Axtarış

The search found 105783 results in 0.019 seconds.

Search results

  1. Paralimpiya cüdo komandamız Avropa çempionatında 7 medal qazanıb

    Milli Paralimpiya Komitəsinin (MPK) cüdo idman növü üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında öz görüşlərini yekunlaşdırdılar.
     
     MPK-dan verilən xəbərə görə, komandanın bütün üzvləri  görüşlərini uğurla yekunlaşdırıblar. 
     Millimiz ümumi 4 qızıl (İlham Zəkiyev, Rövşən Səfərov, Vəliyeva Sevda və Hüseynova Xanım) 1 gümüş (Bayram Mustafayev) və 2 bürünc medal (Ramil Qasımov, Hüseyn Rəhimli və  Bayram Mustafayev) qazanıblar.

    Muxalifet - 5-08-2017

  2. Şirvanda avtomobil 38 yaşlı qadını vurub

    Şirvanda avtomobil yolu keçən qadını vurub.
     
    Şirvan şəhəri Rəsulzadə küçəsində “KİA” markalı avtomobil yolu keçən 1979-cu il təvəllüdlü  Əhmədova Qızxanım Rəncbər qızını vurub. Qadın sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
     Faktla bağlı Şirvan RPŞ-də araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  3. Tovuzda hamilə qadın ÖLÜB

    Tovuzda hamilə qadın ölüb.
     
    Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
    İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  4. Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini istəyir

    "Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".
     
    Bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidenti Həsən Ruhani bildirib.
     "Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.

    Muxalifet - 5-08-2017

  5. Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasına təyin olunub

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişiklik baş verib.
     
    Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
    Sərəncama əsasən, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub. N. Əmirov Vahid Axundovu əvəzləyib.

    Muxalifet - 5-08-2017

  6. Əli Həsənovun nəvəsinin ötüşdüyü dostu bəlli oldu - TƏFƏRRÜAT - FOTO

    Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın daha bir təfərrüatı bəlli olub. Primetime.az xəbər verir ki, sosial şəbəkədə ikinci maşının sürücüsü haqda məlumat yayılıb. Məlumatı Həbib Müntəzir adlı istifadəçi paylaşıb. O, Nail Allahverdiyevin Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin eks rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğlu, "Maqa" ləqəbli Məhəmməd İsmayılovla avtoşluq etdiyini bildirib.

    Muxalifet - 5-08-2017

  7. NAİLİN QƏZA ZAMANI GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO - VİDEO

    Sosial şəbəkələrdə Bakıda dəhşətli qəza törədərək 2 nəfərin ölümünə və 2 nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyevin görüntüləri yayılıb.
     
     PrimeTime.Az xəbər verir ki, görüntülərdə Nail Allahverdiyevin yaralı vəziyyətdə yerdə uzandığı görünür. Yayılan məlumata görə, hadisədən sonra o, şəhər xəstəxanalarından birinə yerləşdirilib, hazırda vəziyyəti ağırdır. Sözügedən foto və video görüntüləri sizlərə təqdim edir:

    Muxalifet - 5-08-2017

  8. “İqtidar qızıl ehtiyatı məsələsinə aydınlıq gətirməlidir” - Nemət Əliyev

    Azərbaycan özünün bütün qızıl ehtiyatını satıb. Bu xəbər cümə axşamı heç gözlənilmədən, buludsuz səmada göy gurultusu kimi yayıldı.
     
    Dünya Qızıl Şurasının məlumatına görə, bu, cari ilin fevralında baş verib və yarım il ərzində Azərbaycan son 18 ton qızıl ehtiyatını satıb və buna görə də rəsmi qızıl ehtiyatları üzrə dünya ölkələri reytinqində yer tutmayıb.

    Muxalifet - 5-08-2017

  9. Sumqayıtda yataqxanada partlayş: ölən və yaralananlar var

     Hadisə Sumqayıtın 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
     
    Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəıadə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.
    Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 5-08-2017

  10. ​ TƏHSİLDƏ ŞOK YEYİNTİ! – 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi aşkara çıxarıldı...

    Laçın rayon sakini, hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvvəqəti məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

    Muxalifet2 - 5-08-2017

  11. ​"TÜRKMƏNATOR" KİMDİR? - Berdımühəmmədovun hərəkətləri dünyanın diqqət mərkəzində...

