Axtarış
The search found 105779 results in 0.022 seconds.
Search results
“Kremldə fantastik səfehlər oturub” – Mixail Xodorkovski
Rusiyanın tanınmış oliqarxlarından, hazırda Avropada mühacir həyatı yaşayan Mixail Xodorkovski Almaniyanın “Der Spiegel” qəzetinə maraqlı müsahibə verib.
Xodorkovski Putin, Rusiyanın gələcəyi, ABŞ-ın tətbiq etdiyi sanksiyalar mövzusunda fikirlərini bölüşüb. Jurnalist Bencamin Biderin hazırladığı materialda Xodorkovskinin Rusiyanın liberal intellektual kəsimində gənclər içində populyar sayılan Aleksey Navalnıdan daha çox rəğbət gördüyünü vurğulayır.Muxalifet - 16-08-2017
Arda Turan haqqında baş məşqçidən ŞOK AÇIQLAMA
"Barcelona" futbol klubunun baş məşqçisi Ernesto Valverde yeni açıqlama verib.
Valverde Arda Turanı heyət üçün düşünmədiyini bildirib.
"Barcelona" klubunda gözdən düşən və gələcəyi müzakirə mövzusu olan Arda Turan haqqında klubun baş məşqçisi Ernesto Valverde açıqlama verib.
Təşkil edilən mətbuat konfransında vacib açıqlamalar verən ispan məşqçi Arda Turan haqqında sualları cavablayıb və şok açıqlamalar verib.Muxalifet - 16-08-2017
"Azərbaycanda dini fəalların həbsləri davam edir" - ABŞ
ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair hesabatının bu il Azərbaycana aid bölümündə qeyd olunur ki, hökumət dini fəalların saxlanmasını və həbslərini davam etdirir. Bu da əlavə olunur ki, yerli insan haqları fəalları bu şəxsləri vicdan məhbusu hesab edirlər.
Hesabatda deyilir ki, təxmini hesablamalara görə saxlanan dini fəalların sayı 2015-ci ildə 46 nəfər idisə, ötən ilin sonlarında bu rəqəm 86-ya çatıb.Muxalifet - 16-08-2017
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə hesabatı dərc olundu
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə 2016-cı il üçün Vətəndaş Cəmiyyətinin davamlılığna dair hesabatı dərc edilib. Xural.com həmin hesabatı təqdim edir.
AZƏRBAYCAN
VCT Davamlılığı: 5.9Muxalifet - 16-08-2017
Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdir.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.
2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.
01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.Muxalifet - 16-08-2017
Dalay-lamadan sensasiyalı NATO TƏKLİFİ
İstərdim NATO-nun mənzil-qərargahı Moskvaya köçürülsün.
Bu fikirləri 16-cı Dalay-lama Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.
Dalay-lamanın fikrincə, bu, Rusiya və ABŞ-ın yaxınlaşmasına səbəb olar:
"Rus mentalitetində NATO düşmən qüvvənin simvolu kimi qavranılır. Əgər alyansın ofisi Moskvada yerləşsə, psixoloji rahatlıq yaranar, iki ölkənin birgə olduğu təsəvvürü formalaşar".
Buddist lider daha sonra deyib: "Qorxuram, bu təklifdən sonra məni Amerikaya buraxmasınlar..."Muxalifet - 16-08-2017
Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü
Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb.
Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb.
Kürd peşmərgələri onun fotosunu dərc ediblər.
Xatırladaq ki, Nubar Ozanyan 1991-1992-ci illərdə Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. O həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunan zaman döyüşlərin iştirakçısı olub./modern.azMuxalifet - 16-08-2017
"Turan" İnformasiya Agentliyində axtarış aparılır
"Turan" İnformasiya Agentliyində axtarış aparılır.
Musavat.com xəbər verir ki, bu haqda tanınmış jurnalist Aynur Elgünəş özünün "facebook" səhifəsində yazıb.
Axtarışın detalları hələlik məlum deyil.
İrəliləyən dəqiqələrdə əlavə məlumat veriləcək.Muxalifet - 16-08-2017
Vergi nümayəndələri Turan-ın sənədlərini götürür - Foto
Çərşənbə günü səhər Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentininin əməkdaşları Turan agentliyində yoxlamaya başlayıblar.
Onlar sənədləri götürür, əməkdaşların şəxsi əşyalarını yoxlayırlar. Yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə icazə verməyiblər.
Vergi nümayəndələri yoxlama və götürmə barədə sanksiyaya dair sənədin surətini verməyiblər, ancaq tanış olmaq üçün göstəriblər.
Yoxlama davam edir.
