Axtarış
The search found 105779 results in 0.074 seconds.
Search results
ABŞ raket sistemlərini Koreyaya göndərdi
ABŞ Pxenyandan gələcək təhlükənin qarşısını almaq üçün Cənubi Koreyada “Patriot” qabaqcıl raket sistemləri yerləşdirib.
Bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb.
Məlumata görə, ABŞ-ın Cənubi Koreyada yerləşən 35-ci hava hücumundan müdafiə briqadası yeni “Patriot” raket sistemləri ilə təchiz olunub.
Hazırda Cənubi Koreyada ABŞ-a məxsus 12 “Patriot” raket sistemləri mövcuddur. PAC-2 raket sistemləri 4, PAC-3 raket sistemləri isə 16 raketlə təchiz olunub./axar.azMuxalifet - 16-08-2017
İran Suriyada raket zavodu tikir - İDDİA
İsrail mediası İranın Suriyanin şimal-qərbində uzunmənzilli raketlərin istehsalı üçün zavod açacağını iddia edib.
İsrailin Kanal 2 televiziyasında yayımlanan xəbərdə zavodun Suriyanın Aralıq dənizi sahillərində yerləşən Banyas qəsəbəsində tikiləcəyi bildirilib.
İranın istehsal edəcəyi uzunmənzilli raketlərin xüsusi bazalarda saxlanılacağı da xəbərdə öz əksini tapıb./axar.azMuxalifet - 16-08-2017
Mühərrikləri Şimali Koreyaya Rusiya çatdırıb? - ŞOK İDDİA
Koreya Xalq Demokratik Respublikasına (KXDR) çatdırılan raket kompleksləri ətrafında yaranan qalmaqal böyüməkdədir.
Muxalifet.az xəbər verir ki, Kiyev Ukrayna raket mühərriklərinin KXDR-ə ötürülməsində Rusiyanı ittiham edib.
Ukrayna Dövlət Kosmik Agentliyinin sədrinin vəzifələrini icra edən Yuri Radçenko brifinqin gedişatında bildirib ki, Rusiya mütəxəssisləri “Siklon-2” və “Siklon-3” raketlərini sökərək onların içində olan Ukrayna istehsalı raket mühərriklərini Şimali Koreyaya çatdıra bilərdi.Muxalifet2 - 16-08-2017
61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb - BƏRDƏDƏ
Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.
Hadisə rayonun Əliyanlı kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.
Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"unm yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-08-2017
Dilimizin normalarını pozan aparıcıların adları - SİYAHI
Siyahıda Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev, Nəsib Nur yer alıb
Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar.
İyun-iyul aylarını əhatə edən monitorinqin nəticəsi olaraq hazırlanan hesabatda Azərbaycanın ədəbi dilinin normalarını pozan aparıcıların adları açıqlanıb.Muxalifet - 16-08-2017
Akif Çovdarova bu gün cəza istəniləcək - "MTN İŞİ"
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi saat 14:00-dək təxirə salınıb.
Muxalifet.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses təqsirləndirilənlərdən birinin vəkilinin gəlməməsi səbəbindən təxirə salınıb.
Məhkəmə saat 14:00-də davam edəcək. Prokuror A.Çovdarov və digərlərinə cəza istəyəcək.Muxalifet2 - 16-08-2017
Daha bir xarici şirkət Azərbaycanı tərk edir
Neft-mədən avadanlığının tədarükü sahəsində xidmətlər göstərən İtaliyanın “Valvitalia S.p.A” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunmasını elan edib.
Muxalifet.az bildirir ki, trend bu barədə “Vergilər” qəzetinə istinadən məlumat verir.
Şirkətin kreditorları öz tələblərini iki ay müddətində Bakı şəhəri, B.Səfəroğlu küçəsi, 133 ünvanı üzrə irəli sürə bilərlər.Muxalifet2 - 16-08-2017
Rusiyada azərbaycanlı hovuzda boğulub
Rusiyanın Rostov şəhərində azərbaycanlı hovuzda batıb.
“yuga.ru”-nun verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında şəhərdəki otel komplekslərindən birinin hovuzunda baş verib. 37 yaşlı azərbaycanlının meyiti kompleksin əməkdaşları tərəfindən tapılıb. Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə şöbəsinin mətbuat xidməti hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırman aparıldığını açıqlayıb.Muxalifet - 16-08-2017
İnsan alveri edən 33 azərbaycanlı qadın – VİDEO
Dünyada və ölkəmizdə ən geniş yayılmış problemlərdən biri də insan alveridir.
Muxalifet.az metbuat.az-a istinadən xəbər verir ki, ölkəmizdə də bu işlə məşğul olan şəxslər az deyil, xüsusilə də qadınlar çoxluq təşkil edir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi bu problemlərin qarşısının alınması üçün yaradılmış dövlət qurumudur.
Qurumun rəsmi saytından verilən məlumata əsasən, hazırda ölkəmizdə insan alveri ilə günahlandırılıb axtarışda olan 33 qadın var.
Onları təqdim edirik:Muxalifet2 - 16-08-2017
Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı – FOTOLAR
Ermənilər Kəlbəcərdə zavod inşa edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda inşa olunacaq zavod su istehsalı ilə məşğul olacaq. Zavodun təməlqoyma mərasimində Ermənistanın baş naziri Karen Karapetyan iştirak edib.
