Axtarış
The search found 105779 results in 0.026 seconds.
Search results
Qərbi Azərbaycan ərazisində fəallaşan terrorçular - ÇOMAĞIN O BİRİ BAŞI - ŞƏRH
İraq və Suriyanın timsalında onların bu istiqamətdə fəaliyyəti aydın görünür
İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətində keçirdiyi əməliyyat nəticəsində 2 silahlı zərərsizləşdirilib, 4-ü yaralanıb.
Bunu SEPAH-ın quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.
Məlumata görə, terrorçulardan xeyli silah-sursat aşkar edilərək götürülüb. M.Pakpur terrorçuların hansı qruplaşmanın üzvü olmaları haqqında açıqlama verməyib.Muxalifet - 7-08-2017
İmişlidə kanalda batan şəxsin meyiti tapılıb
Biləsuvarda kanalda tapılmış meyitin şəxsiyyəti müəyyənləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kanalda tapılan meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olması müəyyənləşdirilib.
Muxalifet - 7-08-2017
Bakıda “Lexus” piyadanı vuraraq öldürüb
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./apaMuxalifet - 7-08-2017
Azyaşlı uşaq 3-cü mərtəbədən yıxılıb – BAKIDA
Bakıda 2 yaşlı uşaq binadan yıxılıb.
Hadisə Xətai rayonu, Gəncə prospekti ev 115 ünvanında qeydə alınıb. Doqquz mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan, 2015-ci il təvəllüdlü Emil Əli oğlu Abbaszadə eyvandan yıxılıb. Nəticədə o xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2017
Gürcüstan Sadaxlıda Ermənistan vətəndaşını saxladı
Gürcüstana 10 tondan çox diri xərçəng və bir ton hissə verilmiş balığı qanunsuz keçirən Ermənistan vətəndaşı saxlanılıb.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin verdiyi məlumata görə, qaçaqmal Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” gömrük-keçid məntəqəsində aşkar olunub.
Müvafiq sənədlərdə Ermənistan vətəndaşının meyvə daşıdığı qeyd olunsa da, gömrükçülər yük maşınının soyuducu kamerasında xərçəng və balıq aşkar ediblər.
Məhsulun gömrük dəyəri 35 310 lari təşkil edir.Muxalifet - 7-08-2017
Zaqatalada VAZ-2106 ağaca GİRİB – 2 NƏFƏR ÖLÜB
Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2017
Jurnalistin atasını maşınla vurub öldürən sürücü hələ də azadlıqdadır
Keçən il fevralın 14-də Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzasına düşən və həmin vaxtdan komada olan müəllim, yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır.
Bu barədə Modern.az-a açıqlamasında Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə bildirib:Muxalifet - 7-08-2017
“Alacağım cəzadan qorxmuram” - DEPUTAT ASTAN ŞAHVERDİYEV
Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.
Muxalifet - 7-08-2017
Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürüldü
Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə "Report"a onun vəkili məlumat verib.
Vəkilin sözlərinə görə, N.Allahverdiyevin səhhəti hazırda normaldır: "Yanıqlar çox da ciddi deyil. Məhkəmə qərarından apellyasiya şikayəti vermək barədə isə hələ qərar verməmişik. Bizim üç gün vaxtımız var".Muxalifet - 7-08-2017
Türklər Qarabağa tur təşkil edən saytları dağıtdı – Erməni KİV
Türk hakerlər Ermənistanın İnkişaf Fondu və Ermənistan Dövlət Xidməti Şurasının rəsmi saytı da daxil olmaqla bu ölkənin bir sıra elektron resurslarını sıradan çıxarıblar.
Erməni KİV xəbər verir ki, bu barədə kiber-təhlükəsizlik üzrə ekspert Samvel Martirosyan məlumat verib.
O, iddia edib ki, aksiya azərbaycanlı hakerlərə dəstək məqsədi daşıyıb. Nəticədə 7 erməni saytına haker hücumu təşkil edilib.Muxalifet - 7-08-2017
20 yaşlı Avropa çempionunun öldürülmə anı – Video/18+
Sərbəst güləş üzrə Avropa Çempionu Yuri Vlaskonun Baykal yaxınlığında öldürülmə anını əks etdirən görüntülər yayılıb.
