Axtarış

The search found 105783 results in 0.012 seconds.

Search results

  1. ABŞ Ukraynaya öldürücü silahlar verəcək

    ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya təcavüzü ilə mübarizədə yardım etmək üçün Ukraynaya öldürücü silahların verilməsini tövsiyə edib.
     
    Bu haqda üç Amerika məmuruna istinadən NBC News yazıb.
    Məmurların sözlərinə görə, yardım paketinə “Javelin” tank əleyhinə raketlər daxildir. Raketlərin dəyəri təxminən 50 milyon dollar təşkil edir.
    Eyni zamanda mənbələr vurğulayıb ki, Ukraynaya silah verilməsi üzrə qəti qərar hələ qəbul edilməyib. Amma, onlar Pentaqonun bunu dəstəklədiyini əlavə ediblər.

    Muxalifet - 5-08-2017

  2. Jurnalist müxbirə hücum edən şəxsi duelə çağırdı

    Jurnalist Roman Çetin “NTV” telekanalının müxbiri Nikita Razvozjayevə hücum edən şəxsi təkbətək döyüşə çağırıb.
     
    Bu barədə jurnalist sosial şəbəkələrdəki hesablarında yazıb.
    “Sosial şəbəkələrdə mən həmin şəxsə müraciət edərək, onu duelə çağırdığımı və istənilən vaxt onunla döyüşməyə hazır olduğumu bildirmişəm. Lakin bu döyüş hardasa bağlı qapılar arxasında deyil, tamaşaçıların da izləyə biləcəyi xüsusi meydanda təşkil olunmalıdır. Onun seçəcəyi istənilən şəhərdə döyüşməyə hazıram”, - Çetin bildirib.

    Muxalifet - 5-08-2017

  3. Nazirdən Trampa sərt reaksiya: Heç kim...

    Donald Trampın prezidentliyi dövründə gizli məlumatların aşkara çıxarılması halları artıb.
     
    Bu sözləri ABŞ-ın Ədliyyə naziri Ceff Session jurnalistlərə açıqlamasında deyib.
    “Heç kim dövlətə məxsus gizli məlumatları sızdırmaq və bu işdə medianın günahlandırmaq haqqına sahib deyil. Hökumətimizin, dövlətimizin alt strukturlarını dağıdan gizli informasiyaların müəyyən dairələrə ötürülməsini şiddətlə qınayıram”, - nazir bildirib./axar.az

    Muxalifet - 5-08-2017

  4. Qadını zorlayıb pulunu apardılar — İMİŞLİDƏ DƏHŞƏT

    İmişli şəhərində dəhşətli hadisə baş verib.
     
    İmişli şəhəri Şıxlinski küçəsi ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir: avropa.info) 3 nəfər tərəfindən zorlanıb.
    Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər masqalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.
    Oğurluq məqsədi ilə evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.
    Faktı İmişli rayon polis idarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

    Muxalifet - 5-08-2017

  5. Putin Bakıya Surət Hüseynov, Ayaz Mütəllibov və Milli Şura vasitəsilə təzyiq edəcək – ŞOK İDDİALAR

    “Hazırda Qərb ölkələrində olan bəzi “mühacirlər” də Rusiyadan idarə olunurlar”; Elçin Mirzəbəyli: “Surət Hüseynovla Əli Kərimli arasında heç bir fərq yoxdur”
     
    Uzun müddətdir yoxa çıxan, heç bir media orqanına danışmayan keçmiş baş nazir Surət Hüseynovun qəfildən sosial şəbəkələrdə peyda olması, yerli mediaya müsahibə verməsi ciddi rezonans doğurub.

    Muxalifet2 - 5-08-2017

  6. MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİNDƏ QİYMƏT FIRILDAĞI? – FOTO

    Bakıda fəaliyyət göstərən "Rahat" marketlər şəbəkəsi müştəriyə qarşı qiymət fırıldağı edib.
     

    Muxalifet - 5-08-2017

  7. ​ NƏVƏNİN ƏMƏLİNƏ GÖRƏ BABA MƏSULİYYƏT DAŞIMIRMI? – Milyonluq maşın qarajını kim hədiyyə edib?

     Məmura bir şillə vurub qaçanı Kamçatkada tutub gətirən dövlət Əliyev prospektində qətl törədənləri cəzalandıra bilmirsə, daha necə qanunun aliliyindən, dövlətçilik iradəsindən danışmaq olar?
     
    “Galendevagen” qəzası xüsusunda əldə olan faktları soyuqqanlı şəkildə ağır-yüngül etmək gərəkdir. Əldə olan bunlardır:
    1. Paytaxtın ən gur, intensiv nəqliyyat axışı olan prospektində iki bahalı avtomobil ötüşmə yaraşı təşkil ediblər və biri qəzaya uğrayıb.

    Muxalifet - 5-08-2017

  8. ABŞ mətbuatı Trampın vergidən yayındığını iddia edir

     ABŞ prezidenti Donald Tramp və onun oğlu Erikin şirkətləri arasında 2 mənzilin satılması vergidən yayınma ilə bağlı şübhələr yarada bilər.
     
