Axtarış

The search found 105779 results in 0.019 seconds.

Search results

  1. İsrail fələstinli lideri həbs etdi

    İsrail polisi "1948 Fələstin İslam Hərəkatı”nın lideri Şeyx Raid Salahı həbs edib.
     
    Salah Ummul Fəhimdəki evinə edilən basqın zamanı saxlanılıb.
    Qeyd edək ki, Raid Salah 2001-ci ildə Fələstin İslam Hərəkatinin lideri seçilib./axar.az

    Muxalifet - 15-08-2017

  2. ​ Türk əsgərini bağrımıza basarıq - Cavad Hatab

    İdlib xalqı Rusiya, ABŞ və başqa xarici güclərin istilasına rəğmən mübarizə aparır.
     
    Bu sözləri Suriya Müvəqqəti Hökumətinin baş naziri Cavad Hatab deyib.
    “Türk əsgəri bizim güvən və təhlükəsizlik dayağımızdır. Əgər türk əsgəri bura gəlsə, xalqımız tərəddüd etmədən onları bağrına basar. Türkiyə olmasa, bölgədə böhran daha da dərinləşər”, - o bildirib.

    Muxalifet - 15-08-2017

  3. Apteklərdə lisenziyasız dərmanlar satılır – Diqqət

    Vətəndaşları diqqətli olmağa çağırıram. Qida əlavələri apteklərdə dərman adıyla satılır.
     
    Bununla bağlı Azad İstehlakçılar İctimai Birliyinin (İB) sədri Eyyub Hüseynov məlumat verib.
    İB sədri bildirib ki, dərmanlarla bağlı olan şikayətlərə görə Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərilib.
    E.Hüseynovun paylaşdığı şikayət məktubunda qeyd edilib:

    Muxalifet - 15-08-2017

  4. Çingiz Hüseynzadə: "Ramil Quliyev 6 il öncə fərarilik edib" - ŞOK AÇIQLAMA

     “Dünyada ilk dəfə - azərbaycanlı Ramil Quliyev dünya çempionu oldu. Onu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik etdilər”.
     
    Bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

    Muxalifet - 15-08-2017

  5. Azərbaycan əhalisinin sayı... – Statistikanın məlumatı

    Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq 9,850,077 nəfərə çatıb.
     
    Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
    Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

    Muxalifet - 15-08-2017

  6. Ermənistan Rusiyadan üz döndərərsə...

    Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur.
     
    Bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.
    S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır: “Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik”.

    Muxalifet - 15-08-2017

  7. Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı AÇIQLADI

    Rusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək.
     
    Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.
    Analitik mərkəzi qeyd edir ki, Moskva bunu hibrid metodlardan istifadə edərək reallaşdırmağa çalışacaq, çünki hərbi müdaxilə ağlasığmazdır.

    Muxalifet - 15-08-2017

  8. Türk sözləri yad sayılır – Millət vəkili

    İslam İslam İnqilabından təxminən 40 il keçməsinə baxmayaraq, hələ də 10 milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq hüququndan məhrumdur.
     
     Artıq sosial tələbatı nəzərə alaraq bir çox millət vəkili də ölkədə türk dilinin rəsmi tədrisi ilə bağlı tələb irəli sürür.
    Kult.az xəbər verir ki, bu sözləri Ərdəbilin millət vəkili Məhəmməd Feyzi parlamentdə ölkə Prezidenti Həsən Ruhaniyə xitabən çıxışında deyib.

    Muxalifet - 15-08-2017

  9. Gənc fəal 100 manat cərimə edilib

    Demokratik Qüvvələrin Milli Şurasının üzvü, gənc fəal Cəmil Hacıyev 100 manat cərimə edilib.
     
    Bu barədə C.Hacıyev özü məlumat verib.
    Avqustun 7-də o, Binəqədi Rayon Məhkəməsinin binasında saxlanılıb. Belə ki, ona qarşı inzibati işə baxılmasının yubadılmasına etirazını bildirib.
    Onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparıblar. Bir neçə saatdan sonra məhkəməyə gəlməsinin vacibliyi barədə iltizam alaraq buraxıblar. Bu gün xuliqanlıq ittihamı ilə 100 manat cərimə edilib.

    Muxalifet - 15-08-2017

  10. Məhkum olunan jurnalist iş axtarır

    Sentyabrın 6-da Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə "Yüksəliş naminə" qəzetinin baş redaktor müavini Elçin Həsənzadənin işi üzrə növbəti məhkəmə prosesi olacaq.
     
    Nizami Rayon Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) mühakimə olunub. O, aylıq əməkhaqqının 20%-i tutulmaqla bir il islah işlərinə məhkum edilib. Lakin uzun müddətdir ki, iş tapa bilmir və bu da cərimənin ödənilməsini çətinləşdirib.

