Axtarış

The search found 105783 results in 0.024 seconds.

Search results

  1. Neymar “Barsa”dan niyə ayrıldı? - ATASINDAN AÇIQLAMA

     “Barselona”dan PSJ-yə transfer olan Neymarın atası Senyor Neymar oğlunun seçimininin səbəbini açıqlayıb.
     
    Braziliyalı hücumçunun həm də meneceri olan ata Neymar, oğlunun “Barselona”dan ayrılmasının əsas səbəbi kimi Kataloniya klubunda Lionel Messinin kölgəsində qalmasını göstərib:
    “Messi bir ulduzdu və həmişə ulduz olaraq qalacaq. Hamı Neymarı Messinin əvəzləyicisi kimi görürdü. O, artıq kiminsə kölgəsində qalmaq istəmirdi. Messidən ayrılmalı idi. Çünki o, “Barselona”da əsl idoldu”.

    Muxalifet - 6-08-2017

  2. PREZİDENT QIRICI SÜRDÜ - VİDEO

    Ukrayna prezidenti Petro Poroşenko rəsmi “feysbuk” səhifəsində qırıcı sürərkən çəkilən görüntüsü paylaşıb.
     
    Görüntülər prezidentin mətbuat xidməti tərəfindən “yutub”a da yerləşdirilib.
    Görüntülər prezidentin Hərbi Hava Qüvvələrini günü münasibəti ilə təşkil olunan mərasimdə lentə alınıb.

    Muxalifet - 6-08-2017

  3. 6 günlük körpəni quyuya atan nənə HƏBS OLUNDU - LƏNKƏRANDA

    Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib
     
    Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub.
    Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib.
    İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

    Muxalifet - 6-08-2017

  4. Şadlıq sarayında 10 nəfər keyfiyyətsiz qidadan zəhərləndi

    Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb
     
    10 nəfər şənlik iştirakçısında mədə pozğunluğu baş verib. Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.

    Muxalifet - 6-08-2017

  5. Keysəriyyə əməliyyatında ANA VƏ KÖRPƏSİ ÖLDÜ

    Qanaxması olan qadını keysəriyə əməliyyatı edilən zaman vəfat edib
     
    Tovuz rayonunda ana və bətinindəki uşaq əməliyyat zamanı ölüb.
    Ağstafa rayon Tatlı kənd sakini olan hamilə qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qanaxması olan qadını keysəriyə əməliyyatı edilən zaman dünyasını dəyişib. Məlumata görə, bətindəki ölmüş uşağı almaq üçün əməliyyat edilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 6-08-2017

  6. Bıçaqlı şəxs Eyfel qülləsinə çıxmağa cəhd edib

    Parisdə üzərində bıçaq olan şəxsin Eyfel qülləsinə çıxmasının qarşısı alınıb.
     
     “France Info” radoistansiyasına istinadən verdiyi məlumata görə, avqustun 5-də yerli vaxtla saat 23.30 radələrində bıçaqla silahlanmış kişi Eyfel qülləsi qarşısındakı polis nəzarət məntəqəsini keçməyə cəhd göstərib.
     Polis dərhal həmin şəxsi zərərsizləşdirib. Olaydan sonra Eyfel qülləsindəki ziyarətçilər evakuasiya edilib, polis və minaaxtaranlar qüllənin bütün mərtəbələrini yoxlayıb. Qüllədə hər hansı şübhəli əşya aşkarlanmayıb.

    Muxalifet - 6-08-2017

  7. 22 yaşlı gənc özünü bıçaqladı, SONRA ÜLGÜCLƏ DOĞRADI

    Polisin onun sakitləşdirmək istəyinə əsəbi halda reaksiya verib
     

    Muxalifet - 6-08-2017

  8. 25 yaşlı oğlan nişanlısını qaçırdı – İŞƏ POLİS QARIŞDI

    Bakıda qızı qaçırılan ata polisə müraciət edib.
     
    Kürdəmir rayon sakini, paytaxtın Qazolin küçəsində yaşayan 1967-ci il təvəllüdlü Mahir Kazımov (ad şərtidir) Polisə müraciət edərək bildirib ki, qızı 1994-cü il təvəllüdlü Jalə Kazımova nişanlısı tərəfindən qaçırılıb.
     50 yaşlı kişi qeyd edib ki, qızının nişanlısı olan paytaxt sakini, 1992-ci il təvəllüdlü Qulamov Səfa Akif oğlu axşam saatlarında onun evindən qızı qaçırıb. Gənclər evlənmək məqsədi ilə qoşulub gediblər.

    Muxalifet - 6-08-2017

  9. Bakıda əxlaqsız qadın əcnəbi kişini soydu

    Bakıda əcnəbi ölkə vətəndaşının pulu və əşyaları oğurlanıb.
     
    İrlandiya vətəndaşı, 1980-ci il təvəllüdlü Ceyms Entoni polisə müraciət edərək bildirib ki, tanımadığı qadın onun 300 manat pulunu, noutbukunu və mobil telefonunu oğurlayıb. Şikayətçinin sözlərinə görə, bir neçə gün əvvəl paytaxtda bir qadınla tanış olub və daha sonra həmin qadını şəhərdən bir qədər kənarda – Şıxovda yerləşən “Green City”yə aparıb. Burada onlar cinsi əlaqədə olub və Ceym Entoni hamamda olarkən həmin qadın pulu və qiymətli əşyaları götürərək aradan çıxıb.

    Muxalifet - 6-08-2017

  10. 22 yaşlı qız özünü öldürmək istədi – İNTİHARA CƏHD

    Bakıda gənc qız intihara cəhd edib.
     
