Axtarış
The search found 105783 results in 0.02 seconds.
Search results
"HƏR BİR MƏMUR ÖZ ÖVLADINA NƏZARƏT ETMƏLİDİR" - Əli Həsənov
"Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir?".
Muxalifet - 4-08-2017
Rusiya prezidentinin elçisi Gürcüstanda gizli səfərdədir – KİV
Rusiya Prezidenti Vladimir Putinin elçisi, Moskvada Gürcüstan “Vətənpərvələr Alyansı”nın üzvlərini qəbul etmiş şəxs Artyom Kavinov Tbilisidə gizli səfərdədir.
Bu barədə “Rustavi-2” telekanalının informasiya xidməti məlumat yayıb.
“Vahid Rusiya” Partiyasından Dumada deputat olan Artyom Kavinovu Gürcüstan “Vətənpərvərlər Alayansı” dəvət edib. Bir müddət əvvəl “Vahid Rusiya” Partiyası ilə Gürcüstan deputatları arasında Kremldə keçirilən görüşdə Artyom Kavinov da iştirak edib.Muxalifet - 4-08-2017
General “Gelandewagen” qəzasından danışdı - “Obyektiv qiymət veriləcək”
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib.
Muxalifet - 4-08-2017
"Sərhəddən qaytarıb dedilər ki, Gürcüstan hökuməti səni görmək istəmir" – TARİXÇİ ALİM
"Borçalı" İctimai Cəmiyyətinin sədri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb.
Muxalifet.az bildirir ki, bu barədə “ölkə.az”-a Kərəm Məmmədov özü məlumat verib.
O, iyulun 29-da ailə üzvləri ilə bərabər Gürcüstan sərhədini keçmək istəyən zaman bu ölkəyə buraxılmadığını söyləyib:Muxalifet2 - 4-08-2017
“Düşmənçilik aradan qaldırılmalıdır” - Müxalifətin gizli toplantısı haqda açıqlama
Azərbaycanın müxalifət partiyalarının rəhbərləri arasında gizli görüş keçirilib. AzVision-un əldə etdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının yenidən birlik formasında fəaliyyət göstərməsi müzakirə olunub.
Muxalifet - 4-08-2017
“Qarabağ”ın rəqibi məlum oldu - CÜTLÜKLƏRİN SİYAHİSI
Bu gün Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada təmsilçimiz “Qarabağ”ın rəqibi məlum olub.
Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.
Digər cütlüklər isə bunlardır:
“Olimpiakos” (Yunanıstan) - “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)Muxalifet - 4-08-2017
Əli Həsənovun nəvəsinin “Galendewagen”i qırmızı "BMW" ilə ötüşürmüş?!
Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Virtualaz.org xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Galendewagen” seriyası nömrəsi bəlli olmayan “777” nömrəli qırmızı rəngli “BMW” ilə yarışa çıxıbmış.Muxalifet - 4-08-2017
Hacıqabul qətliamı ilə bağlı yeni iddialar: Gecə yarısı...
Hacıqabulda baş verən dəhşətli qətliamdan 1 gün sonra gecəyarısı şəhərin Mikayıl Müşfiq küçəsində yenə də güllə səsləri eşidilib.
Bu haqda bilgiləndirən mənbə deyib ki, olayın baş verdiyi küçədə Hacıqabul sakinlərinə dəhşətli qətliamı yaşadan Mübariz Mehdiyevin ata evi yerləşir.
Həmin evdə onun yaxınları yaşayırlar. Bildirilir ki, M.Mehdiyevin bir neçə bacısı və qardaşı var.Muxalifet - 4-08-2017
Erməni komandirin “Böyük Ermənistan” sayıqlaması
Dağlıq Qarabağın işğalında və azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarında şəxsən iştirak etmiş erməni komandir Arkadi Karapetyan Türkiyə və Azərbaycana qarşı ağılasığmaz təhdidlər səsləndirib.
Ermənistan mediası xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması haqda danışan Karapetyan Türkiyə və Azərbaycanı işğal edəcəklərini iddia edib.Muxalifet - 4-08-2017
Saakaşvili Polşadadır
Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub.
M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.
Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.Muxalifet - 4-08-2017
Sərhəd pozuldu, ordu hərəkətə GƏTİRİLDİ
Çinlə Hindistan arasında müharibəyə səbəb ola biləcək gərginlik yaranıb.
Son günlər iki ölkə arasında sərhəd məsələsinə görə qarşıdurma yaşanıb.
Rəsmi Pekin iddia edir ki, 400 Hindistan əsgəri Çin sərhədini pozub. Hətta Çin sərhədini keçən hindli əsgərlərdən 40-nın tutulduğu da deyilir.
