Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. DİQQƏT! ABŞ Türkiyəyə quyu qazır – Yusif Qaplan

    ABŞ Türkiyəni içəridən vurmağa hazırlaşır.
     
    Bu sözləri “Yeni Şəfəq” qəzetinin köşə yazarı Yusif Qaplan yazıb.
    O, “Diqqət! ABŞ Türkiyəyə quyu qazır” başlıqlı yazısında ABŞ-ın YPG terror təşkilatına silah yardımı etməsini xatırladaraq, Türkiyəni içəridən çökdürməyə çalışdıqlarını bildirib.

    Muxalifet - 14-08-2017

  2. “Azəriqaz”ın şöbə rəisi vəfat etdi

     “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi Harun Vahabov vəfat edib.
     
    Harun Vahabov avqustun 12-də ürəktutmasından vəfat edib. Qeyd edək ki, hadisə H.Vahabov məzuniyyətdə olarkən baş verib.
    Xatırladaq ki, 1964-cü ildə anadan olan H.Vahabov Azəriqaz İB-də müxtəlif vəzifələrdə çalışıb.

    Muxalifet - 14-08-2017

  3. Tramp məzuniyyətdən yarımçıq Ağ Evə qayıtdı

    ABŞ Prezidenti Donald Tramp gərgin iş qrafikinə görə məzuniyyətini yarımçıq qoyaraq Ağ Evə qayıdıb.
     
    ABŞ prezidenti bu barədə Tvitter hesabında yazıb.
    “Bu gün səhər Vaşinqtona geri dönürəm. Bir çox iş görmək lazımdır. Diqqətimi ticarət və hərbi məsələlərə yönəldəcəm”, - Tramp qeyd edib.
    Qeyd edək ki, ABŞ Prezidenti avqustun 4-də 17 günlük məzuniyyətə yollanmışdı.

    Muxalifet - 14-08-2017

  4. Türkiyə ordusunda şübhəli zəhərlənmə: 31 əsgər...

    Türkiyənin Sivas şəhərində yerləşən hərbi hisslərin birində xidmət edən əsgərlər qidadan zəhərlənib.
     
    Hadisə nəticəsində zəhərlənən 31 əsgər xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərin arasında briqada komandirinin də olduğu bildirilib.
    Hadisə ilə bağlı araşdırma aparılır./axar.az

    Muxalifet - 14-08-2017

  5. “Fənərbaxça” Ramil Quliyevi qarşılayır – Böyük izdiham

    Türkiyənin “Fənərbaxça” klubu atletika üzrə dünya çempionu Ramil Quliyevi böyük izdihamla qarşılamaq üçün fanatlarını havalımanına toplayır.
     
    Bu barədə məlumat “Fənərbaxça” azarkeşlərinin Tvitter səhifəsində paylaşılıb.
    “Ramil Quliyevi qarşılamaq üçün bütün fanatlarımızı Türkiyə və “Fənərbaxça” bayraqları ilə Ankaranın Esenboğa havalımanında gözləyirik”, - qeyd edilib.

    Muxalifet - 14-08-2017

  6. Kəsdiyi ağacın altında qalıb, ÖLDÜ - AĞSTAFADA

    Ağstafa rayon sakini kəsdiyi ağacın altında qalaraq ölüb.
     
    Report-un məlumatına görə, bir müddət əvvəl meşədə kəsdiyi ağacın altında qalan rayonun Qırlı kənd sakini, 1966-cı il təvəllüdlü Elxan Rəhman oğlu Musayev xəstəxanada ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 14-08-2017

  7. Rusiyanın Qərbdəki dezinformasiya şəbəkələri

    ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən eks-prezident Barak Obamaya Rusiyanın ABŞ siyasi sistemini çökdürmək üçün kəşfiyyat əməliyyatlarını artırdığı və dezinformasiya şəbəkələri yaratdığı barədə gizli xəbərdarlıq edilib.
     
    Xüsusi xidmət orqanları həyəcan təbili çalsa da, Barak Obama administrasiyası Rusiyanın imkanlarını real olaraq qiymətləndirməyib.

    Muxalifet - 14-08-2017

  8. Tovuzda hamilə qadının beyninə qan sızdı - Xəstəxanada öldü

    Tovuz rayonunda hamilə qadın dünyasını dəyişib.
     
    Trend-in məlumatına görə, hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasının Doğum evində baş verib. Rayon sakini Əliyeva Oksana Fazil qızı avqustun 1-də doğum evinə yerləşdirilib.
    Avqustun 13-də qadının beyninə qan sızıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

    Muxalifet - 14-08-2017

  9. QHT haqqında qanunvericilik Aİ və ATƏT standartlarına uyğun deyil – ekspertiza

    2014-cü ildən Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi tərəfindən aparılan cinayət işləri əsasında 10 xarici QHT vergi cərimələrinə, hesablarına həbs qoyulması hallarına məruz qalıb.
     
    Sanksiyalara məruz qalan yerli QHT-lərin sayı isə 17-dir. Vergi sanksiyalarının ümumi məbləği 3 milyon manatdan artıqdır.
    Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin açıqladığı "Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə hüquqi məhdudiyyətlər" adlı araşdırma sənədində belə deyilir.

