Axtarış
The search found 105779 results in 0.07 seconds.
Search results
Rusiya Baş Qərargah rəisi Türkiyəyə gəlir
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edəcək.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlamasında Gerasimovun Türkiyəyə Suriyadakı vəziyyəti müzakirə etmək üçün gəldiyini bildirib.
O, həmçinin Ankaranın YPG-yə qarşı mövqeyini Rusiyanın ABŞ-dan daha yaxşı qavradığını bildirib.Muxalifet - 16-08-2017
BDU-nun 7 minlik tələbə yataqxanası tikiləcək
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, rektor Universitet haqda tələbə və valideynlərlə qısa məlumat verib.
Valideynləri maraqlandıran suallara cavab verən A. Məhərrəmov yataqxana məsələsindən də danışıb.Muxalifet - 16-08-2017
“Qorxmaz Hüseynovun havadarlıq etdiyi qardaşı...” – ZAKİR QARALOVA MÜRACİƏT
Füzuli rayonu Böyük Bəhmənli kəndində daimi pasport qeydiyyatında olan, hal-hazırda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində məskunlaşan İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova müraciət edən şikayətç yazır:
“Cənab Baş Prokuror!Muxalifet2 - 16-08-2017
Karateçilər 1 ildir maaşdan məhrumdur
Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb. İdmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər.
Muxalifet - 16-08-2017
Bulvarda qadın hər kəsin gözü önündə intihar etdi - FOTO
Bakı bulvarında 40-50 yaşlarında qadın bu saatlarda intihar edib.
Azxeber.com xəbər verir ki, qadın digər vətəndaşların gözü önündə özünü dənizə atıb. Bir neçə dəqiqə sonra xilasedicilər suya tullansalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. Onun nəşi bulvarın kənarına çıxardılıb.
İntihar edən qadının üzərindən heç bir şəxsiyyət vəsiqəsi çıxmayıb. Onun kimliyi araşdırılır.Muxalifet - 16-08-2017
Məktəbli qızı zorlayan sinif yoldaşlarından biri məmur oğludur
Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş.
Bu barədə AzNews.az saytı xəbər yayıb. Saytın yazdığına görə, məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev "Azərişıq” ASC-nin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur.
İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir.Muxalifet - 16-08-2017
Palıd ağacı aşdı, 11 NƏFƏR ÖLDÜ - DƏHŞƏTLİ VİDEO
Portuqaliyanın Madeyra adasında təşkil olunan "Festa da Senhora do Monte" festivalında 200 yaşı olan palıd ağacı insanların üzərinə aşıb.
Publika.az "RİA Novoste" istinadən xəbər verir ki, hər il bütün dünya ölkələrindən festivala qatılmaq üçün gələn turistlər bu dəfə dəhşətli hadisənin qurbanı olublar.
Hadisə nəticəsində 11 nəfər ölüb, 50 nəfərdən çox insan ağır xəsarətlər alıb.
Ətrafdakı insanlardan biri baş verənləri anbaan lentə alıb. Həmin görüntüləri təqdim edirik:Muxalifet2 - 16-08-2017
Baş nazir Karapetyan tətili Qarabağda keçirəcək
Ermənistanın baş naziri Karen Karapetyan qısamüddətli məzuniyyətini ermənilərin işğalı etdiyi Dağlıq Qarabağda keçirəcək.
Bu barədə baş nazirin mətbuat katibi Aram Araratyan məlumat verib.
Onun sözlərinə görə, baş nazir dünən məzuniyyətə çıxıb və onun yay tətili avqustun 18-nə qədər davam edəcək.Muxalifet - 16-08-2017
Obama tvitter tarixində ilkə imza atdı - 3.1 MİLYON BƏYƏNMƏ
ABŞ-ın sabiq prezidenti Barak Obama atdığı tvitlə gündəmə gəlib.
Muxalifet.az xəbər verir ki, Donald Trampdan sonra tviter sosial şəbəkəsi üzərindən gündəmə gələn ABŞ-ın sabiq prezidenti Barak Obamanın 2 milyon izləyici tərəfindən bəyənilən tviti dünya mediasında müzakirələr səbəb olub.
Daha əvvəl də Londondakı terror hadisələrinə tvitter üzərindən münasibət bildirən Obama bu dəfə Nelson Mandeladan sitat gətirib: "Heç kim bir-birinə dərisinin rəngi, keçmişi və ya dininə görə nifrət etməməlidir".Muxalifet2 - 16-08-2017
Prokuror Akif Çovdarova 15 il iş istədi
Posesdə dövlət ittihamçısı çıxış edib
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.Muxalifet - 16-08-2017
“Turan”a hücum ölkəni daha çox zülmətə qərq etmək cəhdidir - EKSPERT
Ələsgər Məmmədli
Turan Informasiya Agentliyinə bu gün vergi cinayətlərini araşdıran ekibin “hücum edərcəsinə” basqın etməsi və axtarış aparması açıq şəkildə siyasi basqının hüquqi kamuflyajıdır.
