Tramp: “İranın davranışı nüvə razılaşmasına ziddir”

İranın davranışı nüvə razılaşmasına ziddir.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
 “İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”, - deyə Tramp qeyd edib. 
 Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. 
 BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   /apa