8 yaşlı uşaq dərman içərək zəhərlənib – NEFTÇALADA
11-08-2017 08:41

Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb
Neftçalada azyaşlı uşaq zəhərlənib.
Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 8 yaşlı Vəzifə Vüsal qızı Rəcəbli özü də bilmədən stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udaraq zəhərlənib. Azyaşlı qız yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.