Axtarış

The search found 105783 results in 0.011 seconds.

Search results

  1. ​Putin 2018-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı barədə: "Fikirləşərəm"

    Rusiya prezidenti Vladimir Putin bildirib ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələ düşünəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusilya lideri Buryatiya və İrkutskda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına dair müşavirə zamanı videoyayıma qoşulan ölkə sakinlərindən birinin bununla bağlı xahişinə cavab olaraq bildirib.
    Sakinin "Xahiş edirik, yenə prezident seçkilərinə qatılın" xahişinə V.Putin belə cavab verib:
    "Yaxşı, fikirləşərəm bu barədə"./trend/

    Muxalifet2 - 4-08-2017

  2. YAP-ın rayon təşkilatlarında sədrlər dəyişdi

     Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.
     
    Bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

    Muxalifet - 4-08-2017

  3. İranın Azərbaycana qarşı təhlükəli planı - ŞEYXƏ AYRILAN MİLYONLAR VƏ...

    Molla rejiminin regional təsirinin gücləndirilməsində dini “vergi”lərdən istifadə təcrübəsi
    Dünən İran İslam Respublikasının ali lideri Ayatolla Əli Xamneyi Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq etdi. Prezidentin inauqurasiyası sabah - avqustun 5-də parlamentin binasında baş tutacaq.

    Muxalifet2 - 4-08-2017

  4. Vergi naziri Fazil Məmmədov müavini ilə Quda olur

    Bu gün nazirin qızının xınayaxdısıdır
     

    Muxalifet - 4-08-2017

  5. 24 YAŞLI QIZ DAMARLARINI DOĞRADI - BAKIDA

     Paytaxtda gənc qız intihara cəhd edib.
     
    1993-cü il təvəllüdlü Kərimova Günel Həsən qızı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 23/24-ün qarşısında sol biləyini ülgüclə kəsib. O, 7 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılıb. Gənc qızın hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır./lent.az
     

    Muxalifet - 4-08-2017

  6. ​“Rusiya bu dəfə daha aqressiv qüvvələri meydana çıxaracaq” - MÜSAHİBƏ

    Sərdar Cəlaloğlu: “Əbülfəz Elçibəy hakimiyyəti yıxılarkən hansı ssenari həyata keçirilibsə, artıq Rusiya həmin ssenarini başladıb”

    “Onlar demək istəyirlər ki, biz Əbülfəz Elçibəyi necə yıxmışıqsa, AXC hakimiyyətini necə məhv etmişiksə, eynilə İlham Əliyevi də yıxa, YAP hakimiyyətini də məhv edə bilərik”

    Muxalifet2 - 4-08-2017

  7. Tramp-Rusiya istintaqı: andlılar heyəti çağrılır

    Muxalifet - 4-08-2017

  8. Rusiya: Canlı yayımda yumruqla vurulan müxbirin tam hekayəsi

    Vitaly Shevchenko
    BBC Monitoring
     

    Yumruğun anı
     
    Rusiya telekanalında canlı yayım vaxtı bir müxbirin yumruqla vurulması dövlət təbliğatı barədə mübahisəyə səbəb olub.
     
    Müxalif yönümlü jurnalistlərə qarşı zorakılıq Rusiyada geyri-adi deyil, lakin bu dəfə zorakılığın qurbanı Kreml yönümlü NTV kanalının müxbiri olub.

    Muxalifet - 4-08-2017

  9. İndi Trampı ruslar da istəmirlər


    Donald Trump
     
    Ruslar ara-sıra prezident Trump-ı "iqtidarsız" adlandırırlar, the İndependent qəzeti yazır.
    "The Independent" yazır ki, nəhayət Donald Trump-ın tvitlərindən birində yazılanlar həqiqətdir. Prezident yazıb ki, hazırda, ən azı post-Sovet dövrü ərzində ABŞ-Rusiya münasibətləri özünün "ən aşağı səviyyəsindədir".

    Muxalifet - 4-08-2017

  10. Səudiyyə şahzadəsi qadınlara bikini icazəsi verən kurort yaradır

     
    Məhəmməd bin Salman
     
    Məhəmməd bin Salman yeni sahil kurortunun yaradılması planlarını elan edib
    Səudiyyə qadınlarına bikini icazəsi veriləcək...Xüsusi kurortda

    Muxalifet - 4-08-2017

  11. 22 yaşlı Şirvan sakini dənizdə batıb

    Şirvan sakini dənizdə batıb.
     