    Nəsimi rayon sakini, 20 yaşlı Böyükkişiyeva Ülviyyə Ümidvar qızı özünü zəhərləyib. Kimyəvi məhlul içən qız Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
    Bildirilir ki, intihara cəhd edən qız epilepsiya xəstəsidir./lent.az

    Muxalifet - 6-08-2017

  11. Azərbaycanlı qadının meyiti tapıldı - TÜRKİYƏDƏ

    Türkiyənin Düzcə vilayətinin Yığlıca qəsəbəsinə bağlı Hocatman kəndində yaşayan Azərbaycan vətəndaşı qadın evində ölü tapılıb.
     
    virtualaz.org xəbər verir ki, Azərbaycan vətəndaşı, 67 yaşlı Sümbül İlğınin evinə gələn qonşuları onun qapını açmadığından şübhələniblər. İçəri girən qonşular qadının yerə uzanmış vəziyyətdə olduğunu görüblər və onun öldüyünü müəyyən ediblər. Jandarma hadisə yerini müayinə etdikdən sonra qadının cəsədi Düzcə xəstəxanasının morquna aparılıb.

    Muxalifet - 6-08-2017

  12. Rusiya və Türkiyə XİN başçıları görüşəcək

    Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
     
    Bu barədə TASS agentliyi Manilada Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN) tədbirində iştirak edən Rusiya nümayəndə heyətinə istinadən məlumat yayıb.
     Görüşün bu gün keçirilməsi planlaşdırılır.

    Muxalifet - 6-08-2017

  13. ​Ağalarovun şərikinin qətli ilə bağlı YENİ VERSİYALAR - “Kiməsə bərk mane olurmuş...”

    Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Krokus Siti Okeanarium”un həmtəsisçisi və baş direktoru Andrey Çernovun güllələnməsinin mümkün motivləri üzərində baş sındırır.

    Muxalifet2 - 6-08-2017

  14. ​Müflisləşmiş iş adamı Bakıdakı bağ evlərini kirayə bazarına çıxardı – AYI 10 MİN MANATA

    Yay mövsümünün başa çatmasına 1 aydan da az qaldı. İstirahət üçün avqustu gözləyənlərin seçim imkanı daralıb - bölgələrdəki istirahət mərkəzlərində yerlər dolub. Son ümid Bakı kəndlərinədir – burada kirayə verilən bağ evləri çoxdur, amma mövsümün sonu olduğundan qiymətlər qalxıb.

    Muxalifet2 - 6-08-2017

  15. ​ Məişət tullantıları yığan işçi dərəyə yıxılaraq ölüb - GÖYGÖLDƏ

    Göygöldə ölüm hadisəsi baş verib.
     
    Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz olu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
     N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.
     Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır./apa

    Muxalifet - 6-08-2017

  16. Ərdoğan yeni hərbi əməliyyatların anonsunu verdi

    Firat Qalxanı Hərəkatı ilə Suriyadakı terror layihəsinin ürəyinə vurduğumuz xəncəri, yeni hücumlarla genişləndirməkdə qərarlıyıq. Çox yaxın günlərdə bu mövzuda yeni və əhəmiyyətli addımlarımız olacaq.
     
    Bunu Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Malatya Bələdiyyəsi binasının önündə təşkil edilən mitinqdə çıxışı zamanı deyib.
    Suriyada baş verənlərə toxunan prezident bildirib ki, Suriyadakı məsələ bir terror təşkilatı ilə mübarizənin sərhədindən kənara çıxır:

    Muxalifet - 6-08-2017

  17. Trampın Türkiyə əlaqələri – Xüsusi prokuror bunu da araşdırır

    Amerikada Prezident Donald Trampın və komandasının Rusiya ilə bağlı mümkün əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller Türkiyəni bu prosesdən kənarda saxlamayıb.
     
    "Nyu York Tayms" qəzeti xüsusi prokurorun Tramp komandasının keçmiş üzvünün Türkiyə ilə əlaqələrini də araşdırmağa başladığını yazıb.
    Xəbərə görə, Robert Müller Ağ-Evdə prezidentin milli təhlükəsizlik müşaviri işləmiş və sonradan Rusiya ilə əlaqələri səbəbindən istefaya getmiş general Flinin Türkiyə hökuməti ilə əlaqələrini araşdırır.

    Muxalifet - 6-08-2017

  18. “Heroin doktoru” ləqəbli NARKOBARON TUTULDU

    İstanbul Polisinin Narkotik Cinayətlərlə Mübarizə dəstələri, son 1 həftədə 2 əməliyyatla 1 ton heroin və 500 kiloqram marixuana ələ keçiriblər.
     

    Muxalifet - 6-08-2017

  19. Kanalda boğulan gəncin qohumları Bakı-Qazax yolunu bağladılar - FOTOLAR

    Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.
     
    Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.
    Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.

    Muxalifet - 6-08-2017

  20. Göygöldə yol idarəsinin əməkdaşı iş zamanı yıxılaraq ölüb

    Ehtiyatsızlıqdan arxa yıxılaraq ağır kəllə beyin travması alıb
     
    Yıxılaraq ağır xəsarət alan Göygöl rayon Yol İstismar idarəsinin işçisi xəstəxanada ölüb.
    Göygöl rayon sakini, 1954-cü il təvəllüdlü Haıcyev Nürəddin Novruz oğlu iş zamanı ehtiyatsızlıqdan arxa yıxılaraq ağır kəllə beyin travması alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən N. Hacıyev orada ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 6-08-2017

Pages