Ağstafa sakini Kürdə boğulub

Ağstafa sakini Kür çayında boğulub.
 
Hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub. 
 Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.