Axtarış

The search found 105779 results in 0.014 seconds.

Search results

  1. Moskvada utancverici olay: Azərbaycanlı erməni ilə birləşib...

    Moskva polisi Qazaxıstan vətəndaşına qarşı quldurluq edən şəxsləri yaxalayıb.
     
    43 yaşlı Qazaxıstan vətəndaşı Rusiya paytaxtının Permskaya küçəsində iki nəfər tərəfindən qarət edildiyi barədə polisə müraciət edib. O bildirib ki, Moskvaya "Volvo” markalı yük maşınıyla mal gətiriblərmiş. Permskaya küçəsində avtomobil dayanacağında onlara "Volksvagen” markalı maşında iki nəfər yaxınlaşıb. Sürücünü və yoldaşının tapançayla hədələyən quldurlar onların 74 min rublunu (təxminən 2 min 100 manat) alaraq ərazini tərk ediblər.

    Muxalifet - 15-08-2017

  2. Bakıda kafedə kütləvi dava: ölən var

    Bakıda qətl törədilib.
     
    Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
    Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
     Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

    Muxalifet - 15-08-2017

  3. “Aqrolizinq”in hesabdarı yoxa çıxıb - Polis axtarır

    "Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb.
     
    "Yeni Müsavat”ın yazdığına görə, 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.

    Muxalifet - 15-08-2017

  4. Bakıda 17 yaşlı qız itkin düşdü

    Bakıda 17 yaşlı qız itkin düşüb.
     
    Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 2000-ci il təvəllüdlü Aytən Vahid qızı Yusifovanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb. /apa

    Muxalifet - 15-08-2017

  5. Tiflisdə azərbaycanlıların yaşadığı məhəllədə daha bir həbs – Narkotiklə bağlı/Yenilənib

    Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
     
    Əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
     Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib.
     
    ***
     

    Muxalifet - 15-08-2017

  6. "Qarabağ"ın oyununu 10 kanal yayımlayacaq — SİYAHI

    Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək.
     
    Azərbaycan çempionu "Qarabağ" Danimarkanın "Kopenhagen" klubu ilk matçını evdə keçirəcək.
    Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı televiziya vasitəsi ilə də canlı izləmək mümkün olacaq. Qarşılaşmanı Azərbaycanın "İdman Azərbaycan", Türkiyənin "Tivibu Spor 2", Ruiyanın "Futbol 3" telekanalları canlı yayımlayacaq.

    Muxalifet - 15-08-2017

  7. Bakıda 22 yaşlı oğlan sevgilisini bıçaqladı

    Bakıda bıçaqlanma olub.
     
    Hadisə paytaxtın Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hacıbala Məmmədova qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1985-ci il təvəllüdlü Ülkər Şıxəliyevanı bıçaqlayıb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 15-08-2017

  8. 'QHT-lərə vergi sanksiyaları 3 milyon manatdan artıqdır' - Hesabat

     “2014-cü ildən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin apardığı cinayət işləri əsasında 10 xarici QHT vergi cərimələrinə, hesablarına həbs qoyulması hallarına məruz qalıb. Sanksiyalara məruz qalan yerli QHT-lərin sayı isə 17-dir. Vergi sanksiyalarının ümumi məbləği 3 milyon manatdan artıqdır”.
     

    Muxalifet - 15-08-2017

  9. Tramp təhqiqat başlatdı: Çin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib

    Muxalifet - 15-08-2017

  10. Azərbaycanda doğulmuş qadını Ermənistana deportasiya etdilər

    Bu gün səhər Azərbaycanda anadan olmuş Armine Ambartsumyan Niderlanddan Ermənistana deportasiya edilib. Səhər saat 8-də onu təyyarəyə mindirərək Parisə, oradan isə Yerevana göndəriblər.
     

    Muxalifet - 15-08-2017

  11. Köçəryan Azərbaycan DİN-ə müraciət edib: “Mənə pasport verin...”

    Rusiyanın Voronej vilayətinin Valuysk rayonunun Posoxovo kəndində yaşayan keçmiş Bakı ermənisi Mixail Köçəryan pasportsuz qalıb.
    Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2007-ci ildə Köçəryanın pasportu qaldığı evdə baş vermiş yanğın zamanı yanıb. O, həmin vaxtdan pasportsuz yaşayır və dediyinə görə yeni pasport əldə etmək üçün zəruri sənədləri toplaya bilmir.

    Muxalifet - 15-08-2017

  12. Erməni hərbçisi asılmış vəziyyətdə tapıldı

    Avqustun 14-də Ermənistanın Şirak vilayətinin Atsik kəndində müddətli hərbi xidmət qulluqçusu olan əsgərin meyiti aşkarlanıb.
     
     “Ermənistan xəbərləri” portalı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bu məlumatı təsdiqləyib.
    Əsgərin meyiti əmisinin evində asılmış vəziyyətdə tapılıb.
    Təfərrüatlar açıqlanmır.