    Muxalifet - 15-08-2017

  11. Ətin kilosu 20 manatadək qalxacaq – Vahid Məhərrəmov

     “Son 7 ayda ət idxalı 2,2 dəfə artıb”
     
    “2017-ci ilin 7 ayında Azərbaycana 748 mln 567 min dollarlıq ərzaq idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur”.
    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirir.
    İdxal olunan ətin qiymətində artım var
    İdxalın 17,1 faizi yeyinti məhsullarının payına düşüb:
    “Dövr ərzində ölkəyə 39 mln 397 min dollar məbləğində 26,044 min ət idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ətin həcmi 78,42, qiyməti 123,2 faiz çoxdur”.

    Muxalifet - 15-08-2017

  12. “Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı” – Tofiq Heydərov istefa verdi

     “Bakı 2017″ IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.
     

    Muxalifet - 15-08-2017

  13. Prezident dəbdəbəli toylara qadağa qoydu

     Avqustun 3-də Özbəkistanın yaradıcı ziyalıları ilə görüşən prezident Şövket Mirziyayev ölkədə dəbdəbəli toyları tənqid edib və əhalini sadə toylar keçirməyə çağırıb.
     

    Muxalifet - 15-08-2017

  14. Məhkəmə işgəncələrlə bağlı şikayətə baxmaqdan imtina edib

    Bakının Qaradağ Rayon Məhkəməsi Nardaran hadisələri ilə əlaqədar 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncələrə məruz qalması barədə şikayətinə baxmaqdan imtina edib.
     
    Vəkil Yalçın İmanov bildirib ki, məhkəmə bunu onunla əsaslandırıb ki, bu cür ərizələrə məhkəmə nəzarəti qaydasında baxılmır.
    Vəkil bunu qanunsuz adlandırıb və apellyasiya şikayəti vermək niyyətindədir.

    Muxalifet - 15-08-2017

  15. "Şimali Koreyaya raket mühərrikini ya Ukrayna, ya da Rusiya verib" - KİV

    "Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb".
    "The Guardian" bir təhqiqatın nəticələrinə əsasən yazır ki, Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb.

    Muxalifet - 15-08-2017

  16. Şimali Koreya geri çəkildi

    Şimali Koreya yeni açıqlama verib.
     
    ABŞ-a məxsus Quam adalarına ediləcək raket hücumu təxirə salınıb.
    Şimali Koreya Quam adalarına endirəcəyi raket zərbəsi barədə planı təxirə saldığını açıqlayıb. Rəsmi Pxenyan raket sınağından əvvəl qonşularının hərəkətlərini izləyəcəyini bildirib.
    Açıqlamada həm də bildirilib ki, qarşı tərəfin Koreya yarımadası və ətrafında təhlükəli addımları davam etsə, raket sınağı həyata keçiriləcək.

    Muxalifet - 15-08-2017

  17. Aqil Abbas: “Qurban Qurbanova zəng edib dedim ki...”

     “Qarabağ”ın oyunu üçün həmişə biletim, stadionda yerim var. Bakıda deyiləm deyə oyunu televizor qarşısında izləyəcəyəm. Hətta zəng edib əvvəldən komandama uğurlar arzulayıb demişəm ki, qalib gələcəksiniz.
     
    Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Aqil Abbas Azərbaycan futbolu tarixində ilk dəfə Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının pley-off mərhələsində ilk matçı barədə danışarkən deyib.
    O, “Qarabağ”ın qələbə qazanacağına əmin olduğunu vurğulayıb: “Qurban Qurbanova zəng elədim ki, əmin ol, “Qarabağ” 100 faiz qələbə çalacaq”.

    Muxalifet - 15-08-2017

  18. Tarkan rus milyarderin təklifini qəbul etmədi

    Meqastar Tarkan rus iş adamlarından birinin 1 milyon dollarlıq təklifini qəbul etməyib.
     
    Axşam.az-ın xəbərinə görə, müğənni bunun üçün iş adamının ad günü partisində çıxış etməli imiş.
    Barselonada 100 nəfərlik qonaqla keçiriləcək ad günündə oxumaq təklifini qəbul etməyən Tarkanın cavabı “Xüsusi məclislərdə səhnəyə çıxmıram” olub.

    Muxalifet - 15-08-2017

  19. İran və Türkiyə razılaşacaq - Ekspert

    Türkiyə İran Baş Qərargah rəisləri arasında Suriya mövzusu ilə bağlı razılıq əldə oluna bilər.
     
    Bu sözləri Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin professoru Atay Akdevelioğlu deyib.

    Muxalifet - 15-08-2017

  20. “Qarabağ” “Kopenhagen”ə qalib gəldi

    Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb
     
     “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununda Danimarka çempionu “Kopenhagen”ə qalib gəlib.
    Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.
    Qeyd edək ki, qarşılaşmada yeganə qol birinci hissədə - 25-ci dəqiqədə vurulub. "Qarabağ" komandasının heyətində Mahir Mədətov fərqlənib.

    Muxalifet - 15-08-2017

Pages