Tramp məzuniyyətdən yarımçıq Ağ Evə qayıtdı
14-08-2017 18:28

ABŞ Prezidenti Donald Tramp gərgin iş qrafikinə görə məzuniyyətini yarımçıq qoyaraq Ağ Evə qayıdıb.
ABŞ prezidenti bu barədə Tvitter hesabında yazıb.
“Bu gün səhər Vaşinqtona geri dönürəm. Bir çox iş görmək lazımdır. Diqqətimi ticarət və hərbi məsələlərə yönəldəcəm”, - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti avqustun 4-də 17 günlük məzuniyyətə yollanmışdı.