    Avqustun 3-də Şirvan sakini, 1995-ci il təvəllüdlü  Məmmədov Məhəmməd Allahşükür oğlu dənizdə çimərkən boğulub.
     Bakı şəhərində qonaq olan gəncin dənizin nəzarət olunmayan sahilində çimərkən batdığı bildirilir. Onun meyiti Şirvana aparılaraq dəfn olunub.  

    Muxalifet - 4-08-2017

  12. Azərbaycanlı qətlə yetirilib - QAZAXISTANDA

    Azərbaycanlı Qazaxıstanda güllələnərək qətlə yetirilib.
     
    Goranboyun Tatarlı kəndindən olan, bir neçə il əvvəl Qazaxıstana köçüb orada yaşayan 1986-cı il təvəllüdlü Rüstəmov Ruslan Edilxan oğlu güllələnərək öldürülüb.
     Onun meyiti dəfn olunmaq üçün doğulduğu Tatarlı kəndində gətirilib.

    Muxalifet - 4-08-2017

  13. VAZ-21154 piyadanı vuraraq ÖLDÜRÜB – ABŞERONDA

    Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də saat 21 radələrində Abşeron rayonu ərazisində Cəlilabad rayon sakini Nasir İmanov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Saray qəsəbə sakini Əfqan Qarayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
     Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apa

    Muxalifet - 4-08-2017

  14. Fəhlə elektrik vurmasından ÖLÜB – ŞAĞANDA

    Biləsuvar sakini bədbəxt hadisə nəticəsində ölüb.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də Xəzər rayonunun Şağan qəsəbəsində evlərdən birindəki tikintidə fəhlə işləyən Biləsuvar rayon sakini Ceyhun Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Muxalifet - 4-08-2017

  15. Kəskin istilər olacaq – XƏBƏRDARLIQ

    Azərbaycanda havaların kəskin istiləşəcəyi barədə xəbərdarlıq edilib
     
    Avqustun 5-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.

    Muxalifet - 4-08-2017

  16. Ermənistan ordusunda yoluxucu xəstəlik

    Ermənistan ordusunun Madagizdə yerləşən hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrində içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.
     
    Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arakelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

    Muxalifet - 4-08-2017

  17. AŞPA-da Azərbaycanda demokratik institutlar müzakirə olunacaq

    Sentyabrın 7-də AŞPA-nın Monitorinq komitəsinin iclasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsi müzakirə olunacaq.
     
    AŞPA saytının verdiyi məlumata görə, Parisdə keçiriləcək iclasda Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsi təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq.

    Muxalifet - 4-08-2017

  18. Azərbaycan qızıl ehtiyatını satmayıb - RƏSMİ

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
     
    Bu barədə ARNDF-dən verilən açıqlamada bildirilir.
     Qeyd olunur ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb.

    Muxalifet - 4-08-2017

  19. Ərdoğan azərbaycanlı futbol hakimi ilə görüşdü - VİDEO

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Fənərbağça” komandasının paltardəyişmə otağını ziyarət edib.
     
    Dövlət başçısı Avstriya təmsilçisi “Şturm”la III təsnifat mərhələsinin İstanbulda baş tutan cavab matçından sonra belə bir addım atıb.
    R.T.Ərdoğanın əlini sıxdığı şəxslər arasında qarşılaşmanın azərbaycanlı hakim-inspektoru Asim Xudiyev də olub.
    Qeyd edək ki, səfərdə “Şturm”u 2:1 hesabı ilə məğlub edən “Fənərbağça” evdə 1:1-lik heç-heçə etməklə pley-offa adlayıb./report

    Muxalifet - 4-08-2017

  20. Polad Ələmdar Gülənlə birlikdə - VİDEO

     “Qurdlar Vadisi Vətən” filminin yeni yayımlanan fraqmentində FETÖ lideri Fətullah Gülənlə bağlı səhnələr böyük marağa səbəb olub.
     
    Kult.az xəbər verir ki, baş rolda Necati Şaşmazın (Polad Ələmdar) oynadığı filmdə FETÖ lideri Fətullah Gülənin hərbi çevriliş cəhdindən bəhs edilir.
    Filmin Türkiyə və dünya ictimaiyyətində böyük rezonans doğurması gözlənilir.
    Necati Şaşmaz 5 həftə davam edən çəkilişlərdən sonra başa çatan filmin 29 sentyabrda kinoteatrlarda yayımlanacağını açıqlayıb.

    Muxalifet - 4-08-2017

Pages