Turan-a qarşı cinayət işi avqustun 7-də başlayıb.Muxalifet - 16-08-2017
Kim Çen İn dəli olub - ŞOK İDDİA
İngiltərənin “Sun” qəzeti Kim Çen İnin müalicəsi üçün qəbul etdiyi dərmanların onu dəlilik həddinə çatdırdığını iddia edib.
Qəzet Kim Çenin podaqra (oynaqların xroniki iltihabi xəstəliyi - red.) xəstəliyinə tutulduğunu və müalicə dövründə istifadə etdiyi dərmanların ona mənfi təsir etdiyini yazıb.
Həkimlərin şərhlərinə yer verilən xəbərdə diktatorun son dövrlərdə çoxlu miqdarda pendir yeməsi və Fransız qırmızı şərabını içməsi onun xəstələnməsinin ən böyük səbəbi kimi göstərilib./axar.azMuxalifet - 16-08-2017
Neft uğrunda amansız müharibə başlayır: 4 ölkə ÜZ-ÜZƏ
Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır.
Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır.
Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.
Bölgə böyük döyüşə hazırlıq gedirMuxalifet - 16-08-2017
14 yaşlı oğlan öldürüldü - GƏDƏBƏYDƏ
Gədəbəydə qətl törədilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb./publika.azMuxalifet - 16-08-2017
35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Vüsal Məmmədov Azərbaycanın məhkəmə orqanı tərəfindən məhkəmə istintaqına cəlb edilb.
O, məhkəmə istintaqından yayındığı üçün məhkəmə barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.
Həmin məhkəmə qərarı ilə V.Məmmədov İnterpol xətti ilə beynəlxalq axtarışa verilib./trendMuxalifet - 16-08-2017
Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: “İki ay vaxtımız var”
Müalicə üçün Türkiyəyə aparılan Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib.
X.Əzizbəyli "Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin”, - deyib.Muxalifet - 16-08-2017
“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” - Komissiya sədri
"Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacaq”.
Bunu "Ölkə.Az”-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev bildirib.
Komissiya sədri deyib ki, deputatlar işə çıxandan sonra Astan Şahverdiyevlə bağlı daxil olan şikayətlərə baxılacaq:Muxalifet - 16-08-2017
Bələdiyyə sədrinin oğlunun öldürülməsi ilə bağlı TƏFƏRRÜAT
Hadisə gecə radələrindən toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir.
Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qətlə yetirilən 22 yaşlı Sahib nişanlı olub.Muxalifet - 16-08-2017
Külli miqdarda valyutanı Azərbaycandan çıxarmaq istədi
Azərbaycandan külli miqdarda valyutanın çıxarılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, “05 BF 398″ dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.Muxalifet - 16-08-2017
PROBLEM PUTİN DEYİL, RUSİYADIR! – “Rusiya heç zaman demokratik ölkə olmayacaq”
Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların irəli sürülməsi iki ölkə arasındakı münasibətlərin kəskin gərginləşməsinə gətirib çıxarıb. Bu cür pisləşmə soyuq müharibənin qurtarmasından sonra müşahidə edilməyib. Tərəflər bir-birlərini ittiham edərək, bəyan edirlər ki, münasibətlərin yaxşılaşmasına çalışırlar və onlar arasındakı düşmənçılık arzuolunmaz bir haldır.
Muxalifet - 16-08-2017
“Turan”ı bağlaya bilərlər” - Mehman Əliyevdən açıqlama
Mehman Əliyev rəhbəri olduğu agentlikdəki vergi yoxlamasından danışdı
“Cinayət işi çərçivəsində yoxlama gedir”.
Bu haqda musavat.com-a açıqlamasında hazırda ofisində yoxlama prosesi aparılan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.Muxalifet - 16-08-2017
Belarusdan şok etiraz: “Rus əsgəri, evinə get!” – FOTO
Belarusda Qərb-2017 hərbi təlimlərində iştirak edən rus ordusuna qarşı etiraz afişaları ortaya çıxıb.
Rusiya ordusunun təlimlərdə iştirakına Brest şəhərində etiraz edilib.
“Rus əsgəri hardadırsa, orada müharibə var. Rus əsgəri, evinə qayıt”, - plakatlarda yazılıb.
Rusiya ordusunun ölkə ərazisində hərbi təlimlərdə iştirakından narahatlıq duyan əhali sosial şəbəkələrdə paylaşılan fotolara qəzəbli şərhlər yazıb:
“Harda rus əsgəri varsa, oradan cəsəd qoxusu gəlir. Onlar burada uzun müddət olacaqlar, odur ki, öyrəşməlisiniz”.Muxalifet - 16-08-2017