Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. ​Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı

    Elektron qeydiyyat isə sentyabrın 18-dək davam edəcək
     
    Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılan uşaqların sənədlərinin qəbulu başlayır.
    İdarədən verilən məlumata görə, proses sentyabrın 20-dək davam edəcək.
    Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

    Muxalifet2 - 15-08-2017

  2. ​Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun vaxtı uzadıldı

    Bu günə qədər portaldan 600 nəfər tələbə orta ixtisas, 3070 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib
     
    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də Azərbaycanda yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

    Muxalifet2 - 15-08-2017

  3. “Azərbacanın Rusiyanın tərkibinə daxil olması mütərəqqi hərəkət kimi qəbul oluna bilməz” - MÜSAHİBƏ

    Sərdar Cəlaloğlu: “Qacar ölməsəydi, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş Avropa ölkələrindən biri olacaqdı”

    “Azərbaycanın bütöv şəkildə İranın və yaxud da Rusiyanın tərkibində qalması bizim üçün daha əhəmiyyətlidir, nəinki bu günkü kimi parçalanmış vəziyyətdə olması”

    Muxalifet2 - 15-08-2017

  4. ​ABŞ-dan Bakıya ilginc siqnal – “Özünü Rusiyadan qoru!..”

    Dost-tərəfdaşlar üçün qorxulu müttəfiqlik testi; Moskva-Vaşinqton münasibətlərinin gərginləşməsi Azərbaycana şimaldan təhdidləri artıra bilər – iddia; amerikalı analitik: “Rusiya Qarabağ münaqişəsini həll etməklə yox, idarə etməklə məşğuldur...”
     

    Muxalifet2 - 15-08-2017

  5. ​“Rusiya Azərbaycanda KİV-ə çoxdan nəzarət edir” – BAŞ REDAKTOR

    Elçin Şıxlı: “Rusiyanın xeyrinə olmayan rus dilli nə qədər mətbuat varsa, hamısını məhv ediblər”
     
    Ötən həftə etibarlı mənbələrdən “Hürriyyət”ə daxil olan məlumata əsasən, “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan 25-35 yaşlı jurnalistlərin peşə hazırlığını artırmaq adı altında Moskvada 3 günlük kurslar təşkil edib. Mənbənin sözlərinə görə, kurslar senytabrın əvvəlində “Sputnik”in baş ofisində keçiriləcək və hazırda kurs keçmək istəyən jurnalistlərin müraciətləri qəbul edilir.

    Muxalifet2 - 15-08-2017

  6. ​İraq kürdlərinin referendum tələskənliyi :ABŞ, İran, Türkiyə, İraq və Suriya isə tam əleyhinədir – TƏHLİL

    Stanislav Tarasov
    regnum.ru, 14.08.2017
    İraq kürdüstanı prezidenti Məsud Bərzani Ərbildə islam alim və vaizləri qarşısında çıxış edərək bildirib ki, “İraqın kürd bölgəsinin bütün etnik və dini komponentləri bu il sentyabrın 25-də müstəqillik üzrə referendum keçirmək haqda qərar qəbul edib və bu plan təxirə salına və yaxud ləğv edilə bilməz”.

    Muxalifet2 - 15-08-2017

  7. ​Türkiyədə ağır yol qəzasında 3 azərbaycanlı ölüb – SİYAHI

    Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
    İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib.
    Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev “Report”a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər.

    Muxalifet2 - 15-08-2017

  8. ​İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ

    ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
    “Sanksiyalar üzrə uğursuz təcrübə ABŞ-ın əvvəlki administrasiyasını danışıqlar stolu arxasına gətirib çıxardı. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, şübhəsiz ki, biz qısa vaxtda, həftələr və ya aylar deyil, yaxın günlər və saatlarda əvvəlki vəziyyətimizə qayıdacağıq”, - İran prezidenti bildirib.

    Muxalifet2 - 15-08-2017

  9. BİZ – Əlisa Nicatın yazısı

    Xalq və millət olmaq üçün hansı xüsusiyyətlər əsasdır?

    Muxalifet2 - 15-08-2017

  10. ​“Abituriyent” jurnalının 8-ci nömrəsi çapdan çıxdı – DİM-dən AÇIQLAMA

    Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

    Muxalifet2 - 15-08-2017

  11. ADP “Turan”a qarşı təzyiqləri pislədi - BƏYANAT

    Partiya hakimiyyəti “Turan” İnformasiya Agentliyinə qarşı açılmış cinayət işinin durdurulması yönündə ciddi tədbirlər görməyə çağırıb
     
    Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi dəyişiklər əsas müzakirə obyekti olub.