Görüntülərdə bir qrup şəxsin güləşçi və onun məşqçisini vəhşicəsinə döyməsi əks olunub.
Məlumatlara görə, hadisə iyulun 29-da baş verib. Valskonun cəsədi istirahət üçün getdiyi Qoryaçinski rayonunun meşəsində tapılıb.
Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb./teleqraf.comMuxalifet - 7-08-2017
İsrail Mahmud Abbası girov saxlayır - Şok iddia
Fələstin Prezidenti Mahmud Abbas İsrail tərəfindən Ramallah şəhərində saxlanılır.
Bu iddia ilə “Yerusəlim post” qəzeti çıxış edib.
Sözügedən xəbərdə İsrailin Hərəmi-Şərifdə gərginliyi azaltmadığı üçün Mahmud Abbasın şəhərdən çıxışına icazə vermədiyi bildirilib.
İsrail hökuməti isə məsələ ilə bağlı verdiyi açıqlamada bütün ittihamları təkzib edib.Muxalifet - 7-08-2017
Keçmiş prezident türk firmasında işə düzəldi
Almaniyanın sabiq prezidenti Kristian Vulfun yeni iş yeri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Vulf aprel ayının sonundan etibarən “Yargıcı” adlı geyim firmasının Almaniyadakı filialında hüquq məsləhətçisi kimi fəaliyyət göstərir.
İldə 236 min avro təqaüd alan Vulfun işgüzar fəaliyyəti Sosial Demokrat Partiyası və Sol Partiyasından olan siyasətçilərin etirazına səbəb olub.
Kristian Vulf və onun həyat yoldaşı Bettina “Yargıcı” firmasının Hamburqdakı açılışında da iştirak ediblər.Muxalifet - 7-08-2017
Müğənnilərə Vergilər Nazirliyindən XƏBƏRDARLIQ!
Kameral yoxlama keçirilə bilər
“Təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaq”.
Bu barədə Vergilər Nazirliyinin müğənnilərə etdiyi xəbərdarlıqda deyilir.Muxalifet - 7-08-2017
Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı AÇIQLANDI
Kosta Rikanın Azərbaycanda səfirliyi açılıb
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Jairo López Bolañosu ilə görüşüb.
XİN-dən verilən məlumata görə, Jairo López Bolaños müvafiq təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq, bu ölkənin xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunu qarşı tərəfə təqdim edib.Muxalifet - 7-08-2017
Azərbaycanda ərzaq məhsulları 18% bahalaşıb
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Muxalifet - 7-08-2017
İmişlidə 81 yaşlı kişi özünü ASIB
İmişli rayonunda intihar cəhdi olub.
Hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1936-cı il təvəllüdlü Mirəliyev Cövdət Rüstəm oğlu özünü asıb. Yaxınları onu xilas edərək rayon xəstəxanasına çatdırıblar.
C. Mirəliyev koma vəziyyətində İmişli MRX-nin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2017
Sumqayıtda qadını öldürüb atıblar
Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.
Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir./apaMuxalifet - 7-08-2017
"Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür
Təhsil Nazirliyi fəaliyyəti dayandırılan “Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı məlumat açıqlayıb.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələri kimi, “Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir.Muxalifet - 7-08-2017
Sabiq azərbaycanlı nazirin bütün əmlakına həbs qoyuldu – UKRAYNADA
Prokurorluq onun daha bir ay elektron qolbağı geyinməsi və ölkədən xaricə çıxa bilməməsi barədə qərar qəbul edib
Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirovun dövlət qeydiyyatında olan bütün əmlakına həbs qoyulub.
Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Lısak bildirib.
Onun sözlərinə görə, R.Nəsirov artıq məhkəmə yolu ilə ABŞ-da müalicə olunmağa getmək imkanı axtarmır: “Məhkəmə iki dəfə müştərimin ABŞ-da müalicə olunmaq istəyi ilə bağlı müraciətinə rədd cavabı verib”.Muxalifet - 7-08-2017