Axtarış
The search found 105779 results in 0.022 seconds.
Search results
Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi — ŞOK HADİSƏ
Avropada çox qəribə hadisə baş verib.
Dəfn edildikdən sonra dirilən qız öz yas mərasiminə gəlib.
Qız paltar tikməklə məşğul olanda adəti üzrə düymənin birini ağzında saxlayıb. Tikişlə məşğul olan qız dodaqaltı mahnı oxuyur və anasının suallarına cavab verirmiş.
Qəflətən dərindən nəfəs alan qızın havası çatmayıb. Onun boğazı qovuşub və öskürməyə başlayıb. Doğmaları nə baş verdiyini anlamadıqları üçün panikaya düşüblər.Muxalifet - 14-08-2017
Əfv fərmanı gözlənilir – Qurban bayramında
Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir.
Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu istisna etməyib.Muxalifet - 14-08-2017
Kasparov şahmata qayıdır
54 yaşlı qrossmeyster “Sinquefield Cup”da iştirak edəcək
Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov peşəkar karyerasını bərpa edir. “Report”un “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı qrossmeyster bu gün ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Sinquefield Cup”da iştirak edəcək.
Sürətli şahmat və blits turnirinin təşkilatçıları bunun üçün H.Kasparova “vayld-kart” - xüsusi dəvət göndəriblər. Çünki 12 il əvvəl peşəkar idmandan gedəndən sonra onun təsnifat mərhələsində iştirak etmək imkanı olmayıb.Muxalifet - 14-08-2017
Demirtaş "terrorçu" sözünə görə Erdoğanı məhkəməyə verib
DemirtaşMuxalifet - 14-08-2017
Maduronun oğlu Trampı hədələdi: "Ağ Evi ələ keçirərik"
Venesueladakı daxili qarşıdurma və etirazçılara qarşı hökumətin mövqeyini sərt tənqid edən, eyni zamanda, başda prezident Nikolas Maduro və ailəsi olmaqla, bır sıra dövlət məmurlarına sanksiyalar tətbiq edən ABŞ-ın hədələri qarşı tərəfdə ciddi etiraz doğurub.
Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın "Venesuelaya hərbi müdqaxilə planı da masadadır" açıqlamasına isə rəsmi Karakasdan cavab gecikməyib.Muxalifet - 14-08-2017
ABŞ alimlərindən yeni İCAD
ABŞ ordusunun laboratoriyasının alimləri tərəfindən hazırlanmış maddə az müddət ərzində kifayət qədər elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir.
“4pda.ru” saytı bildirir ki, alimlər ABŞ ordusunun elmi-tədqiqat laboratoriyasında sınaqlar zamanı çox güclü reaksiyanın şahidi olublar: alüminium əsaslı nanoqalvanik tozun su ilə qarışdırılması zamanı güclü qaynama müşahidə olunub. Məlum olub ki, buna səbəb olan hidroliz nəticəsində su oksigen və hidrogen elementlərinə parçalanıb.Muxalifet - 14-08-2017
Ermənistan ordusu Tərtər-Ağdərə istiqamətində itki verdi
Ermənistan işğalçı qüvvələrinin hərbi qulluqçusu təmas xəttinin şimal-şərq istiqamətində öldürülüb.
Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Arman Samveloviç Movsisyanın “Azərbaycan tərəfdən açılan atəşlə” vurulduğunu bildirir.Muxalifet - 14-08-2017
Şavarş Koçaryan: “Azərbaycanın Türkiyəsi var, Ermənistanın bu cür müttəfiqi yoxdur”
Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir.
Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən “Azadlıq” radiosunun erməni xidmətinə bunları Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.
“Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı”, - deyən Şavarş Koçaryan etiraf edib ki, Azərbaycanın Türkiyəsi olduğu kimi, Ermənistanın bu cür müttəfiqi yoxdur.Muxalifet - 14-08-2017
Rusiyada ən çox qazanan azərbaycanlılardır
Rusiyada miqrantların sayı azalıb və onlar indi daha çox leqal əməklə məşğul olur və yerli sakinlərin tənəli baxışlarına az rast gəlirlər.
“Kommersant” nəşri xəbər verir ki, Rusiyada yaşayan əcnəbilər arasında ən çox qazanan azərbaycanlılardır.
Bu ilin fevral-mart aylarında Ali İqtisad Məktəbinin sifarişi ilə Etnosiyasi və Regional Tədqiqatlar Mərkəzinin MDB ölkələrini və Gürcüstanı təmsil edən miqrantlar arasında keçirdiyi sorğu göstərib ki, gəlmələrin 70%-dən çoxu Rusiyada tam qanuni əsaslarla çalışır.Muxalifet - 14-08-2017
Sərkisyan baş nazir olsa bunt qalxacaq?
Əgər Ermənistanın indiki prezidenti Serj Sərkisyan gələn il hakimiyyətini baş nazir postunda davam etdirməyə qərar versə xalq bunt qaldırmaz.
