Rusiya və Türkiyə XİN başçıları görüşəcək

Manilada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
 
Bu barədə TASS agentliyi Manilada Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN) tədbirində iştirak edən Rusiya nümayəndə heyətinə istinadən məlumat yayıb.
 Görüşün bu gün keçirilməsi planlaşdırılır.