22 yaşlı gənc özünü bıçaqladı, SONRA ÜLGÜCLƏ DOĞRADI

Polisin onun sakitləşdirmək istəyinə əsəbi halda reaksiya verib
 
Gənc onu sakitləşdirmək istəyən şəxslərlə mübahisə edərək özünü vurub. Hadisə şəhər mərkəzində qeydə alınıb. Belə ki, küçədə özünü çılğın aparan 1995-ci il təvəllüdlü Ağdam rayonundan olan məcburi köçkün Mirzəyev Ziyad Ələddin oğlu polisin onun sakitləşdirmək istəyinə əsəbi halda reaksiya verib. Öncə bıçaqla qarın nayihəsinə zərbə endirən Ziyad Mirzəyev, daha sonra ülgüçlə qarın və qol nayihələrini kəsib. Xəstəxanaya gətirilən yaralı burada da şuluqluq salıb. Şıltaqlığına baxmayaraq qanlar içində olan yaralı təcili əməliyyat olunub.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.