Axtarış

The search found 105783 results in 0.021 seconds.

Search results

  1. Türkiyə vətəndaşının pulunu oğurlayan qadın tutuldu

    Bakıda Türkiyə vətəndaşının pulunu oğurlamaqda şübhəli bilinən qadın tutulub
     
    Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 18-də Türkiyə vətəndaşı Ümmet Yılmazın cibindən 44 manatını və 600 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəqsanə Zeynalova saxlanılıb.
    Faktla bağlı araşdırmalar davam etdirirlir.

    Muxalifet - 5-08-2017

  2. "Fitch"-dən Azərbaycana NEQATİV REYTİNQ

    "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.
     
    Reytinq üzrə proqnozlar neqativdir.
     Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də "BB+" səviyyəsində təsdiqlənib.

    Muxalifet - 5-08-2017

  3. Gəncə sakini iş yerində öldü

    Gəncə sakini işlədiyi sexdə dünyasını dəyişib.
     
    Hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən mebel sexində qeydə alınıb. Orada işləyən şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Hamlet Qara oğlunun halı pisləşib. Ona tibbi yardımın göstərilməsinə baxmayarq, həyatını xilas etmək mümkün olmayıb.
     H. Hüseynov ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  4. Tarixçi Oleq Kuznetsov ermənilərin şikayəti əsasında istintaqda dindirilib

    Ermənilərin Oleq Kuznetsovun monoqrafiyası ilə bağlı komitə rəhbəri Aleksandr Bastrikinin qəbulunda olduqları məlum olub
     
    Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi-alim Oleq Kuznetsov ermənilərin ona qarşı qaldırdığı iddia əsasında İstintaq Komitəsində dindirilib. Ermənilərin O. Kuznetsovla bağlı İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduğu məlum olub.

    Muxalifet - 5-08-2017

  5. “Qəza törədilən zaman Nail Allahverdiyev evdə olub” - ASTAN ŞAHVERDİYEV HƏMYERLİSİNİN MÜDAFİƏSİNƏ QALXDI

    Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev Baş nazirin müavini, həmyerlisi, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı “Ölkə.Az” xəbər portalına müsahibə verib.

    Muxalifet2 - 5-08-2017

  6. AXCP fəalı SAXLANILIB

    AXCP Yasamal rayon şöbəsinin fəalı, bloqer Üzeyir Abbasov polislər tərəfindən saxlanılıb.
     
     Bu barədə partiyadan məlumat veriblər. Məlumata görə, Üzeyir Abbasov özü bu barədə partiyanı məlumatlandırıb. O, Yasamal Rayonu Alatava yaşayış massivində yerləşən ata evində olarkən, polislər gələrək onu özlərilə aparıblar.

    Muxalifet - 5-08-2017

  7. ABŞ-ın yeni sanksiya qanununda Rusiya üçün “gec partlayacaq minalar”

    Azadlıq Radiosunun müxbiri Mike Eckel yazır ki, bu həftə prezident Tramp tərəfindən könülsüz imzalanmış qanunda Rusiya üzərinə qoyulmuş sanksiyalar möhkəmləndirilib və genişləndirilib, lakin bundan başqa bu sənəddə qanunun quru dili ilə gizlədilmiş çox mühüm bir məqam var.
     
    Bu məqam əslində, Moskva bundan sonra da özünü Vaşinqton istəyən kimi aparmasa, ona tətbiq oluna biləcək növbəti daha sərt addımlara işarə edir.

    Muxalifet - 5-08-2017

  8. DİN-dən “Gelandewagen”lə ötüşən “Mazda”nın sürücüsü haqda AÇIQLAMA

    İki gündür paytaxtda Bakıda "Gelandewagen” və "Mazda” avtomobillərinin iştirakı ilə baş vermiş dəhşətli qəza müzakirə mövzusuna çevrilib.
     
    Mətbuatda yayılan məlumatlara görə, 10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen”in sürücüsü baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev, "Mazda” markalı avtomobilin sürücüsü isə Səməd Heydərov olub.

    Muxalifet - 5-08-2017

  9. Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər... - Gizli biznesin QARA OYUNLARI

    İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub.  Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil.  Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

    Muxalifet - 5-08-2017

  10. Səfirlik avtomobili qəzaya düşdü – BAKIDA

    Bakıda səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
     
    Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus Sergey Xrianın idarə etdiyi “Skoda” markalı, 004 D 042 dövlət qeydiyyat nişanlı avtomobil Bakışəhər sakini Orxan Şirinovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 5-08-2017

  11. Bakıda ZİBİLXANA YANIR

    Bakı şəhəri, Binəqədi yolu, “Qəbələ” marketin yaxınlığında məişət tullantılarının toplandığı açıq ərazidə yanğın başlayıb.
     
     Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
     Bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
     Yanğının lokallaşdırılması istiqamətində iş aparılır. /apa

    Muxalifet - 5-08-2017

  12. Yeni dövlət qurumu yaradılır

    Azərbaycanda Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi qeydiyyata alınacaq.
     
    Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.
    Müfəttişlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində fəaliyyət göstərəcək.
    Qərara əsasən, yeni yaradılacaq qurumun nizamnamə fondu bir milyon manat, ştat tərkibi 62 nəfərdən ibarət olaraq müəyyən edilib.
    Nizamnamə fondunun formalaşdırılması dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.

