Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. Venesuela Konstitusiya Assambleyası tanınmadı

    XİN başçısı: “Onlar Venesuelanı qorxutmağa və bizim hüquqi quruluşumuzu qəbul etməməyə cəhd göstərirlər”
     
    Venesuela Xarici İşlər Nazirliyi Konstitusiya Asambleyasını tanımayan bölgənin 11 dövlətinin səfirinə və nümayəndəsinə etirazını təqdim edib.
    TASS xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib.

    Muxalifet - 10-08-2017

  2. TAP kəmərinin 316 km-i hazırdır

    Yunanıstanda 375 km ərazi təmizlənib, 347 km borular düzülüb, 229 km borular isə qaynaq edilib və basdırılıb
     
    Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində Yunanıstanda boruların 316 kilometri qaynaq olunub.
    Bunu AZƏRTAC-a müsahibəsində boru kəmərinin operatoru olan "TAP AG" şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib.

    Muxalifet - 10-08-2017

  3. “Qəbələdə intihar edən şəxsin heç kimə borcu olmayıb” - Prokurorluq

    Mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb
     
    Qəbələ rayon prokurorluğu rayon ərazisində baş vermiş intiharla bağlı məlumat yayıb.

    Muxalifet - 10-08-2017

  4. Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb

    Muxalifet - 10-08-2017

  5. İsrailin birinci ledisinə qarşı cinayət işi qaldırıla bilər


    Sara Netanyahu
     
    Sara Netanyahu bundan əvvəl bir mərakeşli qulluqçunu onu "kökəldib eybəcərləşdirməyə çalışmaqda" ittiham edib.
     
    "The Times" qəzeti yazır ki, İsrailin baş prokuroru baş nazir Binyamin Netnyahunun xanımına dövlət vəsaitindən sui-istifadə ittihamı ilə cinayət işi başlamağa hazırlaşır.

    Muxalifet - 10-08-2017

  6. Nəyi nə qədər yemək adamı öldürə bilər?


    Banan kaliumla zəngindir və bu element az miqdarda qəbul edildikdə sağlamlığa xeyirlidir.
    "The Telegraph" yazır ki, hətta ən xeyirli qidaları da normasından artıq yemək insana ziyan vurur.

    Muxalifet - 10-08-2017

  7. Facebook televiziyalara meydan oxudu: yeni video xidməti təklif edir

    Muxalifet - 10-08-2017

  8. Abşeronda baba və nəvəni maşın vurub, azyaşlı ölüb

    Abşeronda baba və nəvəni maşın vurub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.
     Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
     Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 10-08-2017

  9. Millimiz FİFA reytinqində irəliləyib

    Milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda bir sıra dəyişikliklər olub.
     
    Buna səbəb KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələridi. Azərbaycan millisi bu cədvəldə 79-cu sırada qərarlaşıb. Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var.

    Muxalifet - 10-08-2017

  10. RUSİYANIN EKSPANSİYASI DAVAM EDİR! - Yeni bir FAŞİZM yetişməkdədir!

    Rusiya ekspansiv siyasətini fəal şəkildə davam etdirir. Son aylar bu, özünü daha qabarıq şəkildə büruzə verir.
     
    Baxın:
    - Rusiya Ukrayna ilə sərhəddə əlavə çevik hərbi hissələr yerləşdirməklə, ərazidə özünün hərbi iştirakını artırır;
    – Rusiya Dnestryanı bölgəni özünə birləşdirmək istəyir – bu, mahiyyət etibarilə, beynəlxalq hüquqa tüpürmək dekməkdir;
    – Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın xəbəri (icazəsi) olmadan, de-yure bu dövlətin ərazisi sayılan Abxaziyaya səfər edir – bu, işğalçı siyasətin əyani göstəricilərindən biridir;

    Muxalifet - 10-08-2017

  11. Türkiyə Suriya ilə bağlı qərarını verdi – Kritik toplantı

    Türkiyə Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi və Çankaya köşkündə keçirilən təhlükəsizlik toplantısında Suriya ilə bağlı vacib qərar verilib.
     
    Toplantıda Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-mayor Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Gömrük və Ticarət naziri Bülənd Tüfəngçi, Baş nazirin müşaviri Fuad Oktay, MİT sədri Hakan Fidan və başqaları iştirak edib. İclas 1,5 saat davam edib.

    Muxalifet - 10-08-2017

  12. Rafiq Əliyev: “Gecə Lütfi Zadəyə zəng vurdum, dedi ki...”

    Hər həftə Lütfi Zadə ilə danışıram. Dünən mediada yayılan xəbərləri oxuyandan sonra Bakı vaxtı ilə gecə saat 1:00-da, yəni Kaliforniya vaxtı ilə gündüz saat 1-də evinə zəng edib özü ilə danışdım.
     
