"Qalatasaray" Arda Turanı icarəyə götürdü

İki klub arasındakı danışıqlar müsbət nəticə verib
 
Türkiyənin "Qalatasaray" klubu futbolçu Arda Turanı icarəyə götürmək üçün İspaniya "Barselona"sı ilə razılığa gəlib.
"CNN Türk"ün verdiyi məlumata görə, iki klub arasındakı danışıqlar müsbət nəticə verib.
Arda 5 milyon avro maaş qarşılığında 1 illik icarəyə götürülüb. Onun maaşının 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək. Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir./report