehman Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.
Bu barədə Teleqraf.com-a Mehman Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.
O, bildirib ki, kasasiya şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib. İlkin baxış iclası sentyabrın 29-na təyin edilib.Muxalifet - 22-08-2017
Kim Çen Əsədə kimyəvi silahlar göndərirmiş - Röyter
BMT-nin müstəqil ekspertləri son yarım ildə iki dəfə Şimali Koreyadan Suriyanın Elmi Tədqiqatlar Mərkəzinə göndərilən yüklərin tutulduğunu bəyan edib.
Bu barədə BMT ekspertlərinin gizli məruzəsində bildirilir. Bu məruzə ilə bağlı bilgilər "Röyter" agentliyinə sızdırılıb.Muxalifet - 22-08-2017
"Kopenhagen"-"Qarabağ" matçını necə izləyək?
Sabah Azərbaycan futbol tarixinin ən önəmli qarşılaşmalarından biri baş tutacaq.
Belə ki, "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinin cavab oyununa çıxacaq və "Kopenhagen"in qonağı olacaq.
Fanat.az xəbər verir ki, qarşılaşmanı televiziya vasitəsi ilə izləmək mümkün olacaq. Belə ki, "İdman Azərbaycan" kanalı matçı canlı yayımlayacaq. Paralel olaraq Az.TV-nin də görüşü yayımlaması gözlənilir.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Kopenhagen"i 1:0 hesabı ilə yenib.Muxalifet - 22-08-2017
Atasına heykəl qoyduran deputat vəzifəsindən sui-istifadə edir - Sosialist Əməyi Qəhrəmanının rəyi
Sabirabad rayonunun deputatı Rüstəm Xəlilovun atası Gülabba Xəlilovun şərəfinə qeyri-qanunu şəkildə heykəl ucaltdığı ilə bağlı xəbərlər yayıldı. Millət vəkili bununla bağlı açıqlama verdi ki, heykəli o deyil, Sovet hökuməti ucaldıb. Ancaq burda bir məqam var: Sovet hökuməti tərəfindən o qəhrəmanın adına büst qoyulurdu ki, ən az iki dəfə “Sosialit Əməyi Qəhrəmanı “ adı ilə təltif olunsun. Mərhum G.Xəlilov isə bu ada bir dəfə layiq görülüb.
Muxalifet - 22-08-2017
"Azərişığ"ın avtomobilini yandırdılar - LƏNKƏRANDA QALMAQAL
Lənkəran rayonunda Azərişıq ASC-yə məxsus avtomobil yandırılıb.
Hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.
Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.
Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18 AC 061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülübMuxalifet - 22-08-2017
Azərbaycanlı alim İranda “ən yaxşı” seçildi
Ərdəbili Universitetinin Elmi Şurasının üzvü Əziz Həbibi 2017-ci il üçün fiziki-kimya üzrə ölkənin ən yaxşısı seçilib.
Kult.az İSNA-ya istinadən xəbər verir ki, Fiziki Kimya Komitəsinin təklifi əsasında İran Kimyaçılar Dərnəyinin İdarə Heyətinin üzvləri Əziz Həbibini ölkə üzrə “ən yaxşı kimyaçı” elan edib.
Əziz Həbibi bir çox kitabın müəllifi, həmçinin, kimya üzrə xaricdə nəşr olunan bir çox əsərin tərcüməçisidir.Muxalifet - 22-08-2017
Polisdən oğruları tapmağı tələb etdi, özü tutuldu - BAKIDA
Qohumunun evindən oğurluq edən şəxs polisə zəng edərək, oğrunu tapmalarını istəyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən Bakı şəhər sakini Bayram Mövludov tutulub.
B.Mövludov Binəqədi RPİ 5-ci PB-yə zəng edib, rayonun S.Bəhlulzadə küçəsindəki evdən oğurluq edildiyini bildirib. Əlavə edib ki, evə girən 2 nəfər naməlum şəxs əvvəlcə onu döyüb, daha sonra isə 20.000 manat dəyərində qızıl əşyanı götürərək aradan çıxıblar.Muxalifet - 22-08-2017
XİN başçıları “üçlük” formatında Bakıya toplanırlar
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.
Görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək./axar.azMuxalifet - 22-08-2017
İran Suriyada daha 9 muzdlu itirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 9 muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub.
Əsədə müxalif qüvvələrlə qarşıdurmada ölənlərdən 7-si Əfqanıstan, 2-si isə İran vətəndaşıdır. Onların Suriyanın konkret hansı bölgələrində öldürüldüyü mediaya açıqlanmayıb.
SEPAH-çılardan bir neçəsinin cənazəsi ölkəyə gətirilərək, İranın müxtəlif şəhərlərində torpağa tapşırılıb.Muxalifet - 22-08-2017
Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsin başqa cinayətləri də varmış - RƏSMİ
Paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.
Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.Muxalifet - 22-08-2017
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.
Rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.Muxalifet - 22-08-2017
Elmar Novruzova general-mayor rütbəsi verilib
Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verilib.
Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet - 22-08-2017
Ağdərə-Tərtər istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı
Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib.
Virtualaz.org sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, təmas xəttinin Ağdərə-Tərtər istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar podpolkovnik və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan.Muxalifet - 22-08-2017
Elvin Mürsəliyev ermənini döşəyə çıxmağa peşman etdi
Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev növbəti parlaq qələbələr qazanıb.
O, 1/8 finalda Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb.
Qeyd edək ki, yarımfinalda idmançımızın rəqibi Radzik Quliyev (Belarus) olacaq.Muxalifet - 22-08-2017
Abxaziyada erməni yol polisinin qulağını KƏSİBLƏR
Bazar günü, avqustun 20-də Abxaziyanın Suxumi şəhərində 25 yaşlı Aynar Avidzbanın idarə etdiyi avtomobil saxlanılıb.
“Naşa Abxaziya” nəşrinə istinadən xəbər verir ki, yol polisi əməkdaşı Albert Zebelyan protokol tərtib edib və sürücünun avtomobili texniki pasportu olmadan idarə etdiyini yazıb.
Növbəsini təhvil verəndən sonra Zebelyan evinə gedib. Evinin yaxınlığında isə onu Aynar Avidzba və naməlum bir kişi gözləyirmiş. Onlar polis işçisini döyüblər.Muxalifet - 22-08-2017
Vəkil: “Gözəl Bayramlıya dərmanların reseptləri verilmir”
Bu gün vəkil Əsabəli Mustafayev Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və partiya fəalı Fuad Əhmədli ilə görüşüb.
Ə.Mustafayev Turan-a bildirib ki, G.Bayramlının səhhətində problemlər qalır. O. G.Bayramlının səhhətinin normal olması barədə Penitensiar Xidmətin rəsmi bəyanatını təkzib edib.Muxalifet - 22-08-2017
“Haarets” qəzetindəki saxta məlumatın arxasında nə dururdu?
Deməyə sözüm var...
Bir neçə gün öncə İnternetdə guya İsrailin "Haarets" qəzetində dərc edilən məqalə yayılıb. Məqalədə Azərbaycan prezidentinin İsraildəki investisiyalarından danışılırdı.
Ancaq tezliklə məlum oldu ki, müəllif araşdırması kimi təqdim olunan bu məlumat saxta və yalandır.
Belə ki, qəzetin saytında və müəllifin məqalələrinin siyahısında belə material olmayıb.Muxalifet - 22-08-2017
“2000 manata görə qızımı öldürdülər”
Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 23 iyun tarixində ailəsinə xəbər vermədən “Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.
Leyla Oruclunun ölümü ilə əlaqədar anası Sevinc Alpman ölkə.az-la əlaqə saxlayıb. O, xəstəxana və həkimləri ittiham edən müsahibə verib.
Muxalifet.az həmin müsahibəni təqdim edir:Muxalifet - 22-08-2017
Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb
O, ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır
Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb.
TASS xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.Muxalifet - 22-08-2017
Dünya çempionunu öldürən azərbaycanlıdan YENİ XƏBƏR
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov polisə təslim olub.
Bu barədə məlumatı Sportfm.az saytına Xabarovskdakı Azərbaycan diasporunun fəallarından Qafur Əliyev verib:Muxalifet - 22-08-2017