    Muxalifet - 14-08-2017

  10. "Ruslan Qaranın həbsi siyasi motivlidir" – VƏKİL

    Avqustun 14-də vəkil Əsabəli Mustafayev ötən cümə inzibati qaydada həbs olunmuş Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt təşkilatının fəalı Ruslan Qara (Qarayev) ilə görüşüb.
     
    Mustafayevin Turan-a verdiyi məlumata görə, onu bir saata yaxın polis binasının qarşısında saxladıqdan sonra Qaranın yanına buraxıblar. Eyni zamanda, o bildirib ki, əvvəlki hallardan fərqli olaraq, o, müvəkkili ilə görüş almaq üçün DİN-in "102" xidmətinə və ombudsman aparatına zəng etməli olmayıb.

    Muxalifet - 14-08-2017

  11. Fermer: Əkin sahələri məhv olur...

    Biləsuvar rayon İsmətli kənd sakini İxtiyar Ağayev məmur özbaşınalığı ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
     

    Muxalifet - 14-08-2017

  12. RATİ KİV-lərə qarşı cinayət təqiblərinə son qoymağa çağırır

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Turan” İnformasiya Agentliyinə qarşı vergi ödəməkdən yayınma ittihamı ilə siyasi motivli cinayət işinin açılması ilə bağlı Azərbaycan hakimiyyətini qınayır və ölkənin azsaylı müstəqil media qurumlarından birinin məhv edilməsi məqsədi daşıyan qanunsuz əməllərə dərhal son qoymağa çağırır.
     
     Bu barədə RATİ-nin məlumatında deyilir.

    Muxalifet - 14-08-2017

  13. Salyanda "KaMAZ" "Mercedes"lə toqquşub

    Hadisə nəticəsində 3 nəfər xəsarət alıb
     
    Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, "Mercedes" markalı avtomobil "KaMAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

    Muxalifet - 15-08-2017

  14. Hamilə qadını əri döyərək ağır xəsarət yetirib

    Könül Quliyeva xəstəxanaya yerləşdirilib
     
    Bakıda hamilə qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
    Hadisə Xətai rayonunda baş verib.
    Əhmədli qəsəbəsində, 29 yaşlı Quliyeva Könül Əlövsət qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.
    Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 15-08-2017

  15. Bu gün “Qarabağ” “Kopenhagen”i qəbul edəcək

    Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edəcək
     
    Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununu keçirəcək.
    Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edəcək.

    Muxalifet - 15-08-2017

  16. Nyu-Yorkda Tramp əleyhinə aksiya - "BU DƏHŞƏT BİTMƏLİDİR"

    Bu dəhşət bitməlidir: Tramp və Pens rejimi getməlidir, - deyə şüarlarda yazılıb
     
    ABŞ-ın Nyu-York şəhərində yüzlərlə insan prezident Donald Trampın yürütdüyü siyasətə etiraz əlaməti olaraq "Trump Tower" göydələninin yaxınlığında aksiya keçirərək dövlət başçısının qeyri-rəsmi iqamətgaha gəlişini gözləyir.
    Muxalifet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
    Etirazçılar "Tramp" göydələninin qarşısında toplaşmağa başlayıblar. Polislər binanı qumla dolu yük maşını ilə qoruyublar.

    Muxalifet - 15-08-2017

  17. Hərbçilər Kim Çen İnə raport verdilər: ABŞ-ı vurmağa hazırıq

    Şimali Koreya hərbçiləri ölkə rəhbərinə Quam yaxınlığında raket sınağı keçirməyə hazır olduqlarını xəbər veriblər
     
    Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri dövlət baççısı Kim Çen Ina Quam adasına raket zərbəsi endirməyə hazır olduqlarını bildiriblər.
    Bu barədə "Associated Press" məlumat yayıb.
    Məlumatda qeyd olunur ki, Şimali Koreya hərbçiləri ölkə rəhbərinə Quam adası yaxınlığında raket sınağı keçirməyə hazır olduqlarını xəbər veriblər.

    Muxalifet - 15-08-2017

  18. "KXDR-in ABŞ-a zərbəsi irimiqyaslı hərbi əməliyyatlara gətirəcək" - MÜDAFİƏ NAZİRİ

    Ceyms Mettis: Əgər onlar ABŞ-a zərbə endirsələr, bu, tezliklə həri əməliyyatlara gətirib çıxaracaq
     
    ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Şimali Koreyanın Birləşmiş Ştatların ərazisinə raket zərbəsi endirməsi irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.
    Bu barədə "Reuters" xəbər verib.

    Muxalifet - 15-08-2017

  19. “Bakı-Tbilisi-Qars dəmir yolu Rusiyanı “İpək yolu” layihəsindən kənarlaşdıracaq” – Rusiyalı ekspertlər

    Çünki yüklərin Avropa Birliyi ölkələrinə Rusiya ərazisi ilə daşınması sürət baxımından Çini qane etmir
     
    Bu il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi Avropa Birliyinə tranzit yükləri Rusiya ərazisindən yan keçməklə çatdıracaq.
    "Gazeta.ru" xəbər verir ki, bu dəhliz Rusiyanı "Yeni İpək Yolu" layihəsindən kənarlaşdıra bilər. Çünki yüklərin Avropa Birliyi ölkələrinə Rusiya ərazisi ilə daşınması sürət baxımından Çini qane etmir.

    Muxalifet - 15-08-2017

  20. ​Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞ

    Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib.
    Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.

    Muxalifet2 - 15-08-2017

Pages