Gənc fəal 100 manat cərimə edilib

Demokratik Qüvvələrin Milli Şurasının üzvü, gənc fəal Cəmil Hacıyev 100 manat cərimə edilib.
 
Bu barədə C.Hacıyev özü məlumat verib.
Avqustun 7-də o, Binəqədi Rayon Məhkəməsinin binasında saxlanılıb. Belə ki, ona qarşı inzibati işə baxılmasının yubadılmasına etirazını bildirib.
Onu Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparıblar. Bir neçə saatdan sonra məhkəməyə gəlməsinin vacibliyi barədə iltizam alaraq buraxıblar. Bu gün xuliqanlıq ittihamı ilə 100 manat cərimə edilib.
Ancaq C.Hacıyevin sözlərinə görə, onun xuliqanlıq etməsilə bağlı heç bir sübut təqdim olunmayıb.