Axtarış
The search found 105779 results in 0.028 seconds.
Search results
“ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək” - PENS
ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela böhranının dinc yolla həllini mümkün sayır.
“Reuters”-in verdiyi məlumata görə, M. Pens bildirib ki, Venesuela diktatura yolundadır, lakin buna baxmayaraq, problemin sülh yolu ilə həlli mümkündür. O bəyan edib ki, ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək və tezliklə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı bütün ssenariləri, o cümlədən hərbi əməliyyat variantını nəzərdən keçirdiklərini söyləyib.Muxalifet - 14-08-2017
"Bir az əvvəl Lütfi Zadəylə danışdım, hamıya salam dedi" - Mirşahin
2 gündür dünya və Azərbaycan mətbuatında öldüyü barədə xəbərlər tirajlanan görkəmli azərbaycanlı alim Lütfi Zadədən yeni xəbər var.
Tanınmış jurnalist Mirşahin Ağayev alimin ölməsi barədə yazılanlara nöqtə qoyan açıqlama ilə çıxış edib. O özünün facebook səhifəsində yazıb ki, bir neçə dəqiqə əvvəl Lütfi Zadə ilə danışıb:Muxalifet - 14-08-2017
Bakıda zəncirvari qəza — Maşın çevrildi
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aeroport yolunda-komsomol dairəsi adlanan yerdəki körpüdə üç avtomobil toqquşub. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və xəsarət alanlarla bağlı məlumat verilmir.Muxalifet - 14-08-2017
Erməni hüquq müdafiəçisi İlham Əliyevdən kömək istəyir: “Qızımı ermənilərdən xilas edin”
Erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyib.
Avetyan Azərbaycan prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını alsın.Muxalifet - 14-08-2017
Tanınmış jurnalist itkin düşüb
Danimarka polisi əldəqayırma sualtı qayığının konstruktoru Peter Madsenlə birlikdə üzərkən itkin düşmüş isveçli jurnalist Kim Vallın axtarışını davam etdirir.
“Sputnik” xəıbəır verir ki, sözügedən qayıq həftənin 5-ci günü batıb. Madsen xilas olsa da, jurnalist itkin düşüb. Daha sonra qayığı da tapıb sudan çıxarıblar və Kopenhagenə dartıb aparıblar.
"Qayıq axtarılıb, amma onun göyərtəsində heç kəs tapılmayıb" — deyə bu gün Kopenhagen polisinin qətl şöbəsinin rəisi Yens Meller jurnalistlərə bildirib.Muxalifet - 14-08-2017
Sabahdan ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi başlayır
Proses avqustun 19-dək internet vasitəsilə aparılacaq
Sabahdan ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
Proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.Muxalifet - 14-08-2017
Saakaşvili İvanaşvili hakimiyyətini də hədələdi
“Gürcü xalqı küçəyə çıxacaq və oliqarx rejimi devirəcək”.
Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
Sabiq prezidentin sözlərinə görə, ona qarşı gürcü prokurorluğunda başlanan cinayət işi hazırkı hakimiyyət tərəfindən qurulmuş oyundur: “Gürcü xalqı oliqarx rejimdən təngə gəlib. Mən Tiflisə gedən kimi bütün xalq ayağa qalxacaq və onları devirəcək”.
Ancaq Gürcüstanın hazırki hakimiyyətinin devrilməsi Saakaşvilinin uzaq planlarına aiddir. Hazırda o, Urkayna rəhbərliyini devirməyə çalışır.Muxalifet - 14-08-2017
Trampı istefaya göndərəcəklər - İDDİA
ABŞ Prezidenti Donlad Tramp tərəfindən səlahiyyətinə xitam verilən Ağ Evin keçmiş rabitə direktoru Entoni Skaramucci prezident haqqında ortaya ağlasığmaz iddialar atıb.
O, Ağ Evdəki bəzi ünsürlərin Trampı devirməyə çalışdığını açıqlayıb.
Skaramucci prezidentin ətrafında çox az “sadiq” adam olduğunu da vurğulayıb.Muxalifet - 14-08-2017
Ərdoğana sui-qəsd hazırlanır – FETÖ
FETÖ-nun prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı hazırladığı ortaya çıxıb.
Türkiyə mətbuatı xəbər verir ki, FETÖ yayınladığı görüntülərlə üzvlərinə sui-qəsd təlimatı verib. Kamikadze fəaliyyətləri üçün təşkilatın bütün media orqanları təbliğat işi aparmağa başlayıb. Sosial şəbəkələrdə də təbliğatı artıran və sui-qəsd siqnalları verən FETÖ üzvlərini uğursuzluğa görə məyus olmamağa, görüləcək tədbirlərlə iqtidara zərbə vurulacağına inandırmağa çalışır.Muxalifet - 14-08-2017
Gənc oğlan metro relsinin üzərinə yıxıldı
Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında hadisə baş verib.
A24.az xəbər verir ki, dünən saat 13:30 radələrində bir nəfər təsadüfən relslərin üzərinə yıxılıb.
