Axtarış

The search found 105779 results in 0.107 seconds.

Search results

  1. Boksçularımız Belarusda 5 medal qazanıblar

    Medallardan 1-nin əyarı gümüş, digərləri bürüncdür
     
    Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 5 medal qazanıblar.
    15 ölkədən 100-dən çox kişi və qadın boksçunun qüvvəsini sınadığı yarışda Pərviz Bağırov (69 kq) gümüş, Umud Rüstəmov (56 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) isə bürünc medala yiyələniblər.
    Qeyd edək ki, Fuad Aslanov turnirdə Azərbaycanı hakim kimi təmsil edib.

    Muxalifet - 7-08-2017

  2. Təcili yardıma müraciət edənlərin sayı 30 mindən çox artıb

    Uşaqlar üçün edilən çağırışların sayı 36 500-dən çox olub
     
    Bu ilin 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 000-dən çox müraciət daxil olub.
    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il müraciətlərin sayı 30 000-dən çox artıb.
    Bu il üçün stansiyaya daxil olan müraciətlər əsasında 31 800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

    Muxalifet - 7-08-2017

  3. Əli Həsənovun nəvəsi Nail Allahverdiyev HƏBS EDİLDİ

    Onun barəsində həbs qətimkan tədbiri seçilib
     
    Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Galendewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.
    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
    Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

    Muxalifet - 7-08-2017

  4. Bakıda 36 yaşlı kişi özünü ASIB

    Bakıda intihar hadisəsi baş verib.
     
    Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, Yeni Suraxanı, Zərdabi küçəsi ev 1-də yaşayan 36 yaşlı Qrozniy Aleksey Viktoroviç yaşadığı evin girin qapısından özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
     Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

    Muxalifet - 7-08-2017

  5. DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib

    Avqustun 5-i Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
     
    DSX-dan verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nın rəisi, gеnеral - polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

    Muxalifet - 7-08-2017

  6. Keçmiş MTN polkovnikinə hökm oxundu

    Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
     
    Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, M. Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
     Qeyd edək ki, ötən iclasda prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet - 7-08-2017

  7. Bakıda yeniyetmə qardaşlar İTKİN DÜŞÜB

    Bakı şəhərində 2 yeniyetmə itkin düşüb.
     
    Paytaxtın Suraxanı rayon sakini Mais İsmayılov polisə ərizə ilə müraciət edərək övladları – 17 yaşlı Rəşad və 14 yaşlı Seymurun avqustun 5-də itkin düşmələri barədə məlumat verib.
     Daxil olan ərizə əsasında axtarışlara başlanıb.

    Muxalifet - 7-08-2017

  8. Ağdam sakinini ilan VURUB

    Ağdam sakinini ilan sancıb.
     
    Hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəhimov Rəşad Allahverdi oğlu sahədə ot bağlayarkən ilan onu ayağından sancıb. Yaxınları R.Rəhimovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
    Ona ilkin tibbi yardım göstərilib,  zərdab vurularaq reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet - 7-08-2017

  9. Əli Həsənovun nəvəsinin maşın kolleksiyası - FOTOLAR

    Azərbaycan ictimaiyyətinin, mediasının gündəmini bir həftədir ki, Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Gelandewagen” markalı avtomobillə törətdiyi qəza məşğul edib.
     
    BakuPost.az xəbər verir ki, Əli Həsənovun nəvəsinin avtomobildə olması əvvəlcə gizlədilməyə çalışılsa da, sonradan DİN-in yaydığı məlumatlar bu iddianı alt-üst etdi və rəsmi qurumlar tərəfindən bildirildi ki, sözgedən qəza ilə bağlı cavabdeh şəxslərin hər biri məsuliyyətə cəlb olunub. Nail Allahverdiyevin həbs olunması haqda informasiya yayıldı.

    Muxalifet - 7-08-2017

  10. BEYNƏLXALQ BANK ÜÇÜN AYRILMIŞ 15 MİLYARD BATA BİLƏR- Bədbin proqnoz

     Manatın devalvasiyanın düzgün şəkildə aparılmaması hələ də Azərbaycan iqtisadiyyatına təsirini göstərməkdədir. Gununsesi.info bildirir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
    Agentliyin mütəxəssisləri hesab edir ki, Azərbaycanda aparılan pul-kredit siyasəti MDB-nin digər neft istehsalçısı olan ölkələrlə müqayisədə zəifdir.
    “Fitch” qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası dövlət bankının reputasiyasına xələl gətirib və onun sağlamlaşdırılması üçün yetərli olmaya bilər.

