Axtarış

The search found 105779 results in 0.013 seconds.

Search results

  1. 8 yaşlı uşaq dərman içərək zəhərlənib – NEFTÇALADA

    Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb
     
    Neftçalada azyaşlı uşaq zəhərlənib.
    Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 8 yaşlı Vəzifə Vüsal qızı Rəcəbli özü də bilmədən stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udaraq zəhərlənib. Azyaşlı qız yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-08-2017

  2. Toydan dönərkən qəzaya düşdülər:2 ağır yaralı - MİNGƏÇEVİRDƏ

    Avtomobil idarəetməni itirərək maneyə çırpılıb.
     

    Muxalifet - 11-08-2017

  3. Bakıda 2 avtomobil TOQQUŞDU – ÖLƏN VAR / FOTOLAR

    Mercedes markalı minik avtomobili ilə Hyundai markalı avtomobil toqquşub
     
    Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
    Hadisə Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə bir nəfər həlak olub. Daha üç nəfər - Abbasov Nəsimi Nəbi oğlu, Məmmədov Orxan Elçin oğlu və Gülməmmədov Namiq Umud oğlu yaralı vəziyyətdə üç saylı şəhər xəstəxanasına aparılıb.
    Hazırda sabunçu polisi hadisənin dəqiq baş vermə səbəblərin araşdırır.

    Muxalifet - 11-08-2017

  4. Azərbaycanlı dünya çempionu oldu - Video

    27 yaşlı sprinter bu nailiyyətə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mundialda imza atıb
     
    Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.
    27 yaşlı sprinter bu nailiyyətə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mundialda imza atıb.
    Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəyə birinci çatıb. Gümüş medalı 20,11 saniyə nəticə ilə CAR təmsilçisi Vayde van Nikerk, bürünc medalı isə eyni göstərici ilə Trinidad və Tobaqolu Jerem Riçards əldə edib.

    Muxalifet - 11-08-2017

  5. Çanaq antenası quraşdıran usta 2-ci mərətəbədən yıxılıb, ÖLDÜ - GƏNCƏDƏ

    Hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib
     
    Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
    Hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Yaşayış binasında çanaq antenası quraşdıran usta ehtiyyatsızlıqdan 2-ci mərtəbədən yıxılaraq ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-08-2017

  6. ABŞ sanksiyalarının "Şimal axını 2" və "Türk Axını" layihələrinə riskləri

    Sanksiyalar layihələrin maliyyələşdirilməsinə əngəl yaradacaq
     
    ABŞ sanksiyaları səbəbindən "Şimal axını-2" və "Türk axını" layihələrinin maliyyələşdirilməsi ilə bağlı risklər layihələrin gecikməsinə səbəb ola bilər.
    Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hazırladığı hesabatda bildirilib.

    Muxalifet - 11-08-2017

  7. Tramp: “İranın davranışı nüvə razılaşmasına ziddir”

    İranın davranışı nüvə razılaşmasına ziddir.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
     “İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”, - deyə Tramp qeyd edib. 
     Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. 
     BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   /apa

    Muxalifet - 11-08-2017

  8. ABŞ Rusiyanın baş konsulluqlarından birini bağlaya bilər

    ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər, müvafiq qərar sentyabrın 1-dək elan edilə bilər.
     
    Bu barədə “Kommersant” diplomatik mənbələrə istinadən məlumat yayıb.
     Bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir.

    Muxalifet - 11-08-2017

  9. Maduro Trampla təkbətək görüşmək istəyir

    Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə amerikalı həmkarı Donald Trampla  təkbətək görüşün təşkil edilməsinə dair göstəriş verib.
     
    “RİA Novosti”nin verdiyi xəbərə görə, Maduro çıxışında ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə bu ölkə ilə normal və açıq siyasi münasibətlər qurmaq niyyətində olduğunu bir daha bəyan edib.
     Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib.  

    Muxalifet - 11-08-2017

  10. “ABŞ dünyanın ən güclü nüvə ölkəsi olaraq qalacaq” - Tramp

    Başqa ölkələr nüvə silahından imtina etməyənədək, ABŞ dünyanın ən güclü nüvə ölkəsi olaraq qalacaq.
     
    “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu növbəti dəfə  jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.
     “Mən dünyanı nüvə silahından xilas etmək istərdim. Mən Rusiya, ABŞ, Çin, Pakistan və nüvə silahına malik digər ölkələrin bu silahdan imtina etməsini istərdim. Lakin, onlar bunu etməyənədək biz Yer kürəsində ən güclü nüvə ölkəsi olaraq qalacaq”, deyə Tramp qeyd edib.    

    Muxalifet - 11-08-2017

  11. Tramp diplomatik missiyanın azaldılmasına görə Putinə təşəkkür edib

    ABŞ prezidenti Donald Tramp Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayının azaldılmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.
     
    “RİA Novosti”nin verdiyi xəbərə görə, D.Tramp bunu Vaşinqtonun xərcləri azaltmaq niyyətində olması ilə əlaqələndirib.    