Xəbərlə bağlı Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev xəbəri təqdiqləyib. O, gəncin sağ olduğunu və sadəcə qolunun sındığını deyib.Muxalifet - 14-08-2017
Şahzadə 300 çamadan yüklə Bodruma yollandı
Şəhzadə Əl-Vəlid Təlal ibn Əbduləziz əl-Səud və ailəsi istirahət üçün Türkiyənin Bodrum şəhərinə gəlib.
Səudiyyə Ərəbistanı kralı Abdullahın qardaşı oğlu, “Kinqdom” holdinqin rəhbəri şəhzadə həyat yoldaşı və qızları ilə istirahət edəcək.
300 çamadan və 30 velosipedlə istirahətə gələn şahzadənin əşyaları yükdaşıma maşınları ilə daşınıb.
Şahzadə və ailəsini qorumaq üçün təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, 62 yaşlı şəhzadə 32 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri sırasındadır./axar.azMuxalifet - 14-08-2017
Fazil Məmmədov qızına toy etdi
Avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızının toyu olub.
Axşam.az xəbər verir ki, nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub.
Toy mərasimi “Böyük saray” şadlıq evində baş tutub. Məclisin idarəçiliyini xalq artisti Brilliant Dadaşova edib.
Qeyd edək ki, Fazil Məmmədov qızını müavini Namiq Əliyevin oğluna verib.
Muxalifet - 14-08-2017
Ermənistanda rusiyalı hərbçi göldə boğuldu
Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.
Ermənistan KİV yazır ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.
Göldə boğulan əsgərin Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı Radmir Filipovdur.
Məlumat görə, rus əsgər dünən iki əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb.Muxalifet - 14-08-2017
İran hərbi xərcləri 520 milyon dollar artırdı
İran yeni qanun layihəsinin 2015-ci il nüvə sazişinə zidd olmadığını deyir
İran parlamenti raket müdafiə sistemləri və xarici hərbi əməliyyat proqramlarına xərclənən məbləği 500 milyon dollardan artıq məbləğlə artırmağa səs verib.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra təqdim olunan qanun layihəsi İran parlamentinin böyük çoxluğunun dəstəyini qazanıb.
ABŞ yeni sanksiyaları İranın yanvar ayında keçirdiyi ballistik raket sınağına cavab olaraq tətbiq etdiyini deyib.Muxalifet - 14-08-2017
Neonasistləri kölgədən Tramp çıxarıb
"The Independent" yazır ki, neonasistləri və Trampı bir-birlərindən ayırmaq mümkün deyil. Heç də təkcə ona görə yox ki, əyinlərinə üzərində Hitlerin kəlamları olan maykaları geyinənlər Charlottesville-də "Hail Trump!" şüarı ilə salamlaşıblar, həm də ona görə ki, onları Trump hərəkətə gətirib. Onlar sanki Trampın adamlarıdır.
Muxalifet - 14-08-2017
QƏBİRSTANLIQDA MÜƏMMALI HADİSƏ – VİDEO
Bakıda qəbiristanlıqda yaşlı bir şəxsin baş daşına 30-35 yaşlı bir kişinin şəklini yapışdırıblar.
Muxalifet - 14-08-2017
"KURTLAR VADİSİ PUSU"nun məşhur aktyoru vəfat etdi
Yeşilçamın məşhur aktyorlarından olan 74 yaşlı Kuzey Vargın bu sabah yüksək təzyiq nəticəsində dünyasını dəyişib.
Kuzey Vargının ölümü barədə məlumatı kürəkəni Levent Camii yayıb. Xatırladaq ki, o, yüksək təzyiq səbəbiylə iki aya yaxın idi ki, Marmaris xəstəxanasında reanimasiyaya yerləşdirilmişdi. Qeyd edək ki, Kuzey Vargın həmçinin Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu"nun serialında "Aksaçlı" rolunu canlandırırdı./primetime.azMuxalifet - 14-08-2017
Milanın orqanları ehtiyacı olan xəstələrə BAĞIŞLANACAQ
Türkiyədə xəstəxanada beyin ölümü keçirən Mila Əminə ilə bağlı yeni xəbər var.
Muxalifet - 14-08-2017
Bakıda BÖYÜK OĞURLUQ: 75 min manat, 11 min dollar, 200 minlik qızıl əşyaları aparıldı
Bakıda evlərdən birinə girən şəxslər qadının qollarını bağlayaraq 75 min manat və 200 min manat dəyərində qızıl əşyaları aparıblar
Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür
Bakıda evlərdən birinə girən şəxslər qadının qollarını bağlayaraq 75 min manat, 11 min dollar və 200 min manat dəyərində qızıl əşyaları aparıblar.
Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.Muxalifet - 14-08-2017
Bankomatdan pul oğurlayan şəxs tutulub
Onu Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları saxlayıb
Bakıda qadının pulunu bankomatdan oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Bakı şəhər sakini olan bir qadının 318 manat pulunu bankomatdan oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Murad Əliyev Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 14-08-2017