“Qarabağ” “Kopenhagen”ə qalib gəldi

Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb
 
 “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununda Danimarka çempionu “Kopenhagen”ə qalib gəlib.
Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qarşılaşmada yeganə qol birinci hissədə - 25-ci dəqiqədə vurulub. "Qarabağ" komandasının heyətində Mahir Mədətov fərqlənib.