AB Türkiyədən bunu tələb etdi - FETÖ
14-08-2017 13:15

Avropa Birliyi (AB) Türkiyədən 15 iyul hərbi çevrilişə cəhdlə bağlı aparılan Akınçı aviabazası istintaqına müdaxilə etməyə icazə verməyi istəyib.
Avropa Birliyi FETÖ-nun “Türkiyə ilə əlaqələrə zərər vurmaq” və “hökuməti devirmək” cəhdlərini əsas gətirərək, istintaqa müdaxilə etmək istədiyini deyib.
Məhkəmə tələblə bağlı yekun qərarı avqustun 29-da verəcək.