Onun sözlərinə görə xarici investorların hesabına inşa olunacaq zavod Kəlbəcər suyunu xarici ölkələrə satmağa imkan verəcək.
Karapetyan həmçinin, Vardenis-Ağdərə yolunun tikintisi və Su Elektrik Stansiyalarının tikinti prosesi ilə maraqlanıb.Muxalifet - 16-08-2017
Türkiyə Almaniyaya nota verdi
Türkiyə Almaniyaya etiraz notası göndərib.
Bu haqda Türkiyə KİV xəbər verir.
Notaya səbəb Türkiyədə ötən il dövlət çevrilişinə cəhdin əsas əlaqələndiricisi hesab olunan Adil Öksüzün Almaniyada gizlənməsidir.
Rəsmi Ankara Almaniyadan A.Öksüzün Türkiyəyə təhvil verilməsini tələb edib.Muxalifet - 16-08-2017
ABŞ-da erməni mafiyasının üzvləri həbs edildi
ABŞ-ın Los-Anceles şəhərində erməni mafiyasının 12 üzvü həbs edilib. Hurriyyet.org xəbər verir ki, onlar klinikalar vasitəsi ilə qanunsuz şəkildə narkotik tərkibli həblər satmaqda ittiham edilirlər. Onların arasında 36 yaşlı Minas Matosyan, Armen Simonyan (52 yaş), Qrişa Sayyadyan (66 yaş), Fred Minssyan (50 yaş), Hayk Matosyan (30 yaş), Anahit Quyumcan (27 yaş) və Sabrina Quberman (45 yaş) vardır.
Muxalifet2 - 16-08-2017
PROKUROR NAZİR POSTUNA GƏTİRİLİR - Vasif Talıbovun kadr dəyişikliyi barədə yeni iddialar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə vəzifəsindən azad olunan MR Daxili İşlər naziri Əhməd Əhmədovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur.
Muxalifet - 16-08-2017
Azərbaycanın Mi-17 vertolyotları və gəmiləri İsrail raketləri ilə zərbə endirir - VİDEO
Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu günlərdə Xəzərdə keçirdiyi hərbi təlimlər xarici bloqqerlərin diqqətini cəlb edib.
Buna səbəb təlimlərdə iştirak edən Mi-17 çoxtəyinatlı hərbi-nəqliyyat vertolyotlarının şərti dəniz hədəflərinə İsrail istehsalı olan tank əleyhinə yarımaktiv lazer tuşlama sistemili LAHAT (SkyBow) raketləri ilə zərbə endirməsidir.Muxalifet - 16-08-2017
Ərdoğan İrana gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanlarda İrana səfər edəcək.
İran kütləvi informasiya vasitələrinin məlumatına əsasən, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin Asiya və Okeanya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib.
Tehranda Türkiyə XİN başçısının müavini Ümit Yalçınla görüşdə İranlı diplomat deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.Muxalifet - 16-08-2017
Akif Çovdarov və digərlərinin məhkəməsində prokuror çıxış edir
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın xəbərə görə, iclasda prokuror çıxış etməyə başlayıb. Prokurorun bu gün təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.
Proses davam edir.Muxalifet2 - 16-08-2017
“Turan”da axtarış bitdi -SƏNƏDLƏR MÜSADİRƏ OLUNDU
Saat 14.00 radələrində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri Turan İnformasiya Agentliyində axtarışı yekunlaşdırıblar və agentliyin ofisini tərk ediblər.
Vergi əməkdaşları 2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, kargüzarlıqla və onlara "maraqlı" gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətlərini götürüblər.
Agentliyin mühasibinin şəxsi noutbuku da götürülüb.Muxalifet - 16-08-2017
"Yeni dövlət yaradılsa, müharibə başlayacaq" - ÇAVUŞOĞLU
Kürd muxtariyyətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum böyük problemlərə yol aça bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hazırda İraqda xeyli problem var. Ölkənin bu vəziyyətində müstəqilliklə bağlı referendum keçirilsə, bu, vətəndaş müharibəsinə səbəb ola bilər”, - Çavuşoğlu bildirib.Muxalifet - 16-08-2017
“Oğlumun törətmədiyi iyrənc cinayəti boynuna qoyublar” – KÜRDƏMİRDƏ DƏHŞƏT
Güləbətin Salahova: “Bu hadisəni birbaşa onun oğlu Münasib edib və video çəkliş edib yayıb deyə üstü açılıb”
Kürdəmir rayonu Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif oğlunun qanunsuz olaraq həbs edldiyini yazır:
“Bu şikayətimdə yazıb məlum edirəm ki, övladım 17 yaşlı məktəbli Məmmədov Bəhrəm Yenigibar oğlunu qanunsuz həbs edib, işgəncə verib törətmədiyi iyrənc cinayəti boynuna qoyublar.Muxalifet2 - 16-08-2017
“Ermənilərin Qarabağdan çıxarılması qaçılmazdır” – Erməni şərhçi
“Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”.
Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir:Muxalifet - 16-08-2017