    Türkmənistan prezidentinin hərbi bacarıqlarını nümayiş etdirdiyi video, sosial meŞəkil: 'Türkmənator' silahını doldururdiada geniş yayılsa da, populyarlığın səbəbi düşündüyümüz kimi deyil.
    Ölkənin müxalif internet səhifəsi Türkmənistan Xronikası, prezident Qurbanqulu Berdiməhəmmədovun atıcılıq bacarıqlarını nümayiş etdirdiyi və dövlət kanalında yayımlanan videosunu dəyişərək təqdim edib.
    Səhifə videonun əvvəlinə Arnold Schwarzenegger-n Commando filmindən bir hissə yerləşdirib.

    Muxalifet2 - 6-08-2017

  12. ​18 yaşlı oğlan bıçaqlandı - GORANBOYDA

    Goranboy sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü İsazadə Elvin Ömər oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 18 yaşlı oğlanın kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
    Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 6-08-2017

  13. ​Əsir terrorçudan şok açıqlama – İŞİD AVROPADA TERROR AKTLARINA NECƏ HAZIRLAŞIR?

    Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb.
    Muxalifet.az xəbər verir ki, APA-nın “Times”a istinadən verdiyi məlumata görə, məxfi qanad “Əl Kharsa” adlanır.   Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar.     

    Muxalifet2 - 6-08-2017

  14. ​140 MİN NƏFƏRİN QƏTLƏ YETİRİLDİYİ GÜN - 72 il əvvəl baş verən dəhşət

    Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.
    “RİA Novosti”nin verdiyi məlumata görə, şəhərin “Sülh Parkında” toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.
    Tədbirdə Yaponiyanın baş naziri Sindzo Abe, Xirosimanın meri Kadzumi Matsui və digər rəsmi şəxslər, ABŞ da daxil olmaqla 80-dən çox ölkənin diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

    Muxalifet2 - 6-08-2017

  15. ​Britaniya 40 mlrd. avro ödəməyə hazırdır - Aİ-dən ÇIXMAĞA GÖRƏ

    Avropa İttifaqının tərkibindən çıxmağa hazırlaşan Böyük Britaniya Aİ qarşısında üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmək üçün 40 mlrd. avro ödəməyə hazırdır.
    Bu barədə “Telegraph” nəşri hökumətdəki mənbələrinə istinadən xəbər verib.
    “Böyük Britaniya “Brexit”ə görə “hesab” üzrə Aİ-yə 36 mlrd. funt (təxminən 40 mlrd. avro) ödəməyə hazırdır. Hökumətdəki yüksək vəzifəli məmurlar bu təklifin danışıqlar prosesinin dirəndiyi dalandan yeganə çıxış yolu olduğu qənaətinə gəliblər”, - deyə nəşr qeyd edir.

    Muxalifet2 - 6-08-2017

  16. ​Dəhşətli qəzalarda 3 NƏFƏR ÖLDÜ – ZAQATALADA

    Zaqatalada baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
    Muxalifet.az "ARB TV"-yə istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında Azərbaycan prospetində qeydə alınıb. Şəhərin Azərbaycan prospektində qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini, 26 yaşlı Rəsul Ramazanovun idarə etdiyi "VAZ 2109" avtomobili rayon sakini 70 yaşlı Qulu Razıyevin idarə etdiyi "Vaz 2106" maşını ilə toqquşub.

    Muxalifet2 - 6-08-2017

  17. ​Məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu - MASALLIDA

    Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub.
    APA-nın verdiyi məlumata görə, qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.
    Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Fakt araşdırılır.

    Muxalifet2 - 6-08-2017

  18. İmişli sakini kanalda batıb

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub.
     
    FHN-nin saytınım verdiyi xəbərə görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək. 

    Muxalifet - 6-08-2017

  19. BMT Şimali Koreyaya qarşı qətnamə qəbul etdi – YENİ SANKSİYALAR

    BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edib. 
     

    Muxalifet - 6-08-2017

  20. Sumqayıtdakı yanğınla bağlı FHN-in məlumatı

    Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
     
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
    Qeyd edək ki, Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

    Muxalifet - 6-08-2017

Pages