    Muxalifet - 5-08-2017

  13. Abşeronda dəhşətli qəza - Ata və oğlu öldü/VİDEO

    Abşeronda dəhşətli yol qəzası baş verib.
     
    ARB TV xəbər verir ki, ailənin faciəsinə çevrilən hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Muxalifet - 5-08-2017

  14. ​Nail Allahverdiyevin qəzadan sonrakı görüntüsü – FOTO

    Xəbər verildiyi kimi, avqustun 4-də gecə saatlarında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman ağır qəza törədib.
    Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb.

    Muxalifet2 - 5-08-2017

  15. 26 yaşlı məhkəmə işçisi vəfat etdi - BAKIDA

    Xətai rayon Məhkəməsinin işçisi vəfat edib.
     
    Məhkəmənin dəftərxana işçisi və kuryeri Şıxəlizadə Kəmranbəy İlham oğlu dünən axşam 20:00 radələrində dünyasını dəyişib.
    Məhkəmədən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, 26 yaşlı K. Şıxəlizadə böyrək çatışmazlığından əziyyət çəkirmiş. Ona bir müddət əvvəl böyrək köçürülüb. Xəstəxanadan evə gəldikdən sonra isə dünən axşam saatlarında dünyasını dəyişib./bakipost

    Muxalifet - 5-08-2017

  16. ​ RUSİYANIN QAZ ŞANTAJININ SONU – “O, Moskvanın yırtıcı pəncəsinin altına atılmış olur”

     Böyük kimya komplekslərinin də daxil olduğu bir çox Polşa şirkətləri Rusiya qazından asılı qalıblar. Çünki sadə dillə ifadə etsək, onlar şərqdən gələn qaz kəmərinin son nöqtəsində durublar. Belə ki, Polşa geosiyası sarsıntılardan, Kremlin şıltaqlıqlarından və ya Almaniya ilə Rusiya arasında münasibətlərdəki dönüşlərdən əziyyət çəkməyə məhkum olub. İndi Donald Tramp “Şimal axını-2” layihəsi ilə əlaqədar olan sanksiyaları təsdiq etdikdən sonra, bütün bunların hamısı tarixə dönəcək.
     

    Muxalifet - 5-08-2017

  17. Eldar Mahmudov haqqında tükürpədici faktlar...

    Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında şok məlumatlar əldə etmişik. Belə ki, illər uzunu sahibkarlara qan udduran E.Mahmudov və ətrafındakı komandanın qanunsuzluğu ilə bağlı saytımıza müraciət edən mənbə, keçmiş nazirin 6 sahibkara necə divan tutması ilə bağlı maraqlı faktlar açıqlayıb.
    Mənbə “Sədərək” və “Binə” ticarət mərkəzlərində ticarətlə məşğul olan 6 şəxsin E.Mahmudovun göstərişi ilə qanunsuz yerə həbs edildiyi, onların hər birindən 50-100 min manat məbləğində pul alındıqdan sonra azad edildiyini bildirib:

    Muxalifet2 - 21-10-2015

  18. ABŞ-ın Rusiya sanksiyaları Ermənistanı da “vura” bilər

    ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya, Gürcüstana və Çernaqoriyaya səfərlərində prezident Donald Trampın müraciətini çatdırdı. O bildirdi ki, ABŞ Şərqi Avropada müttəfiqlərin yanındadır və onları “Rusiya təcavüzündən” müdafiə etməyə hazırdır.
     
    Məşhur Amerika politoloqu Pol Qobl Trampın müraciətinin həmçinin Ermənistana aid olduğunu hesab edir.
    “ABŞ zamanla Ermənistana Rusiya prizmasından baxacaqlar. Əgər İrəvan Moskvanı müdafiə edəcəksə, onda çətin ki, onun ABŞ-la münasibətləri genişlənəcək”, - Qobl “1in.am” saytı ilə söhbətində deyib.

    Muxalifet - 5-08-2017

  19. Sanksiyalar ləğv edilməyəcək – Rusiya səfiri

    Moskva Vaşinqtonun tələblərini yerinə yetirsə belə, ABŞ-ın Rusiyaya qarşı təyin etdiyi sanksiyaları ləğv etmək çətin olacaq.
     
    Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak danışıb.
    “Son zamanlar haqqında danışdığımız iqtisadi sanksiyalar elə konstruktiv hazırlanıb ki, ABŞ şərtlərində onu ləğv etmək çox asan olmayacaq. Hətta kimsə onların tələblərini yerinə yetirməyə qərar versə belə. Bütün mexanizm elə qurulub ki, ABŞ qanunları bizim ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafına imkan verməsin”, - Kislyak bildirib.

    Muxalifet - 5-08-2017

  20. Artilleriya atıcılarımız ikinci oldu - VİDEO

    "Dəniz Kuboku – 2017” müsabiqəsi çərçivəsində "Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.
     
    Müdafiə Nazirliyi xəbər verir ki, beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın "Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı layiq görülüb.
    Azərbaycanın "G-124” gözətçi gəmisinin ekipajı isə 48 xalla ikinci yerə sahib çıxıb.

    Muxalifet - 5-08-2017

Pages