    Muxalifet - 11-08-2017

  12. “Türk Şurasında əməkdaşlıq davam edəcək” – Qırğızıstanlı nazir

    Ötən gün İstanbulda Manas heykəlinin açılış mərasimi keçirilib. Mərasimdən sonra Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri  Tugelbay Kazakov APA-ya müsahibə verib:
     
    - Qırğızıstan ilə Türkiyə arasında yaşanan soyuqluğa görə, Türk Şurasının keçən ilin payızında Bişkekdə keçirilməsi planlaşdırılan Zirvə toplantısı keçirilməmişdi. Baş nazirinizin böyük heyətlə Ankaraya, daha sonra İstanbula gəlməsi ilə problem aradan qaldırıla bildimi?

    Muxalifet - 11-08-2017

  13. Türkmən nazir: “Torpaq əldən gedir...” – Müsahibə

    Teleqraf.com İraqın regional inkişaf naziri, milliyyətcə türkmən olan Turxan Müftüoğlu ilə müsahibəni təqdim edir.
     
    - Turxan bəy, hazırda İraqda vəziyyət necədir?
    - İraq 2003-cü ildən terrorla mübarizə aparır. Daha sonra İŞİD adlı terrorçu şəbəkə ortaya çıxdı, bir sıra əraziləri işğal etdi. Mosul, Telafər, Qaraqoyunlu ərazilərini nəzarətə aldı. Amma İraq ordusu və ona dəstək verən silahlı dəstələr İŞİD-i geri oturda, əksər əraziləri işğaldan azad edə bildi.

    Muxalifet - 11-08-2017

  14. Bəşər düşməni Zori Balayan İrəvanda - Foto

    Azərbaycan xalqının qəddar düşməni Zori Balayan İrəvana gəlib.
     
    Erməni KİV-i Balayanın Ermənistana gəlişi barədə geniş məlumat yaymasa da, hökumətin rəsmi saytında onun baş nazir Karen Karapetyanla fotosu dərc edilib.

    Muxalifet - 11-08-2017

  15. “Arda Turana qapımız açıqdır” – Federasiya sədri

     “Arda Turana qapımız açıqdır”.
     
    Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən bu gün keçirdiyi mətbuat konfransında bildirib.
    Qeyd edək ki, iki gün öncə Türkiyə millisinin baş məşqçisi Mirçea Luçesku Arda Turanla görüşərək onun milliyə qayıtmaqla bağlı fikirlərini öyrənib. Arda Turan təklifi dəyərləndirəcəyini bildirib.

    Muxalifet - 11-08-2017

  16. Futbol: Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü başlayır

    Yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək
     
    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.
    Yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək.
    “Bakcell Arena”da baş tutacaq maç saat 21:00-da start götürəcək.

    Muxalifet - 11-08-2017

  17. Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

    Azərbaycan əsilli atlet Ramil Quliyev Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medala çatan ilk milli atleti olub.
     
    1990-ci il təvəllüdlü Quliyev, Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.
    2011-ci ildən bu yana Türkiyə adından yarışan Quliyev, eyni zamanda, Fenerbahçe-nin idmançısıdır.
    Ramil Quliyev: "Dünya çempionu olmağıma çox şadam"
    İlk olaraq nə zaman diqqəti üzərinə çəkmişdi?

    Muxalifet - 11-08-2017

  18. İŞİD Irani hədələdi: "Tehranda boğazınızı kəsəcəyik"

    Videoda Tehranda iyun ayında İD-in törətdiyini dediyi hücumlardan görüntülər də yer alıb.
     
    Özünü İslam Dövləti (İD-İŞİD) adlandıran qruplaşma yayımladığı yeni bir videoda İranın paytaxtı Tehranda yeni bir hücum törədəcəyini deyib və ayağa qalxmalarını istədiyi iranlı gənclərə cihad çağırışı edib.
    İD-in xəbər agentliyi olan Amaq-ın loqosunu daşıyan videoda, üzlərində qara maska, əllərində isə Kalaşnikov silahı tutan üç nəfər görüntülənib.
    Videoda, bundan başqa, iyun ayında Tehranda İD-in törətdiyini dediyi hücumlardan görüntülər də yer alıb.

    Muxalifet - 11-08-2017

  19. Ərdoğan Ramin Quliyevi təbrik etdi - FOTO

    Londonda keçirilən yüngül atletika üzrə dünya çempionu olan əslən azərbaycanlı idmançı, Türkiyəni təmsil edən Ramil Quliyev  tarixə düşüb.
     
    Dünya birincisi olan idmançını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik edib.
    Ölkə başçısı "Tvitter” hesabından edilən paylaşımda Ramillə qürur duyduğunu bildirib.

    Muxalifet - 11-08-2017

  20. Velosipedçiləri vuran sürücü həbs olunub

     Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda velisopedçinin ölümü ilə bağlı birgə məlumat yayıb.
     

    Muxalifet - 11-08-2017

Pages