Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
Bakıda “London Taxi” qaçırılıb
Avtomobili qaçıran şəxs saxlanılıb
Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.Muxalifet - 14-08-2017
Bərdədə avtomobil qadın piyadanı vuraraq öldürüb
Bərdə rayonunda avtomobil yolu keçən qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 03.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.Muxalifet - 14-08-2017
Şimali Koreya səfirlərini geri çağırdı
ABŞ və Şimali Koreya arasında davam edən gərginlikdə yeni səhifə açılıb.
Şimali Koreya lideri Kim Çen İn Rusiya və BMT-dəki nümayəndələrini geri çağırıb. Mütəxəssislərin fikrinə görə bu həmlədən sonra hərbi addım haqqında qərar mərhələsi olacaq.
Ehtimal edilir ki, söz duelindən sonra hər iki ölkə lideri bağlı qapılar arxasında planlar qururlar. Şimali Koreya 3-cü kritik nümayəndəsini Pxenyana çağırıb. Şimali Koreyanın Çin, BMT və Rusiyadakı səfirləri də paytaxta çağırılıb. Diplomatlar saatlarla davam edən iclaslarda iştirak ediblər.Muxalifet - 14-08-2017
Fəthullah Güləni təbliğ edən “Burç Fm” satışa çıxarıldı
Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb.
Muxalifet - 14-08-2017
Ermənistan yanğını söndürməkdə aciz qaldı - Rusiyadan kömək istədi
Ermənistan tərəfi Rusiyaya “Xosrov meşəsi” iri dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyyarə verilməsi ilə bağlı müraciət edib.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hazırda təyyarənin Ermənistana göndərilməsi üçün hazırlıq işləri görülür.
Qoruqda yanğın avqustun 12-də baş verib. Güclü külək nəticəsində yanğın qoruğun digər sahələrinə də yayılıb.Muxalifet - 14-08-2017
“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...” – ABŞ professoru
ABŞ-ın “The Hill” nəşri Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsini dərc edib.
Məqalə ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərini hələ də artırmamasından və bu münaqişəni faktiki olaraq Rusiyanın öhdəsinə buraxmaqdan bəhs edir.Muxalifet - 14-08-2017
Lapşin İsrailə ekstradisiya olunacaqmı?
Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloger Aleksandr Lapşinin İsrailə ekstradisiyası olunması məsələsi yaxın 7-10 gün ərzində aydınlaşa bilər.
Bunu blogerin vəkili Eduard Çernin deyib: “Ən yaxın 7-10 gün ərzində bu istiqamətdə hansı addımların atılacağı məlum olacaq”.Muxalifet - 14-08-2017
CİA başçısından xəbərdarlıq
“Şimali Koreya ilə nüvə müharibəsinin astanasında olduğumuza dair bir məlumat yoxdur”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Maykl Pompeo deyib.
Eyni zamanda, kəşfiyyat şefi xəbərdarlıq edib ki, Pxenyan nüvə gücü olmağa çalışır:
“Şimali Koreya nüvə silahı əldə etməyə çalışır. Təxminən 20 ildir ki, çalışırlar və buna yaxınlaşıblar".Muxalifet - 14-08-2017
AB Türkiyədən bunu tələb etdi - FETÖ
Avropa Birliyi (AB) Türkiyədən 15 iyul hərbi çevrilişə cəhdlə bağlı aparılan Akınçı aviabazası istintaqına müdaxilə etməyə icazə verməyi istəyib.
Avropa Birliyi FETÖ-nun “Türkiyə ilə əlaqələrə zərər vurmaq” və “hökuməti devirmək” cəhdlərini əsas gətirərək, istintaqa müdaxilə etmək istədiyini deyib.
Məhkəmə tələblə bağlı yekun qərarı avqustun 29-da verəcək.Muxalifet - 14-08-2017
Astarada 33 yaşlı kişini elektrik cərəyanı öldürüb
Astara rayonunda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Siyətük kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən elektriklə ehtiyatsız davranıb. O, ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-08-2017
Bərdədə qadını vuraraq qaçan sürücü tutulub
Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, avqustun 13-də Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 14-08-2017
Xaçmazda 47 yaşlı kişi özünü ASIB
Xaçmaz rayonunda intihar olub.
Hadisə rayonun Qusarçay kəndində baş verib.
