Axtarış
The search found 105779 results in 0.081 seconds.
Search results
Biləsuvarda avtomobil piyadanı vurub: SÜRÜCÜ QAÇIB
Əziz Adıyevin vəziyyətinin ağır olduğu bildirilir
Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhərin Nizami küçəsində yaşayan 1938-ci il təvəllüdlü Adıyev Əziz Əsgər oğlu yolu keçmək istəyən zaman sürücüsü hələlik müəyyən edilməmiş avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Muxalifet - 6-08-2017
2 yaşlı körpə 2-ci mərtəbədən yıxılıb – BAKIDA
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir
Bakıda körpə beşmərtəbəli binadan yıxılıb.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.
O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Muxalifet - 7-08-2017
Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub
Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub.
Hadisə Suraxanı, Nizami və Sabunçu rayonlarında qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ələkbərov Canpolad Baba oğlunu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb.
İkinci hadisə "8-ci kilometr bazarı"nın qarşısında baş verib. Avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Etibarova İnar Sədrəddin qızını minik avtomobili vurub. O, ağır xəsarət alıb.Muxalifet - 7-08-2017
Velosipedçi avtomobilə çırpılıb: yeniyetmə ağır xəsarət alıb
Abşeron rayonunda velosipedlə avtomobilə çırpılan yeniyetmə ağır xəsarət alıb.
Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, 12 yaşlı Murad Əsgərov idarə etdiyi velosipedlə hərəkətdə olan minik avtomobilinə çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-08-2017
Yol polisi xəstə sərnişini ölümdən xilas edib - FOTO
Tofiq Ağayevin həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb
Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib.
Hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, yol patrul xidmətinin 5-ci tağımın əməkdaşları keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə xidmət göstərən zaman "BMW" markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib.Muxalifet - 7-08-2017
Ağsuda canavarlar kəndə hücum edib
Hadisə zamanı 2 nəfər xəsarət alıb
Ağsu rayonunda canavarlar sakinlərlə hücüm edib.
Hadisə ötən gün axsam saatlarında rayonun Padar kəndində baş verib.
Yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri - Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Agsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Göyçayda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardımdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.Muxalifet - 7-08-2017
33 yaşlı Bakı sakini BIÇAQLANDI
Bakı sakini dava zamanı bıçaqlanıb
Bakı sakini dava zamanı bıçaqlanıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Bünyadzadə küçəsi dalan 1 ev 50 ünvanında 1984-cü il təvəllüdlü Əliyev Arif Akif oğlu tanıdığı şəxslə dava edib. Dava zamanı o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 7-08-2017
Hərbçilər prezidentə qarşı üsyan qaldırdılar - VENESUELADA
Qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir
Venesuelada bir qrup hərbçi prezident Nikolas Maduro əleyhinə üsyan qaldırdığını elan edib.
Bu barədə "El Nacional" hərbçilərin sosial şəbəkədə yayılmış videogörüntülərinə istinadən xəbər verib.
Bildirilir ki, qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir. O, qeyd edib ki, hərbçilər Nikolas Maduronun "öldürücü zülmünə" qarşı qanuni üsyan qaldırıblar.Muxalifet - 7-08-2017
Başqırdıstanda yanğın: 9 nəfər həlak olub
Hadisə yerində təhqiqat komissiyası işləyir və yanğının səbəbləri araşdırılır
Başqırdıstanın Birsk rayonunda, yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla, 9 nəfər ölüb.
"RİA Novosti" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional mətbuat xidmətinin rəhbəri Yelena Mavlyutova məlumat yayıb.
Onun sözlərinə görə, yanğın hadisəsi bazar ertəsinə keçən gecə Birsk rayonunun kəndlərindən birindəki evdə qeydə alınıb.Muxalifet - 7-08-2017
Polis xəstəxanada iki nəfəri öldürüb - FRANSADA
O, hadisədən sonra özünə qəsd edib
Fransanın Tulon şəhəri polisinin kriminal şöbəsinin qısqanc əməkdaşı xəstəxanada arvadının sevgilisi də daxil olmaqla, iki nəfəri öldürüb.
Bu barədə "Parisien" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə bazar günü gecə baş verib. Nəşrin məlumatına görə, polis əməkdaşı xəstəxanada olub, lakin onun üstündə xidməti silah olub. O, hadisədən sonra özünə qəsd edib.
Polis əməkdaşının həyat yoldaşı hadisə həmin yerdə olmayıb.Muxalifet - 7-08-2017
Bakıda avtomobil piyadanı vuraraq QAÇIB - VIDEO
Gecə saatlarında Bakıda piyadanı avtomobil vurub.
Hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib.
Paytaxt sakini, 1959-cu il təvəllüdlü Tağıyev Allahverdi Səməd oğlu yolun qarşı tərəfinə keçmək istəyən zaman onu "Mercedes" markalı minik maşını vurub. Ağır xəsarət almış A.Tağıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu deyilir.Muxalifet - 7-08-2017
Koreya XİN rəhbərləri görüşdü
Filippinin paytaxtı Manilada KXDR və Cənubi Koreya XİN rəhbərlərinin görüşü baş tutub.
“Gazeta.ru”-nun verdiyi xəbərə görə, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilib.
Məlumata əsasən, qısa görüş zamanı Cənubi Koreyanın xarici işlər naziri Kan Qon Kvan həmkarına iki ölkə arasında danışıqlara başlamağa təklif edib. Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo təklifi qeyri-səmimi adlandıraraq rədd edib. Rəsmi Seul görüşlə əlaqədar hələ ki, rəsmi açıqlama, verməyib.Muxalifet - 7-08-2017
Bakıda “Sabunçu bazarı”nda yanğın olub - VIDEO
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.
Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb./apaMuxalifet - 7-08-2017
Türkiyə Superkubokunun qalibi BƏLLİ OLDU - VIDEO
Türkiyə Superkubokunun qalibi bəlli olub.
Həlledici matçda çempion "Beşiktaş" ölkə kubokunun qalibi "Konyaspor"la qarşılaşıb.
Samsunda baş tutan matç “Konyaspor” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, konyalılar tarixdə ilk dəfə Türkiyə Superkubokunun qalibi olublar.
“Beşiktaş” – “Konyaspor” 1:2
Qollar: Tosun (77); Traore (33), Skubiç (90+1).
Apa.azMuxalifet - 7-08-2017
Saakaşvili Avropanı dolaşacaq – SƏNƏDSİZ - VİDEO
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili Polşaya gəlib.
O, burada Avropa ölkələrinə səyahət edəcək.
Saakaşvilinin sənədsiz formada Polşaya gəlməsi dünya mediasının gündəmini zəbt edib.
Polşada jurnalistlər qarşısına çıxan Saakaşvili maraqlı açıqlamalar verib:Muxalifet - 7-08-2017
“Qarabağ”ın rəqibi derbidə uduzdu
Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” bu gün ölkə çempionatında növbəti oyuna çıxıb.
Paytaxt təmsilçisi 4-cü turda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbidə "Kopenhagen" 0:1 hesabı ilə uduzub.
"Brondbü" - "Kopenhagen" - 1:0Qol: Tibbling, 90
Qeyd edək ki, 4 oyundan 5 xalı olan “Kopenhagen” 8-ci, 9 xala malik “Brondbü” 2-ci yeri tutur.Muxalifet - 7-08-2017
Bakıdan qayıdan məşhur faciəvi şəkildə öldü
"Jara” festivalında iştirak edən sabiq ukraynalı millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib.
Baku.vs xəbər verir ki, Xorvatiya ilə İtaliya arasındakı dağlıq yolunda dəhşətli qəza baş verib. Qəzanın nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib.
Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb.Muxalifet - 7-08-2017
Bu gün Ay tutulacaq
Bu gün ilin ikinci Ay tutulması hadisəsi olacaq.
Təbiət hadisəsi saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.
Bu ilin ikinci ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Belə ki, 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.Muxalifet - 7-08-2017
"Gəncəsər Alban məbədinin erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur" – Amerikalı politoloq
Kilsənin adının dəyişdirilməsi ermənilərin humanitar hüququ pozduqlarına bariz nümunədir
"Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonundakı Alban məbədi ermənilərin qəsdən Azərbaycan mədəniyyət abidələrinin adlarını dəyişdirməsinə nümunədir".
Bunu "Report"a amerikalı politoloq Piter Teys bu yaxınlarda ermənilərin Gəncəsər Alban kilsəsinin adını dəyişərək Qandzasar qoymasına və bununla bağlı mərasim təşkil etməsinə münasibət bildirərkən deyib.Muxalifet - 7-08-2017
Ağdaşda 2 avtomobil toqquşdu: hər ikisi yandı - YENİLƏNİB - FOTO
Yanğın söndürülüb
Ağdaşda iki avtomobilin toqquşması nəticəsində baş verən yanğın söndürülüb.
Yanğın zamanı "VAZ-2107" markalı avtomobildə olan beş sərnişindən biri yüngül xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona yardım göstərib. /report
*** 09:59
Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.
Hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.Muxalifet - 7-08-2017