Ukraynalı müğənni Estoniyada konsert zamanı ölüb

Məşhur ukraynalı musiqiçi və rəssam, “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Estoniyada festivalda çıxış zamanı ölüb.
 
“Ukrinform”-un verdiyi məlumata görə, , “Ivan Blues & Friends” qrupunun ilk konserti 31 dekabr 2007-ci ildə Kiyevdə “Rag-Time” barında keçirilib.
 Bundan sonra qrup müntəzəm olaraq Ukraynada klub və konsert zallarında çıxış etməyə başlayıb. “Ivan Blues & Friends” qrupunun solisti İvan Denisenko Ukraynada  görkəmli mədəniyyət xadimi, musiqiçi və rəssam kimi məşhurlaşıb.