Muxalifet - 16-08-2017
Süd qazanı aşdı, ana və 2 uşağı YANDI - MASALLIDA
Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.
Hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb.
Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.Muxalifet - 16-08-2017
Mənzildən 15 min manatlıq qızıl oğurlandı - BAKIDA
Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb.
Hadisə paytaxtın Xətai rayonu, X. Məmmədov küçəsi ev 20 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Anar Yaşasın oğlu Əliyev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-08-2017
Tereza Mey: Tramp nədən neofaşistləri pisləmir?
Birləşmiş Krallıq hökumətinin başçısı Tereza Mey bu gün ABŞ Prezidenti Donald Trampın mövqeyini kəskin tənqid edib.
Rusiya KİV-in xəbərinə görə, buna səbəb ABŞ prezidentinin Şarlotsvilldə baş verən kütləvi iğtişaşlara görə neonasistlərin ünvanına birbaşa ittihamlar söyləməkdən imtina etməsidir.
«Mən kimin faşizmin tərəfdarı, kimin isə onun əleyhinə olduğu arasında ekvivalentlik görmədim. Hesab edirəm ki, ABŞ-ın hakimiyyət nümayəndələrinin ifrat sağ baxışları qınaması vacibdir" - Britaniyanın baş naziri bildirib.Muxalifet - 16-08-2017
“Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”- LAVROV
Rusiya Şimali Koreyanın iqtisadi cəhətdən boğulması haqqında bir sıra partnyorların ideyalarını dəstəkləmir.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Pxenyana iqtisadi təzyiqin imkanları praktik olaraq bitib.
Xatırladaq ki, avqustun 5-də BMT Təhlükəsizlik Şurası ABŞ-ı təklif etdiyi qətnaməni qəbul edib. Qətnamə Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur(publika.az).Muxalifet2 - 16-08-2017
"Yanğın 2 naziri postundan edəcək" – Erməni KİV
Ermənistanın populyar “Aykakan Jamanak” qəzeti Vayot Dzor bölgəsində və Xosrov dövlət qoruğunda günlərdir davam edən yanğının ekoloji nəticələri ilə yanaşı siyasi nəticələri olacağını yazıb.
Artıq dünəndən Ermənistan Fövqəladə Hallar Nazirliyi ilə Təbiəti Mühafizə Nazirliyi arasında “soyuq müharibə” başlayıb.Muxalifet - 16-08-2017
Hava limanında güclü PARTLAYIŞ - FOTO
Londonun Sautend hava limanında güclü partlayış olub.
"Daily Mail" xəbər verir ki, baş verən partlayışdan sonra "Air Livery" təyyarə anqarında yanğın çıxıb.
Hadisə ilə bağlı hava limanın mətbuat xidmətinin açıqlamasına görə, hadisə yerinə yanğından mühafizə xidmətinin 7 xidməti maşını cəlb olunub. Yanğın söndürüldükdən sonra hava limanı fəaliyyətinə davam edib.
Partlayış nəticəsindən ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur.Muxalifet2 - 16-08-2017
URMİYADA DƏHŞƏT: İki qardaş edam olundu
İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilən daha 1 nəfər edam edilib.
Güney Azərbaycana bağlı saytlara istinadən xəbər verir ki, iranlı hüquq müdafiəçiləri müttəhim Xalid Əmininin avqustun 15-i, sübh çağı Urmiya şəhərinin mərkəzi zindanında edam edildiyini bildiriblər.Muxalifet - 16-08-2017
Müsavat "Turan" agentliyinə təzyiqləri pislədi – BƏYANAT
Müsavat Partiyası Vergilər Nazirliyinin Turan informasiya agentliyinə təzyiqlərini pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir:
“Vergi orqanları Turan agentliyini ümumi məbləği 37 min manat vergini ödəməməkdə ittiham edərək avqustun 7-də cinayət araşdırmasına başlayıblar. Auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər. Turan agentliyi bu ittihamı rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.Muxalifet - 16-08-2017
Əfqan Muxtarlıdan xəbər var
Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında vicdan məhbusu, jurnalis Əfqan Muxtarlı ilə görüşüb.
Bu haqda “Basta”ya məlumat verən vəkil bildirib ki, Əfqan Muxtarlı 3-cü aydır həbsdə saxlansa da, onunla bağlı istintaq hərəkətləri ləngidilir.Muxalifet - 16-08-2017