Virtualaz.org xəbər verir ki, bunu hakim Respublika partiyasının siyasi şurasının üzvü Ovanes Saakyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib.Muxalifet - 14-08-2017
Kürd referenduma hazırlaşır: 3 dildə səsvermə bülletenləri çap edildi
İraqın kürd administrasiyası sentyabrın 25-də keçiriləcəyini elan etdiyi referendumla bağlı səsvermə bülletenlərini çap edib.
Türkiyənin etirazlarına rəğmən kürdcə, ərəbcə və türkmənlər üçün türkcə çap edilən bülletenlərdə "Kürdüstan bölgəsini və münaqişəli əraziləri də özündə ehtiva edən müstəqil Kürdüstan dövlətinin qurulmasını istəyirsinizmi?" sözləri qeyd olunub.
Qeyd edək ki, "münaqişəli ərazilər" dedikdə administrasiya Kərkükü də nəzərdə tutur.Muxalifet - 14-08-2017
Tovuzda 37 yaşlı qadını ilan VURDU
Tovuzda 37 yaşlı qadını ilan vurdu
Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb. Bu barəfə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızını həyətlərində ilan sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.Muxalifet - 14-08-2017
Rayon təhsil şöbələrinə sərt İTTİHAM
Artıq respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanları və müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Adətən hər il müəllimlər qəbulla bağlı müəyyən narazılıqlarla çıxış edirlər. Kimi rayon təhsil şöbələrindən, imtahan suallarından, kimisi də yekun nəticələrdən şikayət edir.
O cümlədən zaman-zaman keçid balından az bal toplayanların müəllimlik adına sahib çıxdığını iddia edənlər də olur.Muxalifet - 14-08-2017
Saakaşvili planlarını 16 avqustda açıqlayacaq
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın xilası üçün yeni proqram açıqlayacağını deyib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili avqustun 16-da Ukraynanın ukraynalılara qaytarılması üçün yeni planını açıqlayacağını deyib.
O 19:30-da çıxış edəcəyini və rəsmi Kiyevi bütün Moldova və Ukrayna oliqarxiyasından azad edəcəyini əlavə edib.Muxalifet - 14-08-2017
Ermənistanda konsertə hazırlaşan Ququş: “Yaşasın Azərbaycan, qurban olum…” – VİDEO
Əslən Güney Azərbaycandan olan, Amerikada yaşayan müğənni Ququş avqustun 31-də Ermənistan paytaxtı İrəvanda konsert verəcək. Konsertdə İrandan gələn turistlərin tamaşaçı qismində iştirakı gözlənilir.
Turkustan.info xəbər verir ki, Ermənistan paytaxtında konsertə hazırlaşan Ququş verdiyi konsertlərin birində Azərbaycan haqqında xoş sözlər işlədib. “Yaşasın Azərbaycan! Gecə-gündüz. Qurban olum” sözlərinin ardından Ququş məşhur “Səkinə dayıqızı lay-lay” mahnısını ifa edib.
Həmin konsertdən video-görüntünü təqdim edirik:Muxalifet - 14-08-2017
Lütfi Zadənin xalası qızı: “Onun vəziyyəti stabil və yaxşıdır”
“O, Amerikanı unuda bilməz”
Bunu Kulis.az-a açıqlamasında alimin xalası qızı rejissor, Azərbaycanın Xalq Artisti Cənnət Səlimova söyləyib.Muxalifet - 14-08-2017
Əli Həsənovun evləri 18 mindən satması araşdırılır - ŞOK DOSYE
Əli Həsənovun evləri 18 mindən satması araşdırılırBaş nazirin müavini, “Qaqçınkom” sədri Əli Həsənovun məcburi köçkünlərə, şəhid ailələrinə ev təminatı ilə bağlı fəaliyyətindəki şübhəli məqamların təftişinə başlanır
Ulus.Az-ın əldə etdiyi məlumata görə, dövlət tərəfindən tikilən mənzillərin ayrı-ayrı çinovniklərə, orta ranqlı məmurlara satılması haqda iddialar araşdırmalara səbəb olub.
Ə.Həsənovun nəvəsinin törətdiyi cinayətdən sonra narazı vətəndaşların, qaçqınların komitəyə yönəlik şikayətləri mətbuata çıxmaqdadır.Muxalifet - 14-08-2017
Azərbaycanda daha bir zorlanma hadisəsi
Mingeçevir şəhərində 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb.
Report xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib.
Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.
Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.Muxalifet - 14-08-2017
Qurban bayramı nə zamandır? - DƏQİQ VAXT
Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 1-i və 2-si qeyd olunacaq.
Metbuat.az bildirir ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 qeyri-iş günü olacaq. Belə ki, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Qurban bayramı ilə əlqədar sentyabrın 1-dən 5-dək tətil olacaq.
Qeyd edək ki, sentyabrın 5-i iş günüdür.Muxalifet - 14-08-2017
Azərbaycanlı aktrisanın ürəyi dayandı: aparatdan ayırdılar
Gənc aktrisa Mila Əminə sünii nəfəs aparatından ayrılıb.
Bu barədə PrimeTime.Az-a İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib. Sənətçi bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: "Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü".Muxalifet - 14-08-2017