Axtarış

The search found 105779 results in 0.016 seconds.

Search results

  1. Qətər böhranında geri addım - Hava məkanı açıldı

    Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının bir hissəsini Qətər üçün açmağı qəbul etdiyini bəyan edib.
     
    Bu haqda Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) bildirilib.
    Qətərin şikayətindən sonra ICAO Şurası ötən ayında sonunda Kanadanın Monreal şəhərində fövqəladə toplantı keçirib. Təşkilat hava məkanını Qətər üçün bağlayan ölkələri Çikaqo Konvensiyasına riayət etməyə çağırıb.

    Muxalifet - 10-08-2017

  2. “Malorusiya”dan vaz keçildi

    Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko yeni yaradılacaq dövlət üçün nəzərdə tutulan “Malorusiya” adından imtina etdiklərini açıqlayıb.
     
    Bu barədə “Donetsk” xəbər agentliyi informasiya yayıb.
    “Bir çox etirazlara səbəb olduğu üçün artıq demək olar ki, “Malorusiya” adı olmayacaq. Gələn bir çox maraqlı təklif və şərhlər göstərdi ki, bu müzakirələr əbəs yerə başladılmayıb. Ukraynanın yeni əsaslarla bərpa olunması fikri ictimaiyyətin böyük marağına səbəb oldu”, - Zaxarçenko bildirib.

    Muxalifet - 10-08-2017

  3. Aeroportda nazirin arvadının qızıllarını oğurladılar - QALMAQAL

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub.
     
    Sözcünün məlumatına görə, Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan  Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb.
     Olay Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub.
     Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb.

    Muxalifet - 10-08-2017

  4. “O vəsiyyət uydurmadır” - Rektordan Lütfi Zadəylə bağlı qalmaqallı açıqlama

    "Lütfi Zadə Azərbaycana xüsusi bağlılığı olmayan adamdır. Bunu açıq demək lazımdır. Onda millətçilik və dərin azərbaycançılıq olmadığı üçün həmin vəsiyyəti uydurma hesab edirəm”.
     
    Bu sözləri "Sherg.az”a açıqlamasında "Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. O bildirib:

    Muxalifet - 10-08-2017

  5. Daha bir abituriyent pulu olmadığı üçün təhsildən imtina edir - “Atam bizi atıb gedib”

    Azərbaycanda daha bir abituriyent maddi imkansızlıq səbəbindən universitetdə oxumaqdan imtina etmək istəyir.
     
    Bu barədə BakuPost.az-a abituriyent Suzanna Aidayeva danışıb. 20 yaşlı abituriyent ali məktəbə qəbul imtahanlarına repetitorsuz, evdə hazırlaşaraq 473 bal toplayıb. Lakin Azərbaycan vətəndaşı olmadığından pulsuz təhsil hüququndan məhrumdur.

    Muxalifet - 10-08-2017

  6. Azərbaycanda təhsil alan saxta həkim Adana həbsxanasından qaçıb — ŞOK HADİSƏ

    Adanada 4 nəfərin dodağını eybəcər hala salan saxta həkim həbsxanadan qaçıb.
     
    Azərbaycanda təhsil aldığını deyən saç ustası məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
    Adana məhkəməsində qeyri-peşəkarlıq, saxtakarlıq və yaralama cinayətlərindən mühakimə edilən saç ustası Soner haqqında hökm verilib. Məhkəmənin hökmü ilə sərbəst buraxılması barədə qərar qəbul edilən müttəhim başqa bir cinayətdən haqqında hökm çıxarıldığı üçün azadlığa çıxa bilməyib.

    Muxalifet - 10-08-2017

  7. İnəyə əziyyət verənlər cəzalandırıldı - VIDEO

    Avqustun 8-də Xəzər televiziyasının “Xəzər-xəbər” proqramında “İmişlidə inəyə ekskavatorla işgəncə verdilər” adlı videosüjetdə bir qrup şəxsin inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq, su kanalına salmaları, heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırlatmalarını əks etdirən videogörüntü yayımlanıb.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, videosüjetlə əlaqədar İmişli Rayon Polis Şöbəsində araşdırma aparılıb.

    Muxalifet - 10-08-2017

  8. ABŞ həmsədrindən qeyri adekvat yanaşma

    Qarabağ münaqişəsinin tərəflərinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət tədbirlərini qəbul etməsini vaxtı çatıb.
     
     Virtualaz.org xəbər verir ki, bunu “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri, eyni zamanda Minsk Qrupunun həmsədri Riçard Hoqland deyib.

    Muxalifet - 10-08-2017

  9. Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa götürülmədi

    Bu gün Binəqədi Rayon Məhkəməsində Rəşad Əliyevin sədrliyilə keçirilən prosesdə jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qadağanın ləğvi barədə müraciəti təmin edilməyib.
     