     Düşünürəm ki, belə yazılara ehtiyac yoxdur, bir var, kiminsə vasitəsilə danışasan, bir də var bilavasitə özü ilə. Zadə hazırda evdədir, səhhəti qaydasındadır.

    Muxalifet - 10-08-2017

  13. ABŞ-ın Müharibə planı HAZIRDIR

    Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar.
     
     “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda NBC telekanalı bildirib.
    Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir.

    Muxalifet - 10-08-2017

  14. Rusiyalı ABŞ-ın təyyarəsini vurmaq istədi.. - TÜRKİYƏDƏ

    Məlumata görə, İŞİD terrorçusu həmçinin ələvilərin dərnəklərində terror aktları törətməyi planlaşdırıb.
     
    O, Rusiyanın mesajlaşma proqramı olan “Telegram” vasitəsilə terror təşkilatının digər üzvlərindən 2 min 800 lirə (təxminən 800 dollar) pul istəyib. Bu vəsaitlə dronun alınması planlaşdırılırdı.

    Muxalifet - 10-08-2017

  15. Şimali Koreya bu tarixdə ABŞ-a ballistik raket ATACAQ

    Şimali Koreyanın rəsmi xəbər agentliklərindən yayımlanan məlumata görə, ABŞ-a bağlı olan Quam adasını hədəfləyən plan avqust ayının ortalarında sona çatacaq.
     
    Şimali Koreya ABŞ-ın adadakı hərbi bazalarına 4 ədəd ballistik raket atmaq niyyətindədir.
    Açıqlamada planın detallarına da yer verilib. Belə ki, Koreya Xalq Ordusu tərəfindən atılacaq "Hvasonq-12" raketləri 3.357 km məsafə qət edəcək və Quam adasının 30-40 km yaxınlığında suya düşəcək.
    Raketlər Yaponiyanın Şiman, Xirosima və Koçi bölgələrinin üzərindən keçəcək.

    Muxalifet - 10-08-2017

  16. İsrail Qüdsü yəhudiləşdirir - Abbas

    Fələstin Prezidenti Mahmud Abbas İsrail Baş naziri Benyamin Netanyahuya işğal altında olan Qüdsü yəhudiləşdirmək planı ilə bağlı xəbərdarlıq edib.
     
    Mahmud Abbas Qüdsdə inşa edilməsi planlaşdırılan Süleyman Məbədinin də bunun bir parçası olduğunu deyib.
    “Benyamin Netanyahu Qüdsü yəhudiləşdirmək planını tamamlamağa çalışır və Əl-Əqsanın qapılarını fanatik yəhudilərə açır, yəhudilərin qanunsuz addımlarına göz yumur”, - Mahmud Abbas bildirib.

    Muxalifet - 10-08-2017

  17. Türkiyə Britaniyanın müttəfiqidir - Conson

    Türkiyə Britaniya üçün müttəfiq ölkədir, iki ölkənin yalnız ticarət deyil, təhlükəsizlik və Suriya savaşı kimi ortaq məqsədləri var.
     
    Bu sözləri Britaniya Xarici İşlər naziri Boris Conson deyib.
    “Britaniya ilə Türkiyənin möhkəm əlaqələri var. Türkiyə Araşdırmalar Mərkəzinin bu əlaqənin dərinləşməsindəki rolunu təqdir edirəm”, - Conson bildirib.

    Muxalifet - 10-08-2017

  18. Göyçay sakinlərinin İlham Əliyevdən xahişi – “UŞAQLAR MƏKƏTƏBƏ GEDİB-GƏLƏ BİLMİR...”

    Göyçay rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

    Muxalifet2 - 10-08-2017

  19. Saakaşvili: "Təcili Poroşenkonu devirməliyəm"

    Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili açıqlamaları ilə yenə hamını təəcübləndirib.
     
    Litvanın “Baltiktayms” portalına müsahibə verən Saakaşvili Rusiyanın Belarusu işğal etmək niyyətində olduğunu deyib.
    Onun sözlərinə görə, Rusiya-Belarus arasında “Qərb-2017” təliminin əsas məqsədi bundan ibarətdir.

    Muxalifet - 10-08-2017

  20. Etiraz edən Güləşçilərin gecikmiş maaşları ödənildi

    Güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib
     
    Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.
    Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
    Bildirib ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.
    Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.

    Muxalifet - 10-08-2017

Pages