Axtarış
The search found 105779 results in 0.012 seconds.
Search results
53 yaşlı kişini elektrik vuraraq ÖLDÜRÜB – SAMUXDA
Tovuz rayon sakinini Samuxda elektrik cərəyanı vuraraq öldürüb.
Samux rayonunda Tovuz rayon sakini 1964-cü il təvəllüdlü Ələsgərov Mirqələmi işlədiyi yerdə elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 6-08-2017
Azərbaycanlı Strasburqda qətlə yetirilib
Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.
Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.Muxalifet - 6-08-2017
Ukraynalı müğənni Estoniyada konsert zamanı ölüb
Məşhur ukraynalı musiqiçi və rəssam, “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Estoniyada festivalda çıxış zamanı ölüb.
“Ukrinform”-un verdiyi məlumata görə, , “Ivan Blues & Friends” qrupunun ilk konserti 31 dekabr 2007-ci ildə Kiyevdə “Rag-Time” barında keçirilib.
Bundan sonra qrup müntəzəm olaraq Ukraynada klub və konsert zallarında çıxış etməyə başlayıb. “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Ukraynada görkəmli mədəniyyət xadimi, musiqiçi və rəssam kimi məşhurlaşıb.Muxalifet - 6-08-2017
AZƏRİ, YOXSA TÜRK?! - Araşdırmaçı Aynur Talıblının yazısı
Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənib. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir. Bu yazımda "millət nədir? ", "milli mənsubiyyətin önəmi" və bizlərin milli kimliyinin "azəri, yoxsa Türk" olduğumuzdan bəhs edəcəyəm.
Muxalifet2 - 6-08-2017
ƏLİ HƏSƏNOVUN XƏTALARI – “Nəvəsini gizlədib, saxtakarlıq edərək…”
Haqqın.az və virtualaz.org saytlarının sahibi Eynulla Fətullayev Facebookda bir yazı ilə çıxış edib.
Mövzunun aktuallığını və yazıdakı fikirlərin vacibliyini nəzərər alaraq, həmin statusu oxucularının müzakirəsinə təqdim edirik:Muxalifet - 6-08-2017
Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi - TEHRANDA GÖRÜŞ
Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
APA-nın məlumatına görə, H.Ruhani görüşdə bildirib ki, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və Yerevan müştərək bağlara söykənərək hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata bilər.Muxalifet2 - 6-08-2017
Əli Həsənov nəvəsinin məsuliyyətini bölüşmədi – “HÜQUQİ ÖLKƏDƏ MƏSULİYYƏT FƏRDİDİR”
Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.
Gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.Muxalifet2 - 6-08-2017
Bakıda "AA" seriyalı "Lexus" 45 yaşlı kişini vuraraq ÖLDÜRDÜ
Bakıda ağır yol qəzası baş verib.
Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur./lent.azMuxalifet - 6-08-2017
Bakıya gələn ərəb turistə 40 min “atdılar”
Birləşmiş Ərəb Əmirliklərindən Bakıya səfərə gələn turistə külli miqdarda pul “atıblar”.
Bu günlərdə Dubaydan Bakıya gələn BƏƏ vətəndaşı, 1964-cü il təvəllüdlü Mohammad Almeri polisə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, Bakıya gəlmək qərarı verəndən sonra internet vasitəsi ilə buradakı turizm şirkətlərindən biri ilə əlaqə saxlayıb və Azərbaycanda tur üçün həmin şirkətin hesabına 40 min dirhəm keçirib. Lakin təyyarə ilə Bakıya gələn ərəb turisti burada qarşılayıb xidmət edən olmayıb.
Müraciət əsasında araşdırma aparılır./lent.azMuxalifet - 6-08-2017
Rusiya, Türkiyə və İran Tehranda Suriyanı müzakirə edəcək
Rusiya, Türkiyə və İran təmsilçiləri 8-9 avqust tarixlərində Tehranda Suriya atəşkəs zonalarında atəşkəsin qorunması və möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.
TASS agentliyinin verdiyi məlumata görə, bunu bu gün ASEAN forumu ilə əlaqədar Manilada olan Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.Muxalifet - 6-08-2017
İran prezidentindən Donald Trampa XƏBƏRDARLIQ
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı nümvə müqaviləsi çərçivəsində Tehrana tətbiq edilən sanksiyalarla bağlı xəbərdarlıq edib. Prezident Ruhani Donald Trampın siyasi intihar riskinə getdiyini bildirib.
