Axtarış

The search found 105783 results in 0.061 seconds.

Search results

  1. Bakıda "parkomat mafiyası" - Dövlətdən oğurlanan pullar

    Bakıda tixac probleminin aradan qaldırılması və avtomobillərinin qadağan olunmuş yerlər istisna olunmaqla yol kənarında park etməsi məqsədilə bir neçə il əvvəl paytaxta parkomatlar gətirildi. Qısa müddət ərzində bu aparatlar şəhərin əksər küçələrində quraşdırılmaqla park problemi müəyyən dərəcədə aradan qaldırıldı.
     

    Muxalifet - 4-08-2017

  2. Əli Həsənovun Prezident Aparatına çağrıldığı iddia edildi

    Baş nazirin müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənova yol görünüb.
     

    Muxalifet - 4-08-2017

  3. Əfqan Muxtarlı işində şok gəlişmə: jurnalisti oğurlayanlardan birinin kimliyi məlum oldu

    Həbsdə olan jurnalist Əfqan Muxtarlının işində yeni gəlişmə var.
     
    Vəkil Nemət Kərimlinin “Basta”ya verdiyi məlumata görə, mayın 29-da Tbilisidə jurnalisti oğrayanlardan birinin kimliyi artıq məlumdur.

    Muxalifet - 4-08-2017

  4. "Gelandewagen”lə ötüşən maşının sahibi bəlli oldu

    Hadisə yerindən qaçan maşın Kəmaləddin Heydərovun qardaşınındı
     
    Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı xəbər vermişdik. Qəzadakı 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen" markalı avtomobilin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu iddia edilirdi.
    Bir az əvvəl mətbuatda qəza törədən "Gelandewagen" 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobili ilə yarışdığı qeyd olunurdu.

    Muxalifet - 4-08-2017

  5. “Mersedes” 31 yaşlı piyadanı VURUB – SALYANDA

    Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə Ələt-Astara magistralında Bayraq meydanı yaxınlığında qeydə alınıb.
    Belə ki, rayonun Aşağı Noxudlu kənd sakini, 31 yaşlı Röyal Rafət oğlu Kazımov yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
    R.Kazımovun vəziyyətinin ağır olduğu bildirilir.

    Muxalifet - 5-08-2017

  6. Qandinin nəvəsi Hindistanın vitse-prezidenti olmaq istəyir

    Hindistan parlamenti bu gün ölkənin yeni vitse-prezidentini seçəcək
     
    Hindistan parlamenti bu gün ölkənin yeni vitse-prezidentini seçəcək.
    "RİA Novosti" xəbər verir ki, bu posta namizəd olan iki şəxs arasında ölkənin azadlığı uğrunda mübarizə aparmış Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi də var.

    Muxalifet - 5-08-2017

  7. Avtomobil işıq dirəyinə çarparaq yanıb - BAKIDA

    Yaralı xəstəxanaya yerləşdirilib
     
    Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.

    Muxalifet - 5-08-2017

  8. Lənkəranda kütləvi dava: İKİ NƏFƏR BIÇAQLANDI - YENİLƏNİB

    Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi davanın təfərrüatları məlum olub.
    Hadisə rayonun Ləvəngi dairəsində baş verib.
    Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.
    Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.
    Faktla bağlı araşdırmalara başlanılıb. 
      

    Muxalifet - 5-08-2017

  9. Abşeronda avtomobil gənc oğlanı vuraraq öldürüb

    Abşeron rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.
     
    Hadisə Müşviqabad yolunda qeydə alınıb.
    Belə ki, 1989-cu il təvəllüdlü Abbasov İlkin Bəylər oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Nəticədə İ.Abbasov hadisə yerində dünyasını dəyişib.
    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb.
    Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  10. Sürücü piyadanı vuraraq QAÇIB

    Mobil Əsgərov xəstəxanaya yerləşdirilib
     
    Abşeronda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
    Belə ki, şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücü idarə etdiyi avtomobillə 1976-cı il təvəllüdlü Əsgərov Mobil Rəşid oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
    Qeyd edək ki, qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb.
    Fakt araşdırılır.  

    Muxalifet - 5-08-2017

  11. “Opel” 33 yaşlı piyadanı vuraraq ÖLDÜRÜB – ABŞERONDA

    Bakı-Şamaxı yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə Bakı-Şamaxı şosesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
    "Opel" markalı minik avtomobili yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Abbasov İlkin Bəylər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
    Hadisəni törədən sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet - 5-08-2017

  12. "Kopenhagen" klubundan "Qarabağ" azarkeşlərinə müraciət

    Ağdam komandası fanatlarına Parken stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb
     
    Danimarkanın "Kopenhagen" klubu futbol üzrə Çempionlar Liqasının "play-off" mərhələsində keçirəcəyi oyunlarla əlaqədar "Qarabağ" azarkeşlərinə müraciət edib.
    Bununla bağlı klubun saytında rəsmi açıqlama yerləşdirilib.