    Muxalifet - 7-08-2017

  11. İki uşaq dənizdə boğuldu

     İki uşaq dənizdə batıb.
     
    Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Sultan Ələkbərov və 2009-cu il təvəllüdlü Nihad Məmmədov dənizdə çimərkən boğularaq ölüblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 7-08-2017

  12. Ərdoğandan FETÖ təlimatı: "Araşdırılsın!"

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasına (AKP) FETÖ-nun xarici əlaqələrinin araşdırılması üçün təlimat verib.
     
    Bu barədə məlumatı Türkiyənin “Hürriyyət” qəzeti yayıb.
    Qəzet Ərdoğanın FETÖ-nun xarici əlaqələrinin ortaya çıxarılması haqda partiyadan hesabat istədiyini bildirib.
    O, Türkiyə Silahlı Qüvvələrinə, kəşfiyyat orqanlarına FETÖ ilə əlaqəsi olan imamların hansı ölkədə, hansı təşkilatla əməkdaşlıq etmələrinin araşdırılması və Türkiyə xalqına təqdim olunması haqda göstəriş verib.

    Muxalifet - 7-08-2017

  13. Əli Həsənovun nəvəsi Nail Allahverdiyev haqda hüquq-mühafizə orqanlarından sərt açıqlama

    Avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Galendevagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.
     
    Məsələ ilə bağlı Daxili işlər nazirliyi rəsmi məlumat yayıb.
    Artıq xəbər verildiyi kimi, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.

    Muxalifet - 7-08-2017

  14. Naxçıvan əhalisinin sayı ARTIB

    Bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub
     
    Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 450 min nəfəri ötüb.
    Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayının 4-də muxtar respublikanın 450 mininci sakini doğulub.
    Məlumata görə, son illər əhali artımında miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4 min 200 nəfər artaraq 1 iyun tarixə 450 min 400 nəfəri ötüb.

    Muxalifet - 7-08-2017

  15. Baldızının 9 yaşlı qızına təcavüz etdi - Bakıda

    Bu gün Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib.
     
    "Qafqazinfo” xəbər verir ki, qadın hadisənin iyulun 17-də yaşadığı evdə baş verdiyini bildirib.
    Belə ki, bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) 2008-ci il təvəllüdlü qızı Ayselə (ad şərtidir) təcavüz edib.
    Azyaşlı tibbi ekspertizaya göndərilib.

    Muxalifet - 7-08-2017

  16. Bakıda elektrik yarımstansiyası yanır — VİDEO

    Abşeron rayonunun Hökməli qəsəbəsində elektrik yarımstansiyasında yanğın çıxıb.
     
     “Ölkə.Az”-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğının səbəbləri hələlik məlum deyil.

    Muxalifet - 7-08-2017

  17. Türkiyə narkotik olan gəmiyə basqın etdi

    Türkiyə polisi Mersin dəniz limanına yan alan Liberiya bayrağı ilə üzən gəmiyə basqın edib.
     
    Basqın zamanı gəmidən dəyəri 24,5 milyon TL (12 milyon AZN) olan 122,685 kiloqram kokain aşkar edilib.
    Gəmi heyətinin saxlanıldığı bildirilib.
    Faktla bağlı araşdırmalara başlanıb.

    Muxalifet - 7-08-2017

  18. 25 minlik ordu ƏMR GÖZLƏYİR

    Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır.
     
    Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

    Muxalifet - 7-08-2017

  19. ABŞ Rusiyaya cavab hazırlayır – Diplomat qalmaqalı

    ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir.
     
     “Assoşieyted Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
    Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib.

    Muxalifet - 7-08-2017

  20. İŞİD terrorçusu Türkiyəyə necə girdiklərini söylədi

    İŞİD terror təşkilatı bayram günlərində Suriyaya gediş-gəlişin sıxlığından faydalanaraq üzvlərini saxta sənədlərlə Türkiyəyə salır.
     
    Bu sözləri Türkiyənin Təkirdağ vilayətində tutulan İŞİD terrorçusu ölkəyə necə daxil olduqları haqda açıqlamasında deyib.
    O bildirib ki, son dövrlərdə Türkiyəyə İŞİD terror təşkilatının üzvlərinin daxil olması çətinləşib. Terrorçular 700 dollara saxta vəsiqə əldə etməklə Türkiyəyə daxil olub burada öz qanlı əməllərini törətməyə cəhd edilər./axar.az

    Muxalifet - 7-08-2017

Pages