Həsən Ruhani bu fikirlərini Tehranda təşkil edilən inaqurasiya mərasimində çıxışı zamanı söyləyib.
İran prezidenti Donald Trampı siyasi intihar riskinə dair xəbərdarlıq edərək Tehrana müvə müqaviləsi çərçivəsində tətbiq edilən sanksiyaları tənqid edib.Muxalifet - 6-08-2017
Arda Turan “Qalatasaray”a GƏLƏ BİLƏR
Türkiyənin “Qalatasaray” futbol klubu Super Liqada yeni mövsümün başlanmasına bir həftə qalmış sürpriz transfer etmək istəyir.
CNN Türk xəbər verir ki, “sarı-qırmızılar” klubun keçmiş üzvü Arda Turanı mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Klub rəhbərliyi bu həftə yarımmüdafiəçinin məxsus olduğu İspaniyanın “Barselona” komandası ilə danışıqlar masasına oturacaq. Otuz yaşlı futbolçunun icarəsi üçün 2.5 milyon avro ödənilməsi nəzərdə tutulub. Bundan əlavə, Arda Turan illik 4 milyon avro qazanacaq.Muxalifet - 6-08-2017
"Kapitalizm çökür, İslam modelinə keçməliyik" - Məşhur iqtisadçı
Kapitalizmin çökdüyü ərəfədə İslam iqtisadi modelini inkişaf etdirməliyik.
Bu sözləri pakistanlı iqtisadçı Məhəmməd Əkrəm Xan deyib.
O, İslam ölkələrinin vahid iqtisadiyatının olmadığını bildirib:Muxalifet - 6-08-2017
Naxçıvanın sabiq Daxili İşlər naziri, Heydər Əliyevin ailə dostuna da atıbmış – ŞOK İDDİA
“Daxili İşlər nazirinə inanmayıb, bəs, kimə inanacaqdım. Üzgünəm ki, mən Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədova güvəncimin zərərinə uğramışam”.
Ovqat.com xəbər verir ki, bu sözləri əməkdaşımızla söhbətində türkiyəli iş adamı Osman Gezeker deyib.Muxalifet2 - 6-08-2017
Əli Həsənovun nəvəsi ilə ötüşən avtomobilin sürücüsü həbs olunub - FOTO
Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.
Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.Muxalifet - 6-08-2017
Gürcüstanda Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstan polisi avtomobilə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.
“apsny.ge” saytının verdiyi məlumata görə, avqustun 5-də 1995-ci il təvəllüdlü kişi Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda “Nissan Tiida” markalı minik avtomobili ilə 38 yaşlı ana və 5 yaşlı uşağı vurub.Muxalifet - 6-08-2017
Hərbi bazada atışma: 4 hərbçi öldü, 8 hərbçi yaralandı
Bu gün İranda hərbi bazada atışma zamanı 4 hərbçi ölüb yaralanıb.
“Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, Tehranın cənubunda yerləşən Kəhrizax hərbi bazasında atışma zamanı 8 hərbçi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.Muxalifet - 6-08-2017
Səudiyyə şahzadəsinə sui-qəsd olundu
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səuda qarşı sui-qəsd təşkil olunub.
Bu barədə Ərəbistan mətbuatı informasiya yayıb.
Məlumata görə, sui-qəsdi çoxsaylı Səudiyyə şahzadələrindən biri təşkil edib. Sui-qəsd nəticəsində şahzadə xəsarət almayıb. Sui-qəsdi təşkil edən şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları açıqlanmasa da, hazırda şahzadənin həyatı üçün bir təhlükə olmadığı açıqlanıb.Muxalifet - 6-08-2017
Tale Bağırzadə tərəfdarları cəzaçəkmə müəssisəsinin önündə etiraz etdilər – Video
Avqustun 6-da “Müsəlman Birliyi” Təşkilatının üzvləri Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşıblar. Onlar Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarovun “kars”a salındığını, Taleh Bağırzadəyə işgəncə edildiyini bildirirlər. Taleh Bağırzadə tərəfdarları deyir ki, məhbuslar Qobustana köçürüləndən bəri onlardan heç bir xəbər ala bilməyiblər.
Muxalifet - 6-08-2017
Ağstafa sakini Kürdə boğulub
Ağstafa sakini Kür çayında boğulub.
Hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.Muxalifet - 6-08-2017