Gəncədə avtomobil yaşlı qadını vurub – Sürücü qaçıb

Gəncədə piyadanı avtomobil vurub.
 
Hadisə şəhərin Şanxay qəsəbəsi yaxınlığında qeydə alınıb. Kimliyi məlum olmayan 70-75 yaşlarında qadın naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.  Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.