    RİA Novosti-nin verdiyi məlumata görə, bu haqda Washington Post nəşri xəbər verib.
    Real Deal jurnalı və Propublica qeyri-hökumət təşkilatının məlumatına görə, 2016-ci ilin aprel ayında ümumilikdə 700 min dollar təşkil edən 2 mənzil Donald Trampın şirkəti tərəfindən Erikin rəhbərlik etdiyi şirkətə satıb.

    Muxalifet - 5-08-2017

  9. “Gelandewagen"-in sükanı arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub” - DİN

    Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı cipin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.
     

    Muxalifet - 5-08-2017

  10. "Bu gün hakimiyyətdə əsas məqsəd köhnə komandanın sıradan çıxarılmasıdır" - MEHMAN ƏLİYEV

    Tanınmış siyasi ekspert: " Müxalifətin hansısa ciddi uğurlarınln olacağını gözləmirəm"
     
    Xeyli müddətdir mətbuatdan uzaq düşməsinin səbəbini işlərinin çoxluğu ilə izah edir. Deyir ki, rəhbərlik etdiyi komanda kiçik olduğundan 3-4 nəfər də məzuniyyətə gedəndə özünün daha çox işləməsi lazım gəlir. “Bütün bunlara görə də şəxsi işlərim kənarda qalır. Sonuncu dəfə analitik məqaləni ötən ayın sonlarında yazmışam. Bəzi hadisələr baş verdi, yaza bilmədim. Başqa tədqiqatlarım da var, onlar yarımçıq qalıb”.
     

    Muxalifet2 - 5-08-2017

  11. BMT-yə məxsus maşın piyadanı vurdu - BAKIDA

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyinə məxsus avtomobil yol-nəqliyyat hadisəsi törədib.
     
    Hadisə Zığ şössesində qeydə alınıb. Diplomatik nümayəndəliyə məxsus, Zahir Mikayılovun idarə etdiyi "Mitsubishi” markalı, 013 D 006 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada, 1994-cü il təvəllüdlü Aida Rzayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  12. Hacıqabulda “Mersedes” AŞIB – Yaralılar var

    Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     
    Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.
    Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Muxalifet - 5-08-2017

  13. Maşınların cərimə meydançası yanıb: avtomobillərə ziyan dəyib

    Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.
     
    Meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.
    Yanğın söndürülüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  14. ​ “Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi...” – İSGƏNDƏR HƏMİDOV

    “Surət Hüseynov ən böyük xaindir”

    Muxalifet2 - 5-08-2017

  15. Məcburi köçkün alkoqoldan zəhərlənərək ÖLÜB

    Bakıda 34 yaşlı kişi zəhərlənərək ölüb.
     
    Hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən məcburi köçkün düşərgəsində qeydə alınıb. Orada məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü İsmayılov Elcan Eldar oğlu alkoqol zəhərlənməsi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  16. TRAMPIN TVİTLƏRİ OLAN TUALET KAĞIZI SATIŞA ÇIXARILIB

    Cümə günü "Amazon" onlayn satış şirkətində ABŞ prezidenti Donald Trampın tvitləri yazılmış tualet kağızı satışa çıxarılıb.
     

    Muxalifet - 5-08-2017

  17. ABŞ-ın sanksiyaları Rusiya və İranı daha da yaxınlaşdırır

    Rusiya baş nazirinin müavini, hərbi müdafiə sənayesinin kuratoru Dmitri Roqozin Tehranda İranın müdafiə naziri ilə görüşəcək.
     
     “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Roqozinin yanında işləyən mənbə bildirib.
    Rusiya məmuru Tehranda Rusiya silahlarının İrana çatdırılmasını müzakirə edəcək. Mənbənin sözlərinə görə, Rusiya və İran hər iki ölkə barəsində ABŞ tərəfindən yeni sanksiyaların tətbiqindən sonra hərbi-texniki və texnologiya əməkdaşlığının gücləndirilməsi barədə razılaşıblar.

    Muxalifet - 5-08-2017

  18. "Azərbaycanı təhqir edənin gözünü çıxardarıq" - DEPUTAT

    Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya verib.
     
    O, bu barədə bildiriş yayaraq qəzetin irqçi əməlini sərt şəkildə qınayıb.
    Millət vəkili bildirib ki, Azərbaycanı təhqir edənlər öz cəzalarını alanadək məsələni diqqətdə saxlayacaq:

    Muxalifet - 5-08-2017

  19. Ayı 19 yaşlı işçini parçalayıb

    Hadisə baş verəndən sonra Orsa Rovdjurspark zooparkı bağlanılmışdı.
     
    İsveçdə ayı 19 yaşlı zoopark işçisini parçalayıb. Hadisə ölkənin mərkəzində yerləşən Orsa Rovdjurspark heyvanat bağında baş verib.
    İnsana hücum edən iki yaşlı ayı öldürüldüyü bildirilir.
    Məlumata əsasən təmizlik işləri aparan şəxsi parçalayan heyvan volyerə heç kimin xəbəri olmadan qazıdığı girişdən daxil olub.
    Hücuma məruz qalan şəxsin adı açıqlanmır.
    Hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  20. Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

    Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
     
    Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
    Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
    Belə ki, avqustun 4-də saat 23:00 radələrində Masallı rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.
    Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
    Masallı Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

Pages