Axtarış
The search found 105779 results in 0.012 seconds.
Search results
Afət Telmanqızı "Space"dən ayrıldı
ANS-in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi "Space" televiziyasından uzaqlaşdırılıb.
"Space" Teleradio Şirkətinin "Hər gün" informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət telekanaldan çıxarılıb.
İddia edilir ki, o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.
Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.Muxalifet - 9-08-2017
Lütfi Zadə vəsiyyət etdi: “Məni Azərbaycanda dəfn edin”
Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.
Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.
“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.
Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.Muxalifet - 9-08-2017
Azərbaycanın sərhədində erməni təxribatı - Yeni Volski komitəsi gündəmə gələ bilər
Ermənistan silahlı qüvvələri Azəbaycanla dövlət sərhədində təxribatçı əməllərini davam etdirir.
Rusiya hərbçiləri ilə dövlət sərhədini birgə qorumağa başlayandan sonra rəsmi Yerevanın bu pis niyyətli davranışında arxayınlıq yaranıb.
Avqustun 7-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Ramin Sabir oğlu Yusifovdur. O, öz həyətlərində olarkən həyətə ermənilərin atdığı mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.Muxalifet - 9-08-2017
Abbas Hüseynov işgəncəyə məruz qalıb - Vəkil
Vəkil həbsxanada Nardaran məhbusları ilə görüşüb
"Nardaran hadisələri ilə bağlı həbsdə olan Abbas Hüseynov Qobustan Qapalı Həbsxanasında qeyri-insani rəftara və işgəncələrə məruz qalıb". Bu barədə vəkil Yalçın İmanov avbqustun 8-də Qobustan Qapalı Həbsxanasında
A.Hüseynovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
Vəkil artıq işgəncə və qeyri-insani rəftar faktı ilə bağlı Ombudsman Aparatına və cinayət işi qaldırılması üçün Baş Prokuroluğa müraciət hazırladığını bildirib.Muxalifet - 9-08-2017
Jurnalistlərə mənzil bölgüsü qalmaqalı davam edir – Ev alanların birinin Londonda malikanəsi var
Prezident İlham Əliyevin sərəncamı ilə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binadan ev alanlar arasında, nə qədər qəribə və anlaşılmaz da olsa, Bakıda, ölkənin digər bölgələrində 2 və daha artıq mənzili, bağ evi, hətta villası olanlar da var.
Belələrindən biri hazırda ABŞ-da yaşayan tanınmış jurnalist, Azərbaycan hökumətinin “qara siyahı”sında olan “Meydan.tv”-nin əməkdaşı Sevinc Osmanqızının keçmiş həyat yoldaşı, «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilovdur.Muxalifet - 9-08-2017
KÜRDƏXANI TƏCRİDXANASINDA SƏFƏRBƏRLİK! – Əli Həsənovun nəvəsinə lüks şərait yaradılır!
Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda KİV-ə ətraflı açıqlama verib.
Muxalifet - 9-08-2017
“Jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var” - Vəkil
"Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir".
Bu fikri Ə.Muxtarlının vəkili Nemət Kərimli Turan-a bildirib.
Vəkilin sözlərinə görə, avqustun ilk günlərində onu həkim müayinəsindən keçiriblər. Həkimlər Əfqana bildiriblər ki, onun ürəyində problemlər var. Bu səbəbdən nəbzi normadan xeyli yüksəkdir. Əfqan Muxtarlıya müalicə üçün resept yazıblar.Muxalifet - 9-08-2017
Polşa Prezidentinin təyyarəsi Rusiyada partladılıb - KOMİSSİYA RƏYİ
Polşa prezidenti Lex Kaçinskinin qəzaya uğradığı təyyarənin qanadında partlayış izləri aşkarlanıb.
Bu nəticəyə Smolensk yaxınlığında baş verən aviaqəzanı araşdıran yeni Polşa komissiyası gəlib.
Ekspertlərin iddiasına görə, təyyarənin sol qanadının dağılmasına tozağacı ilə toqquşma səbəb olmayıb. Komissiyanın bəyanatında deyilir ki, qanad ağacla təmasdan əvvəl dağılmağa başlayıb və qanaddakı çoxsaylı zədələr partlayışın izlərini daşıyır.Muxalifet - 9-08-2017
Mingəçevirdə gənc qadın intihara cəhd etdi - ÖZÜNÜ KÖRPÜDƏN ATMAQ İSTƏDİ...
Hadisə yerinə polis əməkdaşları cəlb olunub
Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Kür çayının şəhərdən keçən hissədindəki körpüdə qeydə alınıb.