Kənd sakini, 1970-ci il təvəllüdlü Babaverdiyev Rauf Mirabbas oğlu özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 14-08-2017
5 sinif yoldaşının zorladığı qız və anasından dəhşətli açıqlamalar - “Dedilər, qazı aç, boğulub ölsün…”
Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin vaxt Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova "heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”-deyə məsələyə aydınlıq gətirdi. Bundan sonra hadisəyə müxtəlif don geyindirilsə də iki nəfərin həbsi ortalığı sakitləşdirdi. Amma...Muxalifet - 14-08-2017
Azərbaycanlı idmançını kim intihara vadar edib? - “Azad Rəhimova da yazmışam, məni “fırladırlar””
Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılovun avqustun 11-də Gənclər və İdman Nazirliyinin önündə təkbaşına etiraz aksiyası keçirtdiyini xəbər vermişdik.
Dəfələrlə aidiyyatı qurumlara müalicəsi üçün müraciət edən idmançıya müsbət cavab verilməyib. Bu vəziyyətdən bezən İsmayılov, hətta üstünə benzin tökərək, özünü yandırmaq istəyib. Lakin son anda polis əməkdaşları Eminin özünə qəsdinin qarşısını alıblar.Muxalifet - 14-08-2017
Məşhur "Biq-Ben"in zəngi 4 il "susacaq" — SƏBƏB
Vestminster sarayının qüllə saatı 21 avqust tarixindən "susacaq".
"Biq-Ben" təmirə dayandırılır. Təmir işləri 4 il davam edəcək.
157 ildir ki, 14 tonluq zəngə toxunan çəkicləri saatdan ayıracaqlar. Zəngin səsini ancaq vacib hadisələr zamanı, məsələn Yeni il bayramında eşitmək mümkün olacaq.
96 metrlik Yelizaveta qülləsi Böyük Britaniyanın ən çox fotosu çəkilən binasıdır. Böyük təmir layihəsi səbəbindən qüllənin yarısı bağlanıb.Təmir çərçivəsində "Biq-Ben"in siferblatı yuyulacaq və təmizlənəcək.Muxalifet - 14-08-2017
S-200 raketi metallolomda partladı – VİDEO
Rusiyada istifadə müddəti bitmiş və metalloloma verilən raket partlayıb.
Hadisə zamanı azı 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Məlumatlara görə, olay S-200 raketinin partlaması nəticəsində baş verib.
Hadisənin görüntüləri metallolom yaxınlığından keçən avtomobildə yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.Muxalifet - 14-08-2017
Ramil Quliyev Ərdoğanla görüşəcək - ÖZƏL AÇIQLAMA
Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən və dünya çempionu adına layiq görülən həmyerlimiz Ramil Quliyevin qələbəsi günlərdir mediada geniş müzakirələrə səbəb olub. Hər iki ölkənin dövlət başçısı qələbə münasibəti ilə Ramili təbrik edib.
Ramil Quliyevin məşqçisi Azərbaycan vətəndaşı olan əməkdar məşqçi Oleq Muxin ilə əlaqə saxlayıb.Muxalifet - 14-08-2017
12 terrorçunun QƏTLİAM PLANI - TÜRKİYƏDƏ
Adana polisi avqustun 15-də polis forması geyərək terror aktlarına hazırlaşan 12 terrorçunu axtarır.
Türkiyə mediası xəbər verir ki, polis terrorçuların qanlı hücuma hazırlaşdığı villada əməliyyat keçirib.
Əməliyyatın gedişatında 12 “Kalaşnikov” avtomat silahı, 1000 ədəd patron, 24 əl qumbarası, 12 polis forması, partlayıcı qurğuların hazırlanması üçün 1,5 ton ammonium-nitrat və 300 kiloqram mismar ələ keçirilib.Muxalifet - 14-08-2017
Rusiyanın yüz minlik qoşunla HÜCUM HAZIRLIĞI
“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb.
Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.
“Qərb” adlı təlimlər hər dörd ildən bir keçirilirMuxalifet - 14-08-2017
Marneuli rayonunun icra başçısı istefa verib
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Merab Topçişvili vəzifəsindən istefa verib.
Cari ilin oktyabrında keçiriləcək yerli idarəetmə orqanlarına seçkilərə qədər onun səlahiyyətlərini birinci müavini icra edəcək.
İcra başçısının istefasının seçkilərlə bağlı olduğu bildirilir.
M. Topçişvili Marneuli rayonunun icra başçısı vəzifəsinə 2014-cü ilin iyul ayında seçilib./apaMuxalifet - 14-08-2017