    Muxalifet - 5-08-2017

  13. BMT-dən KXDR-ə yeni sanksiyalar

    Qətnamə BMT üzvü olan ölkələrə KXDR-dən bəzi məhsulları almağı qadağan edir
     
    ABŞ BMT-nin Təhlükəsizlik Şurası üçün Koreya Xalq Demokratik Respublikasının (KXDR) gəlirinin ixtisarına yönəldilmiş qətnamə hazırlayıb.
    Bu barədə "Reuters" Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat yayıb.
    Qətnamə üzv ölkələrə Koreya Xalq Demokratik Respublikasından dəmiri, qurğuşunu, filizləri, kömürü və dəniz məhsullarını almağı qadağan edir. Agentliyin müsahibi həmçinin bildirib ki, o, Rusiya və Çinin razılaşmanı dəstəkləyəcəyinə əmindir.

    Muxalifet - 5-08-2017

  14. Təcili yardım maşını VAZ-21015-lə toqquşub – GƏNCƏDƏ

    Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes-Benz" markalı təcili tibbi yardım maşını toqquşub.
     Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, maşınlara ciddi ziyan dəyib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 5-08-2017

  15. Türkmənistan prezidenti Azərbaycana gəlir

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək.
     
    Türkmənistanın dövlət informasiya agentliyi xəbər verir ki, səfər iki gün davam edəcək.
    Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub.
    Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub. Sənədlər

    Muxalifet - 5-08-2017

  16. “Qarabağ” - “Kopenhagen” matçının başlama vaxtı açıqlanıb

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunların başlama vaxtı müəyyənləşib.
     
    UEFA-nın saytının verdiyi xəbərə görə, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kopenhagen” matçı saat 20:00-də başlayacaq.
     Cavab oyunu avqustun 23-də Danimarkanın paytaxtında keçiriləcək. Matça saat 22:45-də start veriləcək.

    Muxalifet - 5-08-2017

  17. “Avropa Komissiyası Trampın administrasiyasından daha mütəşəkkildir” - Yunker

    Avropa Komissiyası Trampın administrasiyasından daha mütəşəkkildir.
     
    Bu barədə Avropa Komissiyasının prezidenti  Jan-Klod Yunker “Politico” qəzetinə müsahibəsində bildirib.
     “Hər-hansı daxili çətinliklərə baxmayaraq, biz ziddiyyətləri məsələləri insanların işdən qovulması ilə yox, şəxsi söhbət vasitəsilə həll edirik”, deyə J-K.Yunker vurğulayıb.
     Qeyd edək ki, son həftələr ərzində Ağ Evdə bir sıra təzadlı kadr dəyişiklikləri baş tutub./apa

    Muxalifet - 5-08-2017

  18. Gürcüstanın Prokurorluğu Saakaşvili ilə bağlı Polşaya müraciət edib

    Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.
     
    Müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.
     “Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”, Baş Prokurorluqdan bildirilib.

    Muxalifet - 5-08-2017

  19. Bakılı ginekoloqdan tükürpərdən sözlər - Reportaj

    Ulduzla çoxdan tanışıq. Ta uşaqlıqdan. Onda ikimiz də həkim olmaq arzusundaydıq. Ağ xələt bizim üçün o vaxtlar paklıq rəmzi idi. Sonra illər ötdü, zaman hərəmizi bir diyara atdı. Əlaqələrimiz kəsildi.
     

    Muxalifet - 5-08-2017

  20. Trampın prezidentlərlə telefon danışıqları mətbuata sızdı

    ABŞ prezidenti Donald Tramp və administrasiyası bağlı skandallar bitmir. Bu dəfə prezident Trampın Amerika ilə Meksika sərhəddində beton divar hörmək məsələsinə dair həmin ölkənin prezidenti Enrike Penya Nyeto ilə apardığı telefon danışıqlarının detalları mətbuata sızıb.
     
    Trampın meksikalı həmkarı ilə bu ilin yanvarında apardığı telefon danışığı gündəmə gətirilib.Trampın ən əhəmiyyətli seçki vədi olan Meksika ilə sərhəddə divarın çəkilməsi məsələsi prezidentlər arasında maraqlı dialoqa səbəb olub.

    Muxalifet - 5-08-2017

Pages