Belə ki, adı hələlik dəqiqləşdirilməmiş 25-27 yaşlarında olan gənc qadın özünü Kür çarı üzərindəki körpüdən suya ataraq intihar etmək istəyib. Lakin yaxınlıqda olan şəxs son anda özünü yetirərək onun suya atılmasına imkan verməyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qadının intihara cəhdinin səbəbləri araşdırılır.Muxalifet - 9-08-2017
Zərdabın icra başçısı haqda şok fakt – MƏHKƏMƏ SƏDRİ İLƏ ƏLBİR OLARAQ VƏTƏNDAŞI EVİNDƏN DİDƏRGİN SALIB
Lütvəli Babayevin evini əlindən aldığı ailə hazırda çölün düzündə, at arabasının içində yaşayır
Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevdən şikayət edir:Muxalifet2 - 9-08-2017
Azərbaycanlı atlet dünya çempionatının finalına yüksəldi
Ramil Quliyev bu nailiyyətə 200 metr məsafəyə yarımfinal qaçışında imza atıb
Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında finala yüksəlib.
27 yaşlı sprinter bu nailiyyətə 200 metr məsafəyə yarımfinal qaçışında imza atıb.
O, finişə 20,17 saniyəyə çataraq, bütün rəqiblərini üstələyib. Quliyevin yarımqrupundan ilk "3-lüy"ə düşən ABŞ təmsilçisi Amir Uebb və CAR-dan olan Vayd van Nikerk də adını finala yazdırıb.Muxalifet - 10-08-2017
Tovuzda VAZ-21015 40 yaşlı kişini vuraraq öldürüb
Tovuz rayonunda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
Hadisə rayonun Əyyublu kəndində baş verib.
Yolu keçmək istəyən kənd sakini, 1977-ci il təvəllüdlü Vasif Fətullayevi "VAZ-21015" markalı avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 10-08-2017
“Bakıya və Yerevana səslənirəm, tələb edirəm…” - Oljas Süleymanov
Görkəmli qazax yazıçısı və ictimai xadimi Oljas Süleymanov Belçikanın Lyej şəhərində YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan və Ermənistan ziyalılarını Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün görüşməyə çağırıb.
Qazaxıstan KİV-ləri xəbər verir ki, yazıçı MDB məkanındakı münaqişələrin nizamlanması üçün Qazaxıstanda konfrans keçirilməsini də təklif edib.Muxalifet - 10-08-2017
ABŞ Putinin Abxaziya səfərinə sərt reaksiya verib
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.
Muxalifet - 10-08-2017
Tbilisi beynəlxalq hava limanında problem
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb.
Sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Hava limanında sərnişinlərin sıxlığı yaranıb.Muxalifet - 10-08-2017
Lütfi Zadə bütün mükafatlarını ona vəsiyyət edib
Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi ailənin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edilib.
Professor Şahnaz Şahbazova AzərTAc-a bildirib ki, məktubda həmin ağır gün gələndən sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.Muxalifet - 10-08-2017
ABŞ bu iki halda Şimali Koreya ilə müharibəyə qalxacaq — SENATORDAN AÇIQLAMA
ABŞ Senatoru Şimali Koreya ilə müharibə haqda...
"Respublikaçılar" partiyasının təmsilçisi açıqlamasında ABŞ-ın hansı halda Şimali Koreya ilə müharibəyə qalxacağını bildirib.
ABŞ siyasi həyatına güclü nüfuzu ilə də tanınan senator Donald Trampın Koreya problemi ilə bağlı gurultulu açıqlamalarını da şərh edib.Muxalifet - 10-08-2017
"Nardaran işi" məhbusu Abbas Hüseynovun işgəncə iddiaları araşdırılır
"Nardaran işi" nəticəsində həbs edilmiş və hazırda Qobustan Qapalı Həbsxanasında saxlanılan Abbas Hüseynovun "dəfələrlə işgəncəyə məruz qalmasına" dair şikayəti Ombudsmanın ofisinə daxil olub, ombudsmanlıq təsdiqləyib.
Penitensiar Xidmət və Qobustan həbsxanası bu iddiaları təkzib edirlər.
Vəkil Yalçın İmanov BBC Azərbaycancaya Abbas Hüseynovun hazırda "karsda saxlandığını" və dünən onunla görüş keçirdiyində "bədənində işgəncə əlamətlərini" gördüyünü deyib.Muxalifet - 10-08-2017
Gürcüstanlıların Rusiya işğalı barədə fləşmobu mübahisə doğurub
Muxalifet - 10-08-2017
Vidadi Zeynalov müalicə müəssisəsinə yerləşdirilib
Sabiq Aparat rəhbərinin səhhəti pisləşib
Əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun səhhəti pisləşib.
"Report"un əldə etdiyi məlumata görə, sabiq Aparat rəhbəri Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə yerləşdirilib və hazırda burada müalicə olunur.Muxalifet - 10-08-2017