    X.İsmayılova Turan-a bildirib ki, Kanadada jurnalist mükafatlarının təqdim edilməsi mərasimimdə iştirak etmək istəyib. Belə ki, o, Britaniyanın Kolumbiya Universiteti yanında Allard mükafatının üç finalçısından biridir. Təqdimetmə mərasimi sentyabrın 28-də Vankuverdə olacaq.

    Muxalifet - 10-08-2017

  10. Milli Şura hökuməti iqtisadi islahatlara başlamağa çağırır

    Ölkədə ağır sosial-iqtisadi vəziyyətin bütün məsuliyyəti iqtidarın üzərinə düşür.
     

    Muxalifet - 10-08-2017

  11. Trampa bənzəyən "cücə" Ağ Evin qarşısında nümayiş etdirilib

    Ağ Ev Vaşinqtonuin turistləri ən çox cəlb edən yerlərindən biridir.
     
    Lakin çərşənbə günü bir nəfərin Ağ Evin qarşısında qoyduğu, saçları və əlləri prezident Trampa bənzəyən hava ilə doldurulmuş cücə insanların diqqətini daha çox cəlb edib.

    Muxalifet - 10-08-2017

  12. Erməni qızın hərəkəti Qırğızlarda hiddətə səbəb olub

    Sabır Kayıkov: “Vətəndaşlıqdan məhrum etmək azdır, ölkəyə gələndən sonra onu öldürmək lazımdır”
     
    Qırğız Respublikasının vətəndaşı, etnik erməni, “World Next Top Model 2017” beynəlxaq gözəllik yarışının qalibi Susanna Yeqoryanın hərəkəti ölkə vətəndaşlarının hiddətinə səbəb olub.
    Ermənistan KİV xəbər verir ki, onun davranışı sosial şəbəkədə ciddi şəkildə müzakirə edilib.

    Muxalifet - 10-08-2017

  13. Bakıda zavodda güclü partlayış - Yanğın başladı

    Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.
     
    Bu barədə "Qaynarinfo"ya hadisə şahidləri məlumat veriblər.
    Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.
    Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.
    FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 

    Muxalifet - 10-08-2017

  14. Stiven Kinqdən qalmaqallı açıqlama — "Tramp və Kim “dünyanın ən böyük axmağı” adı uğrunda mübarizə aparırlar"

    Məşhur amerikalı yazıçı Stiven Kinq yeni açıqlama verib.
     
    Kinqin fikrinə görə ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Çen İn planetin ən axmaq adamı ünvanı üçün mübarizə aparırlar.
    Rejissor bu barədə Tvitter şəbəkəsində yazıb.
    Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreyanın mərkəzi dövlət agentliyi rəsmi Pxenyanın Quam adasındakı ABŞ hərbi bazasını bombalamaq istədiyini açıqlamışdı. ABŞ prezidenti isə cavab olaraq Şimali Koreyanı alov və qəzəblə hədələmişdi.

    Muxalifet - 10-08-2017

  15. 2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb – YEVLAXDA

    Yevlax rayonunda azyaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
     
    2015-ci il təvəllüdlü Aysu Kamil qızı Havarlı kəndindəki iki mərtəbəli fərdi yaşayış evində yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir. Müalicə prosesində Bakıdan gəlmiş həkimlər də iştirak edir. Azyaşlının müəyyən mərhələdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilməsi planlaşdırlır.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-08-2017

  16. Ağdaşda 18 yaşlı gənc bıçaqlanıb

    Ağdaş rayonunda 18 yaşlı gənc bıçaqlanıb.
     
    Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. 
    Belə ki, 1999-cu il təvəllüdlü, Yuxarı Ləki kənd sakini Aydın Qalib oğlu Qasımov mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-08-2017

  17. Bakıda güclü yanğın — Yollar bağlanıb

    Binəqədi qəsəbəsində güclü yanğın baş verib
     
    Binəqədi qəsəbəsinin mərkəzində tikinti materialları mağazasında yanğın baş verib.
    Yanğın baş verən əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb edilib. Əraziyə bütün yollar bağlanılıb.

    Muxalifet - 10-08-2017

  18. Ara Papyan: “Əliyev İcevanla Zəngəzuru almaq istəyir, bu da olacaq”

    Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.
     

    Muxalifet - 10-08-2017

  19. SAAKAŞVİLİ BU OYUNDAN QALİB ÇIXACAQ - Politoloq

    Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib.
     
    Saakaşvili deyib ki, onun üçün komfortlu səyahət yoxdur. Amma maşının yük yerində Ukraynaya gizli girmək bu prinsipə daxil deyil:

    Muxalifet - 10-08-2017

  20. Binəqədidə mağaza, aptek, gözəllik salonu və çay evinin yerləşdiyi binanın dam örtüyü yanıb –FOTO

    Bakıda yanğın baş verib.
     
    Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib.
    Nəticədə binanın dam örtüyü yanıb.
    Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib.
    Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb.
    Yanğının baş vermə səbəbləri araşdırılır.

    Muxalifet - 10-08-2017

Pages