    Muxalifet - 15-08-2017

  13. Qohumunu video görüntülərlə şantaj edən şəxs həbs olunub

    Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu–Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.
     

    Muxalifet - 15-08-2017

  14. "Qalatasaray" Arda Turanı icarəyə götürdü

    İki klub arasındakı danışıqlar müsbət nəticə verib
     
    Türkiyənin "Qalatasaray" klubu futbolçu Arda Turanı icarəyə götürmək üçün İspaniya "Barselona"sı ilə razılığa gəlib.
    "CNN Türk"ün verdiyi məlumata görə, iki klub arasındakı danışıqlar müsbət nəticə verib.
    Arda 5 milyon avro maaş qarşılığında 1 illik icarəyə götürülüb. Onun maaşının 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək. Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir./report

    Muxalifet - 15-08-2017

  15. “Rossiya24” telekanalının erməni müxbiri Ukraynadan qovulub

     Ukrayna Rusiyanın 115 müxbirinin akkreditasiyasını ləğv edib
     
    Rusiya Dövlət Televiziya və Radio Şirkətinin (DTRŞ) xüsusi müxbiri Tamara Nersesyan Ukrayna ərazisindən qovulub.
    RİA "Novosti” xəbər verir ki, onun qovulmasının səbəbi hələlik məlum deyil.
    T.Nersesyan “Rossiya24” telekanalında işləyir.
    Məlumata görə, 2015-ci ilin martından rəsmi Kiyev Rusiyanın 115 müxbirinin Ukrayna ərazisindəki fəaliyyəti ilə bağlı akkreditasiyasını ləğv edib. Bundan başqa, Rusiyanın əsas telekanallarının Ukraynada yayımı qadağan olunub.

    Muxalifet - 15-08-2017

  16. Mənzildən 45 min manat pul oğurlanıb - BAKIDA

    Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

    Muxalifet - 15-08-2017

  17. Sovet əsgərinin memorialı təhqir olunub – Berlində

    Berlin şəhərinin küçələrinin birində 2-ci dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərinə qoyulmuş memorial təhqir olunub.
     
     Xəbəri «Berliner Morgenpost» nəşri yayıb.
    Xəbərdə deyilir ki, 41 yaşlı kişi əvvəlcə monument üzərinə fizioloji ehtiyacını ödəyib, sonra isə ona tüpürüb. O, ucadan nasizmi dəstəkləyən ifadələr işlədib, tutulan zaman isə Rusiyanın ünvanına təhqirlər səsləndirib.
    Kütləvi informasiya vasitələrinin (KİV) yazdığına görə, indi ölülərin xatirəsini təhqir etdyinə görə, onu müvafiq cəza gözləyir./azpolitika

    Muxalifet - 15-08-2017

  18. Şimali Koreyanın ABŞ-ı vurma planı üzə çıxdı — ŞOK DETALLAR

    ABŞ-Şimali Koreya arasında gərginlik davam edir.
     
    Ötən həftə ABŞ prezidentini hədələyən Kim Çen İn Quam adasını vuracağını bəyan etmişdi. Bu gün isə nümayiş etdirilən fotolarda hücum planı üzərində iş getdiyi məlum olub.
    Fotolara əsasən Kim Çen İn ölkənin yüksək rütbəli hərbçiləri ilə birlikdə hücum planını müzakirə edir. Quam adasına raket zərbəsi endirməyə hazırlaşan Kim Çen İn detalları xəritə üzərində müzakirə edir və incələyir. Kim Çen əlindəki çubuqla xəritədəki yerləri göstərir.

    Muxalifet - 15-08-2017

  19. Tanınmış teleaparıcı KOMAYA DÜŞÜB – Xanımından açıqlama

    Tanınmış teleaparıcı, Publika.az saytının baş redaktoru Elçin Əlibəyli bu gün cərrahiyyə əməliyyatı zamanı komaya düşüb.
     

    Muxalifet - 15-08-2017

  20. İran televiziyasında Azərbaycan mahnısı - Video

    İran Dövlət Televiziyası Təbrizin “Traktor” klubu ilə Tehranın “İstiqlal” futbol klubu arasında keçirilən görüş üçün hazırlanmış süjeti Azərbaycan mahnısı ilə efirə verib.
     
    Kult.az xəbər verir ki, süjetdə oyuna gedən futbolçuların coşqusu hiss olunur. Bir neçə dəqiqlik kadrlarda əvvəldən sona qədər Azərbaycanın xalq şairi Şəməd Vurğunun “Azərbaycan” şeirinə bəstələnmiş mahnı səsləndirilib.
    Qeyd edək ki, “Traktor”la “İstiklal” komandası 11 avqust tarixində görüşüb. Oyun “İstiklal”ın minimal (1-0) hesablı qələbəsi ilə nəticələnib.

    Muxalifet - 15-08-2017

Pages