Axtarış
The search found 105779 results in 0.019 seconds.
Search results
İsrail iranlı qadın jurnalistə sığınacaq verib
Neda Amin 3 il əvvəl İranda edam edilməkdən qaçaraq Türkiyəyə sığınıb
İsraildən sığınacaq istəyən İran vətəndaşı 33 yaşlı jurnalist Neda Amin avqustun 10-da İsrailə gedib.
İsrail KİV-inə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Arye Deri onun xahişini qəbul edib.
Neda Amin 3 il əvvəl İranda edam edilməkdən qaçaraq Türkiyəyə sığınıb. Məlumata görə, Türkiyə onu İrana qaytarmaq niyyətində olub.Muxalifet - 10-08-2017
Kərə yağı 2 dəfə bahalaşıb
Azərbaycan bu il kərə yağının idxalına təxminən 17 mln. dollar əlavə vəsait xərcləyəcək
Avropada kərə yağı böhranı başlayıb. "Haberler" saytı xəbər verir ki, ilin əvvəlindən Avropada kərə yağının qiyməti 100% artım göstərib. Ancaq iyun ayında kərə yağı 14% bahalaşıb. Buna səbəb kimi süd istehsalındakı azalma, tələbdə isə artım amilləri göstərilir.Muxalifet - 10-08-2017
Ülviyyə Alovlu sayt rəhbərliyindən çıxarıldı
Tanınmış jurnalist Ülviyyə Alovlu big.az saytının baş redaktoru vəzifəsindən kənarlaşdırılıb.
BakuPost.az-a daxil olan məlumata görə, jurnalist tutduğu postdan 2 gün əvvəl uzaqlaşdırılıb.
Big.az saytından faktı BakuPost.az-a təsdiqləyiblər.
Xatırladaq ki, Ülviyyə Alovlu əvvəllər ANS, "Lider" telekanallarında, "Röya", "Dostum" jurnallarında, eləcə də 1news.az və gun.az saytlarında redaktor və baş redaktor vəzifələrində çalışıb.Muxalifet - 10-08-2017
Xəstəlik “Faytonçu” Nazimi bu hala saldı - FOTO
"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb.
İfaçının çox arıqladığı diqqətdən qaçmayıb.
Məsələ ilə bağlı Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.Muxalifet - 10-08-2017
Trampın böyüdüyü evdə bir gecənin qiyməti 725 dollardır
ABŞ prezienti Donald Trampın Nyu-Yorkda uşaqlığının keçdiyi evi kirayəyə götürmək mümkündür.
5 otaqlı evin bir günlük kirayə qiyməti 725 dollardır.
Mart ayında satışa çıxarılan və 2.14 milyo dollara satılan evdə Tramp 4 yaşına qədər yaşayıb. Nyu-Yorkun Kvins bölgəsində olan evin 5 otağı, 3 vanna otağı var. Ev alındıqdan sonra bir şirkət tərəfindən gecələr keçirmək üçün 4 min dollara kirayəyə götürülmüşdü.Muxalifet - 10-08-2017
Qanunsuz ağac kəsənlər saxlanıldı
Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında naməlum şəxslər tərəfindən ağaclar kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, “Qaynar Xətt”inə daxil olan şikayət əsasında nazirliyin əməkdaşları hadisə yerinə gedib.
Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.Muxalifet - 10-08-2017
Kreml seçkilər üçün digital strategiya hazırlayır
Kreml və Mərkəzi Seçki Komissiyası seçiciləri sosial şəbəkələr vasitəsilə 2018-ci il prezident seçkilərinə cəlb etmək üçün digital strategiya hazırlayacaq.
RBK-nın verdiyi məlumata görə, strategiyanın hazırlanması və həyata keçirilməsi Rusiyada iri sosial şəbəkələrə sahib olan “Mail.ru Group”a həvalə edilə bilər.Muxalifet - 10-08-2017
Fərhad Əliyev Bakıdadır
Bir sıra Azərbaycan KİV-inin yazdığının əksinə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Bakıdadır.
Virtualaz.org-un müxbiri onunla İçərişəhərdə gəzərkən rastlaşıb.
Fərhad Əliyev eksklüziv müsahibə almaq xahişi ilə ona müraciət edən əməkdaşımıza bildirib ki, indi bunun üçün münasib vaxt deyil. Bununla belə, o, yaxın gələcəkdə belə bir imkanı istisna etməyib.Muxalifet - 10-08-2017
Ağsuda kəndliləri parçalayan canavar quduz çıxdı
Avqustun 6-da Ağsunun Padar kəndində canavarların kənd sakinləri Fikrət Şeydayevə və Həsrət Qurbanova hücum edərək ciddi xəsarət yetirməsi ilə bağlı məlumat vermişdik.
Xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilərək quduzluğa qarşı vaksin vurulmuşdu.
Artıq kəndə hücum edərək sakinlərə xəsarət yetirən canavarla bağlı laboratoriya analizlərinin nəticələri məlum olub. Xəzər TV-nin məlumatına görə, 2 nəfəri yaralayan canavarın quduz olduğu müəyyənləşib.Muxalifet - 10-08-2017
Lənkəranda 15 yaşlı yeniyetməni avtomobil vurub
Lənkəran rayonunda 15 yaşlı yeniyetməni avtomobil vurub.
Rayonun Şirinsu kənd sakini, 2002-ci il təvəllüdlü Fuad Cəbrayıl oğlu Əlizadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı Lənkəran Diaqnostika Mərkəzində müayinədən keçirildikdən sonra mərkəzi xəstəxanaya aparılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 10-08-2017
Dolların məzənnəsi kəskin arta bilər
Avro/dollar cütlüyünün məzənnəsi 1,15 USD/EUR səviyyəsinə kimi geriləyə bilər
Muxalifet - 10-08-2017
Dövlət Dəmir Yolu “Azəryolservis”ə birləşdirilir – “MƏSƏLƏ RAZILAŞDIRILIB”
“Dövlət Dəmir Yollarlı” Qapalı Səhmdar Cəmiyyətinin “Azəryolservis”ə birləşdiriləcəyi xəbərləri yayılıb. “Azəryolservis”in rəhbəri Saleh Məmmədovun yaxınları iddia edir ki, bu məsələ artıq yuxarılarla razılaşdırılıb.
Muxalifet2 - 10-08-2017
Turan Agentliyi Vergilər Nazirliyinin iddialarını qanunsuz hesab edir
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqsut 2017-ci il tarixində Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb.
Eyni zamanda, həmin departament avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb.Muxalifet - 10-08-2017
Azərbaycan ərzaqla özünü yalnız 50 faiz təmin edir
Ərzaq malları ilə Azərbaycanın özünütəminat səviyyəsi 50 faiz təşkil edir.
Əksər MDB olkələrinin qida məhsulları ilə özünütəminat səviyyəsi isə yüksələn xətt üzrə gedir. Xüsusən Belarusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbatını ödəməklə yanaşı həm də ixraca yönəlir, ölkəyə valyuta gətirir.Muxalifet - 10-08-2017
Rusiyada azərbaycanlı iş adamı yandırıldı – VƏHŞƏT
Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı, 1964-cü il təvəllüdlü İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.
Bu haqda “Basta”ya Müsavat başqanının müşaviri Mərdan Mehdili məlumat verib. O, bildirib ki, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.
“Rusiya polisi iki gün idi, itkin düşmüş şəxs kimi, onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb. Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”, – Mərdan Mehdili bildirib.Muxalifet - 10-08-2017
Amerikalı general Qafqaza gəldi
ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Mark Mayli Gürcüstana səfərə gəlib.
Tiflis aeroportunda onu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani və Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini Nikoloz Cancqava qarşılayıb.
İki günlük səfər çərçivəsində Mayli gürcü həmkarı ilə yanaşı, Xoxenfelsdəki ABŞ hərbi bazasının komandiri Antonio Aquto ilə görüşəcək.Muxalifet - 10-08-2017
Özgə atına minən Ermənistan haqda ANİMASİYA – VİDEO çarx
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb.
Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks olunub.Muxalifet - 10-08-2017
Məktəbli geyimləri ilə bağlı YENİ AÇIQLAMA
Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb.
Bunu Teleqraf.com-a Bakı Tikiş Evi ASC-nin satış satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: “Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötən ilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.
Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.Muxalifet - 10-08-2017
Eyvaz Borçalı Gürcüstan səfirinə müraciət etdi
“Kərəm Məmmədovun bu günlərdə səbəbi açıqlanmadan Gürcüstana buraxılmaması məni dərindən məyus etdi”
Muxalifet2 - 10-08-2017
Goranboylu kişidən arvadına qarşı VƏHŞİLİK
Goranboyda ər arvadına ağır xəsarət yetirib.
Hadisə rayonun Xınalı kəndində baş verib.
Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.
Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
Qeyd edək ki, ailənin 3 övladı var. (report)Muxalifet - 10-08-2017