Axtarış
The search found 105779 results in 0.013 seconds.
Search results
Misirin fələstinlilərə xəyanət planı üzə çıxdı
İsrail Misirə Sinay yarımadasındakı bəzi bölgələri almaq üçün yüksək miqdarda pul təklif edib.
Bu barədə “Yeni Ərəb” internet saytı məlumat yayıb.
Qəzzanın işğalını hədəfləyən İsrail-Misir tandeminin yeni planı üzə çıxıb. Plana əsasən, İsrail rəhbərliyi Misirdə iqtisadiyyatın zəifləməsindən istifadə edərək, Sinay yarımadasının bəzi bölgələrini alacaq və fələstinliləri bu torpaqlara sürgün edəcək.Muxalifet - 7-08-2017
Qarabağ məsələsi yenidən BMT-də
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.
Gündəliyin hələlik son versiyası təsdiqlənməyib.
Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.Muxalifet - 7-08-2017
Müxalifət partiyalarının növbəti görüşü olacaq
"Müxalifət partiyalarının növbəti görüşü ilə bağlı məsləhətləşmələr davam edir".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
O xatırladıb ki, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı Qarabağ Forumunun keçirilməsi məqsədi ilə belə görüşlərin təşkil edilməsi ideyasını irəli sürüb: "Artıq bir görüş keçirilib, növbəti görüşlərin keçirilməsi də mümkün olarsa, prosesin perspektivi barədə danışmaq olar".Muxalifet - 7-08-2017
Ağsuda 70 yaşlı kişini canavar parçalayıb
Ağsu rayonunda yaşlı kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.
Hadisə ötən gecə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb. Həsrət Qurbanov mal-qaraya hücum edən canavarı həyətindən qovmaq istəyərkən vəhşi heyvan onu parçalayıb.
70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.Muxalifet - 7-08-2017
"Nail Allahverdiyev Məhkəmədə iştirak edib" - VƏKİL
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib.
Bu barədə təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib.
S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apellyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.Muxalifet - 7-08-2017
Qurban Məmmədlinin anası üçün XEYRİYYƏ aksiyası keçiriləcək
Avqustun 11-dən 13-dək Park Bulvarın II mərtəbəsində “Anaları xilas edək” adlı xeyriyyə aksiyası keçiriləcək.
Kulis.az-ın məlumatına görə aksiyadan yığılan vəsait səyyar kitab satıcısı Qurban Məmmədlinin anasının müalicəsinə sərf ediləcək.
Xeyriyyə aksiyasında kitabla yanaşı qadın, kişi, uşaq geyimləri, məişət və digər əşyalar satışa çıxarılacaq. Satılan məhsulların qiyməti kifayət qədər münasib olacaq.
Xatırladaq ki, Qurban Məmmədli Bakı küçələrində səyyar kitab satıcılığı ilə məşğul olur. Onun anası xərçəng xəstəliyindən əziyyət çəkir.Muxalifet - 7-08-2017
Nailin vurduğu türk vətəndaşlarının durumu AĞIRDIR – XƏSTƏXANADAN AÇIQLAMA
Heydər Əliyev prospektində baş verən dəhşətli qəzada yaralanan Türkiyə vətəndaşlarının vəziyyəti ağır olaraq qalır.
Muxalifet - 7-08-2017
“Ağıllı küçə”: insanlar gəzərkən elektrik istehsal olunur - FOTOLAR
İngiltərənin paytaxtı Londonda qurulan “ağıllı küçə”də insanlar gəzərkən yerdəki xüsusi döşəmə elektrik istehsal edir.
Dünyanın ilk “ağıllı küçə”si Londondakı Oksford prospektində yerləşir.
Beş yüz min funt-sterlinqə başa gələn, “yaşıl enerji” konsepsiyası əsasında hazırlanan və xüsusi örtüklə üzlənmiş qurğudan alınan elektrikdən küçənin gecə işıqlandırılmasında istifadə edilir. Bu isə, eyni zamanda, ərazidə yerləşən mağazalarda qiymətlərin aşağı düşməsinə də səbəb olub.(publika)Muxalifet2 - 7-08-2017
Qarabağdan gələn terrorçular sərhədimizə yerləşir – AZƏRBAYCANA QARŞI XAİN PLAN
PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb.
Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.Muxalifet2 - 7-08-2017
Yol polisindən HAVA XƏBƏRDARLIĞI
Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir:Muxalifet2 - 7-08-2017
Biləsuvarda kanalda meyit tapılıb
Biləsuvar rayonu ərazisində kanalda meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Meyiti tapılan şəxsin avqustun 5-də İmişli rayonunun Çaxırlı kəndində kanalda çimərkən batdığı bildirilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğlu olduğu ehtimal edilir.
Əlavə məlumat veriləcək.Muxalifet - 7-08-2017
Azərbaycanda artan cinayətlərin SƏBƏBİ ORTAYA ÇIXDI - Dəhşətə gələcəyiniz MƏQAMLAR
Son günlər Azərbaycanda baş verən cinayət hallarının ardı-arası kəsilmir. Azğınlaşmış cinayətkarların qurbanları isə çox zaman azyaşlılar olur. Bu hal ən çox gənc valideynləri təşvişə salır. Artıq övladlarımız üzərində nəzarəti daha sərt həddə çatdırmaq, pedofil xəstələrin tələsindən qorumaq məcburiyyətindəyik.
Publika.az cəmiyyətimizə yad olan bu cür vəhşi cinayətlərin səbəbini araşdırmaq məqsədilə həkim-dietoloq Leyla Zülfüqarovaya müraciət etdi.Muxalifet2 - 7-08-2017
Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu
Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasındakı soyuq müharibə yenidən alovlanıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib.Muxalifet - 7-08-2017
Astan Şahverdiyev Əli Həsənova görə niyə özünü söydürür? - Təfərrüat
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi və cəmiyyətdə rezonans doğuran qəzadan sonra gündəmə gələn şəxslərdən biri də Milli Məclisin deputatı Astan Şahverdiyevdir.
Muxalifet - 7-08-2017
Brüssel “Breksit”in Avropa İttifaqına zərərini açıqladı
Böyük Britaniyanın çıxışı Avropa İttifaqının büdcəsini 12 milyard avrodan məhrum edəcək.
Bu haqda Almaniyanın “Bild” nəşrinə Avropa İttifaqı Komissiyasının büdcə üzrə komissarı Günter Ettinger deyib.
Onun sözlərinə görə, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra digər üzv ölkələr qurumun büdcəsinə daha yüksək məbləğ ödəməli olacaqlar.Muxalifet2 - 7-08-2017
ABŞ bu ölkəni Rusiya ilə müharibəyə hazırlayır - MOSKVADAN ŞOK İDDİA
ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb.
Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır.
Hərbi baza “Dnestryanı Moldova Respublikası”nın “paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.Muxalifet2 - 7-08-2017
Bu torpaqlar İsrailə satılacaq - Gizli sövdələşmənin DETALLARI
İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib.
Bu haqda “The New Arab” internet saytı yazıb.
Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin “Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə “The New Arab” tərəfindən dərc edilib.
“El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.Muxalifet2 - 7-08-2017
İtaliyada qaçırılıb hərracda “satışa çıxarılan” model xilas edildi
İtaliyanın Milan şəhərində qaçırılıb hərrac saytında "satışa çıxarılan" britaniyalı model xilas edilərək ölkəsinə qayıdıb.
Altı gün ərzində qaçırılaraq saxlanılan 20 yaşlı modelin adı Chloe Ayling olduğu açıqlanıb.
İtaliya hüquq-mühafizə orqanları Ayling-in bir şəkil çəkilişi üçün Milan-a getdiyini və 11 iyulda iki nəfərin hücumuna məruz qalaraq qaçırıldığını açıqlayıb.
Ayling qaçırıldıqdan sonra onun bir internet saytında "satışa çıxarldığı" müəyyən edilib.Muxalifet - 7-08-2017
YAP-dan məmurlara çağırış – “AİLƏ ÜZVLƏRİNİZƏ NƏZARƏT EDİN”
Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.
YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi.Muxalifet2 - 7-08-2017
Necə oldu ki, Rusiya və Çin KXDR əleyhinə BMT qətnaməsinə səs verdilər?
Rusiya və Çinin Şimali Koreyaya dair qətnaməni dəstəkləməsi təəccüb yaradıb
"The Guardian" qəzetində təhlilçi-jurnalist Mary Dejevsky BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair qətnaməsinin yekdilliklə qəbulundan təəccübünü gizlədə bilmir.
Necə oldu ki, Şimali Koreya üzərinə, kömür, dəmir filizi və qurğuşun ixracının qadağanı da daxil, ağır cəzalar qoyan 2371 nömrəli qətnaməni Rusiya və Çin də dəstəklədilər?Muxalifet - 7-08-2017