Bu qarşıdurmanın hərbi müstəviyə keçə biləcəyi də ehtimal olunur. Artıq Çin Tibet bölgəsində gerçək mərmilərlə hərbi təlimlərə başlayıb. Bu, Hindistana “əzələ nümayişi”dir.Muxalifet - 4-08-2017
Bakıda həkim rüşvət verməyən xəstəni otaqdan qovdu - VİDEO
Bakıda Nərmianov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada həkim xəstədən qeyri-qanunu pul tələb edib.
Analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə çek istəyib. Cavabında isə “çek verilmir” ifadəsini alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.Muxalifet - 4-08-2017
Tramp Obamanı buna görə tənqid etmişdi, amma özü...
ABŞ Prezidenti Donald Tramp tətilə çıxır.
Donald Tramp Ağ Evdən uzaqlaşmaq və istirahət etmək üçün 17 günlük tətilə çıxmağa qərar verib.
Nyu-Cersidəki qolf klubuna getməsi gözlənilən Prezident Tramp bu gün ilk dəfə rəsmi tətilə çıxacaq.
Qeyd edək ki, Donald Tramp 2014-cü ildə Tvitter hesabında “ABŞ-ın qarşılaşdığı bütün problemlər və çətinliklərlə rəğmən, Prezident Obamanın gününü qolf oynayaraq keçirdiyinə inana bilirsinizmi?”, - yazaraq onu tənqid etmişdi./axar.azMuxalifet - 4-08-2017
Azərbaycanda kuryoz - Ölüyə cəza kəsildi
Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.
Astara məhkəməsində pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.
Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.
R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova "Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.
Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.Muxalifet - 4-08-2017
“Bizi Azərbaycanda qula çevirdilər, pulumuzu vermədilər” - Efiopiyalı idmançı
Bir neçə il əvvəl Azərbaycanın Yüngül Atletika Federasiyasının transfer etdiyi efiopiyalı atlet, soyadını dəyişərək "azərbaycanlıya çevrilmiş” Lili Abdullayeva aldadıldığını və "idman qulu” kimi istifadə olunduğunu iddia edir.
Bu barədə "The Guardian” qəzetinin Almaniyanın ARD telekanalı ilə birgə apardığı araşdırmada deyilir.Muxalifet - 4-08-2017
Küçədə meyit tapılıb - BAKIDA
Bakı şəhərində küçədən meyit tapılıb.
Paytaxtın Pirallahı rayonu, 29-cu məhəllə adlanan ərazidə üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində onun rayon sakini, 1954-cü il təvəllüdlü Tofiq Ramazan oğlu Lətifov olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-08-2017
Prezidentin səs yazısı yayıldı: “Prokurorlardan zəhləm gedir, ən yekə oğru onlardır”
Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb.
Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib.
Mirziyayev bildirib ki, indiki prokurorlar “köhnə zibil sistemdən” qalıb və əgər onlar vicdansızlığı bundan sonra da davam etdirsələr hamısını işdən qovacaq.Muxalifet - 4-08-2017
Bakının mərkəzində pul paylanıldı: “Ehtiyacın varsa, götür...”
Bakıda qeyri-adi sosial test keçirilib.
Sosial testin videosu “Alles Pro” “Youtube” kanalında yerləşdirilib.
Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və “ehtiyacın varsa, götür, yoxdursa, gətir” yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.
Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürürlər.Muxalifet - 4-08-2017
"Gələn ilin iyununda Azərbaycan qazı Türkiyəyə çatacaq" - TANAP rəsmisi
Layihə çərçivəsində sosial-iqtisadi inkişaf proqramı həyata keçirilir
“2018-ci il iyunun sonunda Əskişəhirdə yerləşən təsisatdan milli şəbəkəyə ilk qazı verəcəyik. 2019-cu ilin iyunundan isə qazımızı Avropaya nəql etməyə başlayacağıq. Bunun üçün gecə-gündüz çalışırıq”.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Trans Adriatik Qaz Kəməri (TANAP) layihəsinin Keyfiyyət, sağlamlıq, təhlükəsizlik, sosial və ətraf mühit üzrə direktoru Fatih Ərdəm deyib.Muxalifet - 4-08-2017
Eldəniz Quliyev: "Azərbaycan tamaşaçısı komediya və faciəyə meyllidir"
Kinodramaturq Amerikanın Səsinə müsahibəsində ölkədə kino sənayesində durumdan danışıb
Amerikanın Səsi: Azərbaycan kino sənayesinin fəlsəfəsini necə xarakterizə edərdiniz?
İnsani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin fəlsəfəsi kimi qəbul olunur.Muxalifet - 4-08-2017