    Muxalifet2 - 15-08-2017

  12. ​Mühacirətdə olan AXCP üzvündən ailə üzvləri imtina etdi

    Qardaşı oğlu Ramil Səftərov: “Biz belə adamları nəinki öz nəslimizə, bütün xalqımıza ləkə bilirik”

    “Şərəfi olan hər bir insan belə böhtanlara qarşı etiraz etməlidir”

    Muxalifet2 - 15-08-2017

  13. ​Bakıda gənc oğlan intihar etdi – ÖZÜNÜ ASDI

    Bakıda 17 yaşlı oğlan özünü asaraq intihar edib.
    Muxalifet.az bildirir ki, hadisə Binəqədi rayonunda baş verib.
    Rayonun Biləcəri qəsəbəsinin sakini, 2000-ci il təvəllüdlü Oruclu Arzuman Xudayar oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.
    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır. /report/

    Muxalifet2 - 15-08-2017

  14. Bukmeker kontoru: “Qarabağ” qalib gələcək

    Bu gün saat 20:00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın futbol tarixində ilk dəfə Çempionlar liqasının pley-off mərhələsinin oyunu keçiriləcək.
     
    “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.
    Muxalifət.az xəbər verir ki, “Marafon” bukmeker kontoru bu oyunda “Qarabağ”ın qələbə şansının daha çox olduğunu güman edir. Belə ki, ağdamlıların qələbəsinin əmsalı 2,29, danimarkalıların qələbəsinin əmsalı isə 3,56 kimi qiymətləndirilir. Heç-heçəyə ümid edənlər hər 1 manata 3,25 manat qazana bilər.

    Muxalifet2 - 15-08-2017

  15. ​Lukaşenko ilə yaxınlıq edən nüfuzlu azərbaycanlı oliqarxlar: onlar kimlərdir...

    Minskin Çervensk bazarı ilə üzbəüz yeni biznes-mərkəzin tikintisi gedir. Məşhur Belarus arxitektoru Boris Şkolnikovun layihəsi əsasında inşa edilən mərkəzin investorları azərbaycanlı biznesmenlərdir.
     

    Muxalifet2 - 15-08-2017

  16. ​Surət Hüseynovun keçmiş cangüdəninə sui-qəsd edən kimdir?

    Hollandiyalı prokuror Surət Hüseynovun keçmiş cangüdəni Polad Məmmədova Vestervoort şəhərində sui-qəsd təşkil etmiş şəxsə 30 aylıq həbs cəzası istəyib.
    Hollandiyada dərc edilən “Gelderlander” nəşri xəbər verir ki, 2001-ci ildə Azərbaycanda Niderlanda köçmüş müttəhimin adı açıqlanmır. İstintaq bıçaqlanma hadisəsinin səbəbini müəyyən edə bilməyib.

    Muxalifet2 - 15-08-2017

  17. ​Bill Geyts xeyriyyə məqsədilə 4,6 milyard dollar xərclədi

    “Microsoft” korporasiyasının qurucusu, dünyanın ən varlı insanı hesab edilən Bill Geyts iyunun 6-da xeyriyyə məqsədləri üçün varidatının 5%-ni – 4,6 milyard dollar vəsait ayırıb.
    “Bloomberg” xəbər verir ki, bu, son 17 ildə dünya üzrə ən böyük xeyriyyəçilik aktıdır. Lakin Geytsin “Misrosoft” şirkətinin 64 milyon ədəd səhmini hansı xeyriyyə fonduna bağışlaması açıqlanmır.

    Muxalifet2 - 15-08-2017

  18. Oğurluğa gəldi, ev sahibəsini bıçaqladı

    Bakıda evə qarət məqsədi ilə girən şəxs tutulub.
     
    Daxili İşlər Nazirliyinin xəbər verir ki, Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə eyvanın pəncərəsindən girən naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib və səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
    G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Muxalifet - 15-08-2017

  19. Azərbaycan manatının ilk eskizinin MÜƏLLİFİ: “Bu, dünyaya mesaj idi”

    Bu gün Azərbaycan manatının 25 yaşı tamam olur.
     
    Modern.az-ın məlumatına görə, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb.
     Azərbaycanın ikinci prezidenti  Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb.
    İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
    Modern.az saytı Azərbaycan manatının ilk eskizlərinin müəllifi  Eldar Mikayılzadə ilə əlaqə saxlayıb.

    Muxalifet - 15-08-2017

  20. Türkiyədə azərbaycanlılar ağır qəzaya düşdü – 3 nəfər öldü

    Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvan sakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
     
    Bu haqda Türkiyə KİV xəbər verir.
     Ölənlərin ikisi də Naxçıvan sakinidir.
     Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər.
     Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev "Report"a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər.

    Muxalifet - 15-08-2017

Pages